Ərzaqlar kateqoriyası üzrə məqalələr

Xardalın faydaları

Təəssüf ki, bu olduqca faydalı ədviyyatdan bizdə çox da populyar deyil. Söhbət xardaldan («qorçitsa») gedir.

Xardal həzm sistemi üçün əla təbii müalicəvi və profilaktik vasitədir. Xardal həzm sistemində yaşayan əksər ziyanlı mikroorqanizmləri məhv edir. Bu səbəbdən ədviyyat mədə-bağırsaq sistemi üçün sanki güclü təmizləyici vasitədir.

Həmçinin xardal bağırsaqlarda iltihabları azldır, həzm proseslərini yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir, mübadilə proseslərini aktivləşdirir.

Piylərin parçalanmasını sürətləndirən xardal arıqlamağa və bədən çəkisini normada saxlamağa kömək edir.

Yağlı ət xörəklərini qəbul etdikdə xardal sousundan istifadə edin. Bu həzm proselərini asanlaşdıracaq və artıq çəkinin yığılmasına mane olacaq.
Davamı →

Gül kələmi

Gül kələmi ən faydalı, azkalorili və asan mənimsənilən tərəvəzlərdən biridir.

— Gül kələmi C vitamini ilə olduqca zəngindir. C vitaminin miqdarına görə gül kələmi hətta limonu da üstələyir. C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını möhkəmləndirir.

— Gül kələminin tərkibində nadir U vitamini var. Bu vitamin mədə və 12 barmaq bağırsağı selikli qişasının bərpasına, xora və eroziyaların daha tez sağalmasına kömək edir. Məhz bu səbəbdən xora xəstəliyindən əziyyət çəkən insanlara bu tərəvəzi yeməyi tövsiyə edirlər.
Davamı →

Kahı

Kahı əslində göyərti deyil, yarpaq tərəvəzdir. Kahı sağlamlıq üçün olduqca faydalıdır. Onun tərkibində çoxsaylı vitaminlər və minerallar mövcuddur. Sizə kahının saqlamlığımız üçün inanılmaz faydalarını təqdim edirik:

1. Qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı çox faydalıdır. Kahının tərkibində bitkilərdə kifayət qədər az rast gəlinən fol turşusu var. Fol turşusu (B9 vitamini) qan üçün ən əsas vitaminlərdən biri sayılır.
Davamı →

Küncüt

Küncütün vətəni Cənubi Afrikadır. Lakin bu faydalı müalicəvi bitki qədim zamanlardan bir çox Şərq ölkələrində, Hindistanda da geniş istifadə olunur. Küncüt dünyada tək mətbəxtə deyil, tibdə və kosmetologiyada da istifadə olunur.

Küncütün bir çox faydalı xüsusiyyətləri var:
— Bu bitkinin tərkibində güclü antioksidant olan «sezamin» maddəsi var ki, bu maddə bir çox xəstəliklərin, o cümlədən şiş xəstəliklərinin profilaktikasında istifadə olunur, «pis» xolesterolun səviyyəsini aşağı salır.
Davamı →

Kilkə balığı

Bəzən bəyənmədiyimiz nemətlərdə o qədər faydalar olur ki, bunu biləndən sonra bu qədər vaxt ərzində yeməməyimizə baxıb təəssüf etmişik.

Kilkə balığı Xəzər dənizində bizə verilmiş nemətdir, həm böyüməkdə olan uşaqlar üçün, həm hamilə qadınlar üçün, həm süd verən analar üçün, həm də yaşlılar üçün olduqca faydalı bir nemətdir.
Davamı →

Meyvə qurusu alarkən nələrə diqqət etməli?

Meyvə qurusunu necə seçməli?
Dietoloqlar həmişə quru meyvələrin faydalarından danışırlar. Birincisi, onun tərkibində sellüloz maddəsi var ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. İkincisi, tərkibindəki vitamin və minerallar təzə meyvədə olduğundan daha çoxdur. Quru meyvə kalium ( qan təzyiqini normallaşdırır), dəmir ( qanın artmasını yaxşılaşdırır), karotin, B qrupu vitaminlərlə zəngindir. Bütün bunlar ürəyin, beynin, sinir sistemi və əzələlərin işini yaxşılaşdırır.

Meyvə qurudulduqdan sonra tərkibindəki şəkər qatılaşır. Amma bu şəkər təhlükəli deyil. Əvəzində əsl təhlükə quru meyvələrin saxlanma müddətini artırmaq və satış üçün görünüşünü yaxşılaşdırmaq məqsədilə kimyəvi dəyişikliyə məruz qalmasındadır. Bu təhlükələr əsasən 3 yerə bölünür.
Davamı →

İnnabın faydaları


Ana vətəni Suriya olan innabın tərkibində bol miqdarda şəkər, nitrat, pektin və C vitamini var.
Kalsium, mis, dəmir, maqnezium, manqan, fosforla zəngin olan innab eyni zamanda potasium, sodium və sinklə zəngindir.
Bronxit, asma kimi xəstəliklərə faydası var.
Bəlğəm gətirici, sidik qovucu özəlliyi var.
Stressi azaldır.
Ağır xəstələrin bədənini rahatladır və güc verir.
Zehni yorğunluq, fiziki gücsüzlük və ağrıyla bağlı yaşanan yuxusuzluq problemləri üçün məsləhətdir.
Qızdırmanız olarsa, qızdırmanı aşağı salmaq üçün yaxşı təsiri var.
İnnab çayı bağırsaq problemlərinə qarşı təsirlidir. İshalı kəsər, qəbzliyi yox edər.
Qanı təmizləyir.
Davamı →

Qırmızı lobya

Qırmızı lobya ən faydalı və qiymətli məhsullardan biridir. Qırmızı lobya bütün dünyada mətbəxlərində geniş istifadə olunur və sevilir. Lobyanı qidalanmaya daha tez-tez daxil edin. Bu həm sağlamlığınız, həm də gözəlliyiniz üçün çox faydalıdır. Qırmızı lobyanın əsas faydaları arasında:

— B qrupu vitaminləri ilə zəngin olan qırmızı lobya dəri, immun və sinir sistemi üçün olduqca faydalıdır.

— Qırmızı lobya qidalı liflərlə zəngindir. Qidalı liflər xərçəngdən qoruyur, bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyin qarşısını alır, qanda şəkərin və «pis» xolesterolun səviyyəsini aşağı salır, orqanizmi toksinlər və şlaklardan təmizləyir.
Davamı →

Sumağın faydaları və zərərləri

Sumaqdan istifadə etmək insan orqaniziminə xeyirlidir. Əgər qədərindən artıq istifadə edilərsə insan orqanizmində problemlər yarada bilər. Azərbaycanda sumaq milli yeməklərin hazırlanmasında istifadə edilir.



Ən çox sumaq yağlı yeməklərin üzərinə səpilir, həmçinin qutab yeyilərkən istifadə olunur. Sumaq təzyiqində problem olan insanlarda yarana biləcək təzyiqin qarşısnı almaqda və ya stabil saxlamaqda böyük qüvvəyə malikdir.
Davamı →

Saxta xamanı necə tanıyaq?

Bu gün satışda çeşidli xama növləri var. Əvvəllər dükan və marketlərin vitirinini ancaq xarici istehsal – xüsusilə Rusiya, Ukrayna və Türkiyə istehsalı olan xamalar bəzəyirdisə, bu gün yerli markalar çoxluq təşkil edir. Hər istehsal müəssisənin də məhsulunun özünəməxsus dadı var. Bəs onlardan keyfiyyətlisini necə seçmək olar?

Xama haqqında bildiklərimiz və bilmədiklərimiz
Xama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi ağ, yaxud açıq sarı çalarlı olmalıdır. Xamanın tərkibində vitaminlər (xüsusilə, A vitamini), zülallar, üzvi turşular, mineral duzlar, süd şəkəri və s. vardır. Yağlılığına gəlincə, 10, 20, 25, 30, 36, 40% olan xamalar var.
Davamı →
Top