Kulinariya kateqoriyası üzrə məqalələr

Rəngarəng yay yeməyi

Tərkibi:
2-3 ədəd badımcan
2-3 ədəd qabaq
6-7 ədəd pomidor
6-7 ədəd pomidor (sous üçün)
1-2 ədəd bolqar bibəri (sarı, qırmızı)
1-2 ədəd soğan
2-3 diş sarımsaq
1 ədəd acı bibər
1 dəstə cəfəri
2 x/q tomat pastası
Yağ
Duz
Davamı →

Tısbağa salatı

Tərkibi:
Yumurta- 4 ədəd
Toyuq əti(hisə verilmiş)- 150 qr
Soğan — 1 ədəd
Alma — 2 ədəd
Pendir — 100 qr
Qoz — 150 qr
Mayonez
Salat yarpaqları

Hazırlanması:
Böyük bir boşqabda əvvəlcə yuyulmuş salat yarpaqları qoyulur. Sonra yuxarıda yazdığımız tərəvəzlər qat-qat yığılır.
Davamı →

Darvanuel salatı

Tərkibi:
1 ədəd çuğundur
4 ədəd yumurta
2-3 ədəd pomidor
Kahı
Konservləşmiş mal əti(Qovyadina-konservada)
Mayonez
Bir neçə ədəd buz parçası
Arvolondion adlı xüsusi tomat sousu(Ketçupla etmək olar)

Hazırlanması:
Qovyadinanı tavada qızardaq. Çuğunduru soyub xırda-xırda dilimləyib ayrı bir tavada qovurun. Pomidoru isə çox xırda-xırda doğrayıb soyuducuda 10 dəq saxlayın.
Davamı →

Makaron salatı

Tərkibi:
• yarım paket makaron
• yarım çay stəkanı zeytun yağı
• 5-6 kornişon turşu
• 2-3 qabıqlı istiot
• yarım dəstə cəfəri
• 2 xiyar
• 2 yerkökü
• yarım su stəkanı yaşıl noxud konservi
• 3 su stəkanı qatıq
• istəyə əsasən 2 yemək qaşığı mayonez

Hazırlanma qaydası:
• 1-ci makaronları duzlu qaynaq suda qaynadıb süzün. Sonra soyuq sudan keçirin. soyuduqdan sonra üzərinə 1 stəkan zeytun yağı əlavə edib qarışdırın.
Davamı →

General salatı

Tərkibi:
alma 2 ədəd
turp 2 ədəd
baş soğan 1-2 ədəd
kök 2ədəd
yumurta 3-5 ədəd
kartof 3-4 ədəd
mayonez

Hazırlanması:
Salat qabına əvvəllcə qaynadılmış və rəndələnmiş kartof qoyulur. Sonra zövqə görə duzlanır. Kartofun üstündən rəndələnmiş kök, turp, alma qoyulur. Üzərinə mayonez gəzdirilir.

Sonra qaynadılmış yumurta ağları, sonra yenə mayonez, sonra yumurta sarıları, yenə mayonez. Ən son təbəqədə yumurta sarısı və göyərti səpilir. Zövqə görə zeytunlarla da bəzədilə bilər.

Nuş olsun
Davamı →

Qatıqlı qabaq salatı

Ərzaqlar :
2 ədəd qabaq
Yarım dəstə şüyüd
1 stəkan qatıq
3 yemək qaşığı mayonez
2 yemək qaşığı duru yağ
Duz

Hazırlanma qaydası:
İlk olaraq qabaqları rəndələyin. 2 qaşıq duru yağda qabaqları yumuşalana qədər qovurun.

Qabaqlar isindikdən sonra incə doğranmış şüyüdü, qatığı və mayonezi əlavə edib qarışdırın. Zövqə görə duz da əlavə etmək olar. Nuş olsun!
Davamı →

Vanilli qaymaqlı dondurma

Ərzaqlar

2 stəkan süd
2 stəkan qaymaq
5 yumurta sarısı (yumurtalar balacadırsa, 6 yumurta sarısı istifadə edin)
3/4 stəkan şəkər tozu
2 çay qaşığı vanil ekstaktı (pure vanilla extract)

QEYD: Vanil ekstaktl duru olur. Supermarketlərdə soruşun. Əgər yoxdursa, onun əvəzinə yarım çay qaşığı vanil tozu istifadə edə bilərsiniz. Belə  halda, vanil tozunu addım 2-də yumurta və şəkər qarışığına əlavə edib qarışdırın.

1. Südü və qaymağı qazana qoyub (dibi qalın olsun ki, dondurma yanmasın), orta odda qaynadın. Qaynayan kimi kənara çəkin.

Davamı →

Çuğundurlu makaron salatı

Ərzaqlar:
250 qr iri makaron növü
3 stəkan qatıq (1 stəkanını Sour cream istifadə edə bilərsiniz)
1 yemək qaşığı mayonez
1 stəkan miqdarında qaynadılmış qarğıdalı dənəsi
1 stəkan miqdarında qaynadılmış yaşıl noxud
Yarım stəkan miqdarında xırda doğranmış kornişon turşusu
1 ədəd çuğundur
1 yemək qaşığı kərə yağı
3 diş sarımsaq
1 dəstə brokoli
1/2 dəstə cəfəri
Duz

Qeyd: İstəyə görə, sosis, qızardılmış, didiklənmiş toyuq əti də əlavə edə bilərsiniz.

Sous üçün:
1/2 çay stəkanı duru yağ
1 yemək qaşığı qırmızı pul bibər
3 yemək qaşığı üzüm sirkəsi
Davamı →

Yaşıl almalı kərəviz salatı

Ərzaqlar:
1 ədəd yaşıl alma
1 ədəd kərəviz
1 ədəd orta yerkökü
1 yemək qaşığı mayonez
1 stəkan qatıq
2 diş sarımsaq
Bir ovuc qoz ləpəsi
Duz

Hazırlanma qaydası:
Kök, kərəviz və almanı rəndələyin. Sarımsaqlı qatıq hazırlayıb üzərinə tökün. Daha sonra mayonezi əlavə edin.

Qoz ləpəsini də əlavə edib qarışdırın. Zövqə görə duz da əlavə etmək olar. Üzərini istədiyiniz kimi bəzədikdən sonra salat hazır olacaq. Nuş olsun!
Davamı →

Plombir dondurması

Tərkibi:

600 q qaymaq
5 yumurta
50 q biskvit
100 q şəkər tozu
1 paket vanil
sedra

Hazırlanması
Yumurta sarılarını şəkər tozu ilə ağaranadək çalın. Qaymağın 1/4 hissəsi ilə qarışdırın, vanil əlavə edib qazana tökün, vam odun üstünə qoyub dayanmadan çalın. Bütün kütlə qatılaşıb qalxmağa başlayanadək qarışdırın. Amma çalışın, qaynamasın. Ocaqdan götürüb başqa qaba boşaldın, soyudun.

Qaymağın qalanını qatı köpük alınanadək çalın. Bundan əvvəlki qarışıqla (yumurta sarısı ilə olan kütlə) qarışqdırın, xırıdalanmış sedra və biskvit əlavə edin, qarışdırın, formalara yığın, dondurun.

Nuş olsun!

Davamı →
Top