Mütəxəssislərin fikirinə görə, qırmızı soğan ağ soğandan daha faydalıdır. Belə hesab olunur ki, onun tərkibində ağ soğanla müqayisədə 2 dəfə çox antioksidant maddələri var. Bu isə qırmızı soğanın güclü iltihabəleyhinə təsirini təmin edir.
Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortlarının yetişdirilməsi barədə məlumatlar var.
Oleandr və ya zəkkum ağacı çox zəhərli bir bitki olmasına baxmayaraq Bakımızın bütün küçələrində ona rast gəlmək olur, çünki bütün iqlim şərtlərinə dözümlüdür.
Pomelo həmişəyaşıl sitrus ağacının meyvəsidir. Onun meyvəsi qalın qabığa malik olur, pomelonun iri dilimləri açıq sarı rəngdə olub, tünd dada malikdir. Pomelonun qabığı sarı rəngdə, günəş şüalarının daha çox dəydiyi nahiyələri isə açıq-çəhrayı rəngdə olur. Meyvənin dadı və tərkibi qreypfurta daha çox oxşayır. Bu meyvə iriliyinə görə sitrus meyvələri içərisində birinci yerdə durur. Onun meyvəsinin çəkisi 10 kq-a qədər böyüyə bilir.
Patisson xiyar, qabaq və balqabağın yaxın «qohumu»dur. Patisson bir çox vacib vitamin və minerallar, qidalı liflər, pektinlər, mono- və disaxaridlər və s. faydalı maddlərlə zəngindir. Təəssüf ki, bu faydalı və asan mənimsənilən tərəvəz bizdə çox da populyar deyil.
Zirinc kol bitkisinin meyvəsi olub zirinckimilər fəsiləsinə aidddir. Zirincin kolu daima öz yarpaqlarını tökür və yenisi ilə əvəz edir. Yarpaqlarının uc hissəsi isə sərt və tünd yaşıl rəngdə olur.
Badyan həmişəyaşıl tropik İllicium verum ağacının məhsuludur. Badyan ağacının çiçəkləri açıq sarı və yaşıl tonda olub kiçik toxumlara dönür. Badyanın toxumları 7,8,9, və ya 12 toxumun bir çətirdə birləşməsində yetişir. Toxumlar uzunsov, kiçik, dişciyə bənzər yuvalarda olur. Badyanın vətəni Cənub-Şərqi Çin və Yaponiya hesab edilir. Onu bir çox tropik ölkələrdə (Koreya, Vyetnam, Kamboca, Hindistan, Flippin və Yamayka) də yetişdirirlər.
Pambıq yağı bir çox ölkələrin qida rasionunda günəbaxan yağı qədər məşhurdur. Pambıq yağından ən çox Birləşmiş Ştatlarda və Orta Asiya ölkələrində istifadə edilir. Pambıq yağından qida, kosmetik və kimya sənayesində geniş istifadə edilir. Pambıq yağı pambıq toxumlarından əldə edilir. Pambıq yağını rafinə etdikdə o öz qoxusunu itirir və şəffaf rəngdə olur. Bu səbəbdən də qida sənayesində rafinəedilmiş pambıq yağından istifadə olunur.