Təbiətdə qar-sazaq çəkilib getməmiş torpağın altından baş qaldıran novruzçiçəyinin al-əlvan çiçəkləri baharın müjdəçisi hesab edilir. El arasında onu novruzgülü də adlandırırlar.
Çobanyastığının bir çox növləri Azərbaycanda yayılmışdır. XV əsr müəllifi Əli İbn Hüsеyn Ənsariyə görə çobanyastığı çiçəyinin həlimi sidikqovucudur, laktoqеn təsirə malikdir (südü artırır), sinir sistеmini sakitləşdirir. Çobanyastığı çiçəyini çеynədikdə, ağız yaralarına qarşı kömək еdir. Çobanyastığı çiçəyinin həlimi ödü qovur, öd kisəsindəki daşları çıxardır, yoğun bağırsaq iltihabında və başqa mədə-bağırsaq xəstəliklərində müsbət təsir göstərir. Çiçəklərin dozası – 14 q qədərdir. Çobanyastığının kökü onun çiçəyindən daha təsirlidir. 4,5 q çobanyastığı kökünü bal ilə qəbul еtdikdə, cinsi həvəsi artırır.
Çin alimlərinə görə, çiçəklər insan beyninin müalicəsində əvəzsiz rol oynayır. Alimlərə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda, krokus kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.
Nərgiz baharda çox gözəl qoxulu çiçəkləriylə baharın müjdəcisidir. Diqqəti cəlb edən və xoş qoxulu çiçəkləri sayəsində bir çox ölkədə bəzək bitkisi olaraq yetişdirilən nərgizlərin, başda Avropa olmaq üzrə, şimal bölgələrdə öz-özünə yetişən 40-a qədər növü vardır. Bu bigülün adı Yunan mifologiyasında Narkissos adından gəlir. Mifologiyaya görə sudakı görünüşünə aşiq olub ona qovuşmaq üçün ölümü seçən gözəllər gözəli Narkissosun öldüyü yerdən nərgizlər bitmişdi...
Qış aylarında bir tərəfdən soyuq hava, bir tərəfdən də mikroblarla savaşan immuniteti gücləndirmək lazımdır. Xəstəliklərdən qorunmaq üçün həm də sağlam qidalanmaq önəmli şərtlərdən biridir. Orqanizmə faydalı olan qidalardan biri də kələmdir.
Rusiyanın Sibir reqionunda yaşayan insanlar hər zaman möhkəm sağlamlığı ilə seçilir. Rusiyada hətta belə deyim də var — «Sibir sağlamlığı». Sibirlilərin fikrinə görə bunun əsas səbəbi sıx meşələr və təmiz havadır.
Əzgilin tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.
Bu meyvənin tərkibində orqanizm üçün vacib olan C, D, P, A vitaminləri, həmçinin, kalium, maqnezium, dəmir, fosfor, kalsium kimi maddələr var. Qreypfrut qanda “pis” xolesterinin miqdarını aşağı salan, damarların kirəçləşməsinin qarşısını alan pektin kimi faydalı maddə ilə də zəngindir.
Heyvanın tərkibinə A, C və B qrupu vitaminləri ilə kalsium, dəmir, fosfor, mis, kalium, selen, sink və maqnezium kimi minerallar daxildir. O, çox az yağlı və liflərlə zəngin bir meyvədir.