1. C vitamini ilə zəngin olan zoğal damarları möhkəmləndirir, onların elastikliyini və cavanlığını qoruyur.
Qapalı məkanlarda hava bəzən zərərli kimyəvi maddələrlə çirklənmiş olur. Araşdırmalara əsasən, insanlar vaxtının 90%-ni havası pis olan qapalı məkanlarda keçirir. Bu da sağlamlığa böyük ziyan vurur. Qapalı məkanlardakı çirkli hava öskürək, sinədə sıxılma hissi, tez-tez baş ağrıması, boğaz ağrısı, gözlərdə sulanma və ya qaşıntı, nəfəs çatışmazlığı və astma tutmalarına səbəb ola bilər.
Qara əncir müalicəvi məhsul sayılır. Onun müalicəvi xüsusiyyətlərini tək xalq təbabəti deyil, ənənəvi təbabətdə də təsdiq edir və yüksək qiymətləndirir.
Bolqar bibərinin vətəni Amerikadır. Bolqar bibərini digər ölkələrdə "şirin bibər" adlandırırlar. Bir çox keçmiş postsovet ölkələrində isə bu tərəvəz daha çox məhz «bolqar bibəri» kimi tanınır (səbəbini nə qədər axtarsaq, tapa bilmədik).
Dadlı və ətirli moruğu əsl təbii dərman hesab etmək olar. Onun tərkibində insanı ağır xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyan bir çox nadir qiymətli maddələr var.
Alça azkalorili və çox faydalı meyvədir. Alçanın tərkibində alma və limon orqanik turşuları, A, B qrupu, C, PP vitaminləri, kalsium, maqnezium, fosfor, dəmir kimi vacib minerallar, pektinlər, qidalı liflər və s. var. Alçanın bağırsaqları işlətmək, qəbizliyi aradan qaldırmaq xüsusiyyəti xalq təbabətində geniş istifadə olunur.