Kulinariya kateqoriyası üzrə məqalələr

Göbələk tarlası salatı

Tərkibi:
300 qr toyuq döş əti
3 yumurta
300 qr göbələk
2-3 ədəd kartof
1 baş soğan
60 qr rəndələnmiş pendir
Mayonez
Duz

Hazırlanması:
Toyuğun döş əti, kartof və yumurta hazır olana qədər qaynadılır.
Göbələk xırda doğranıb soğanla bərabər qızardılır, duzlanır. Salat qat-qat olacaqdır.
Davamı →

Badımcan salatı

Tərkibi:
4 ədəd (incə-uzun) badımcan 
1 ədəd (iri) qırmızı istiot 
3 Yemək qaşığı (dolu) qatıq 
1 yemək qaşığı (dolu) mayonez 
2-3 diş sarımsaq 
1 yemək qaşığı zeytun yağı 
Duz

Hazırlanması:
Badımcan və bibərləri qızardın. Qabıqlarını soyub iri-iri doğrayın.
Ayrı bir qabda; qatıq, mayonez, yağ, duz və əzilmiş sarımsağı qarışdırın. 
Qatıqlı qarışığa badımcan və bibərləri əlavə edib qarışdırın. 
Yarım saat saxlayıb süfrəyə verin.
Davamı →

Badımcan mürəbbəsi

Tərkibi:
təmizlənmiş badımcan — 1 kq
şəkər — 1,5 kq
limon duzu — 1,5 q
vanilin — 0,5 q

Hazırlanma qaydası:
Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 saat soda məhlulunda saxlanılır.

Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşdəklənir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır.
İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür.

Üçüncü gün əməliyyat təkrar edilir və 6-8 dəqiqə badımcanlar şərbətdə bişirilir.
Dördüncü gün isə mürəbbə hazır olana kimi bişirilir, limon duzu və vanilin əlavə olunur.
Davamı →

Gilənar mürəbbəsi

Tərkibi:
1 kq gilənar
1 kq şəkər tozu
150 ml su

Hazırlanması:
Gilənarın saplağını təmizləyib yuyun. Aşsüzənə yığın.
Sirop hazırlamaq üçün şəkər tozunu ləyənə töküb üzərinə su əlavə edin. Şəkər tozu tam əriyənədək vam odda bişirin.
Meyvəni qaynar siropa tökün, qarışdırıb 6-8 saat saxlayın.

Sonra ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 10 dəqiqə qaynadın, söndürün. Sonra daha 6-8 saat saxlayıb, yenə 10 dəqiqə qaynadın.
Davamı →

Pomidor mürəbbəsi

Tərkibi:
pomidor — 1kq
şəkər — 1,3kq
vanilin – 0,5q

Hazırlanması:
Mürəbbə bişirmək üçün xırda gavalıya oxşar pomidorlar götürülür.
Pomidorlar 5-8 saniya qaynayan suya salınıb dərhar soyuq suda soyudulur və qabığı təmizlənir.

Pomidorların üzərinə qaynar şərbət tökülüb 1 gün saxlanılır. 
İkinci gün şərbət süzülür, qaynadılır və pomidorların üstünə tökülür.
Üçüncü gün əməliyyat təkrar edilir. 
4-cü günü isə mürəbbə hazır olana kimi bişirilir.
Ətir üçün vanilin və ya meyvə cövhəri əlavə edilir.
Davamı →

Çak-çak

"Çak-çak"ın hazırlanma qaydası

Tərkibi:

4 yumurta

350-400 q un

1/3 ç.q. duz

0,5 ç.q. soda

1 st. bal

1 st. şəkər tozu

badam və ya qoz (zövqə görə qara kişmiş və yer findiq da ola bilər)

1 l bitki yağı

Davamı →

Cənnət alması mürəbbəsi

Tərkibi:
Alma – 1kq,
şəkər – 1,3-1,5kq

Hazırlanması: 
Cənnət almasının çiçək kasacığını təmizləyirlər, saplağını isə yarıdan kəsirlər. Sonra almanı bir neçə yerdən deşdəkləyib 3-5 dəqiqə pörtürlər.

Üzərinə şəkər şərbəti töküb 3-4 saat saxlayırlar. Zəif alov üzərində qızdırılmaqla 5-7 dəqiqə qaynadılıb, 6-8 saat saxladıqdan sonra ikinci dəfə 7-10 dəqiqə hazır olana kimi bişirirlər.
Davamı →

Çiyələk mürəbbəsi

Tərkibi:
1 kq çiyələk
1 kq şəkər tozu

Hazırlanması:
Çiyələyin irisini xırdasından seçib ayrı qablara yığın, yuyun, saplağını təmizləyin, aşsüzənə yığıb suyunun çəkilməsini gözləyin. Ləyənə yığıb üzərinə şəkər tozu səpin (mürəbbələr üçün həmişə enli şirli ləyəndən istifadə edin).
3-4 saatdan sonra çiyələyin şirəsi çıxacaq.

Ləyəni vam ocağın üstünə qoyun. Kəfkirlə qarışdıranda əzilməsin deyə ləyənin iki qırağından tutaraq arada ehtiyatla silkələyin, fırladın. Üzünə yığılan kəfi yığın.

Qaynara düşəndən sonra iti odda 20 dəqiqə də bişirin. Ocaqdan götürün. Soyudun. Təxminən 1 gün saxlayın, yuyulub qurulanmış bankalara yığın (tez yığanda çiyələklər üzə çıxır, şirə altda qalır).
Davamı →

Gül mürəbbəsi

Tərkibi:
Qızılgül ləçəkləri — 100 q
şəkər — 900q
limon duzu — 2q

Hazırlanma qaydası:
Ləçəklər soyuq su ilə yuyulur, dəsmalın üzərinə sərilir və suyu çəkilənə qədər qurudulur. Mürəbbəni bişirmək üçün öncə şirə hazırlanır. Bu məqsədlə 1 kiloqram şəkərə 1 stəkan su əlavə olunur və odun üstündə qaynadılır.

Şirə qaynadıqca kəfi yığılır və sonra ona gül ləçəkləri əlavə olunur. Nəzərə alınmalıdır ki, bir kiloqram şəkərdən hazırlanmış şirəyə 100 qram gül ləçəyi əlavə edilməlidir. Elə ki, mürəbbə qaynağa düşdü, götürüb 12 saatlığa kənara qoyulur.
Davamı →

Göbələk souslu kartoflu çubuqlar

Tərkibi:
400-500 qr kartof
300-400 qr göbələk
100 qr xama
2-3 ədəd soğan
1 ədəd yumurta
60-70 qr un
4-5 x.q suxarı
Duz, istiot
Keşniş, şüyüd
Qızartmaq üçün «Wellington» kərə yağı

Hazırlanması:
Əvvəlcə qarniri hazırlayırıq. İstəyə uyğun göbələk doğranılıb xırda doğranmış soğanla qızardılır.
Davamı →
Top