Zəngin tərkibə malik olan fındıq diyetologiyada çox faydalı məhsul sayılır. Sizə fındığın faydalı xüsusiyyətləri ilə tanış olmağı təklif edirik.
Son zamanlar market rəflərində adət etmədiyimiz bir qida növü ilə tez-tez rastlaşırıq - qara düyü. Mütəxəssislər bildirir ki, bu düyü növü ağ düyüdən daha faydalı olur. Çünki qara düyünün qidalandırıcı dəyəri çox yüksəkdir.
Epsom duzu ən faydalı məhsullardan biridir. İngilis duzu kimi tanınan epsom duzu (maqnezium duzu) — bu maqneziumun hidratli sulfatlarıdır. Mineral su mədənlərindən toplanan bu mineral bir sıra faydalı xüsusiyyətlərilə fərqlənir. İngilis duzu hələ çox qədim zamanlarda təbiblər tərəfindən sümük-oynaq ağrıları, əsəb və dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunub.
Kərə yağı qədim zamanlarda tək qida deyil, qiymətli müalicəvi məhsul sayılırdı. Kərə yağının köməyi ilə bir çox xəstəliklər müalicə olunurdu. Bu xəstəliklər arasında öskürək, vərəm, pnevmoniya, dəri problemləri, mədə və bağırsaq xəstəlikləri, babasil və s. var.
Mətbəxlərdə toyuq yumurtası qədər istifadə olunmasa da, bildirçin yumurtası kiçikliyinə rəğmən böyük faydaları ilə bizləri heyrətə salır. Bildirçin yumurtası kiçik ölçüsünə baxmayaraq, digər yumurtalardan daha çox protein və amin turşularına malikdir. Xərçəngdən qripə qədər bir çox xəstəliklə savaşan bildirçin yumurtası immunitet sistemini gücləndirir. 
Tərkibindəki zəhərli və zərərli maddələri aradan qaldırmaq və ya azaltmaq üçün həmçinin faydalarının artırmaq və orqanizm tərəfindən daha asan və rahat həzm edilib faydalarından yararlanmaq üçün qabığından təmizlənmiş qoz-fındığı, müxtəlif tumları və toxumları islatmaq məsləhət görülür. Faydalı maddələrlə zəngin olan bu ərzaqların müəyyən vaxt ərzində suda saxlanılması onları sanki “dirildir” və cücərməyə başlamağa sövq edir. İslatma prosesi zamanı zərərli və zəhərli maddələrdən təmizləməsi ilə yanaşı qoz-fındıq, tum və toxumların tərkibi daha da zənginləşir.
Son illər keyfiyyətsiz, plastikdən hazırlanmış düyülərin bazara ayaq açması haqda çox yazılır. Bəs düyünün təbii, keyfiyyətli olduğunu necə müəyyənləşdirmək olar?