Çaldıran — Maku şəhəri yaxınlığında düzənlik. 1514-cü il avqustun 23-də Çaldıran düzündə sultan I Səlimin Osmanlı qoşunları ilə I Şah İsmayılın başçılıq etdiyi qızılbaş qoşunları arasında döyüş olmuşdur. Qızılbaş qoşunları sayca osmanlılardan az idilər. Qızılbaşlardan fərqli olaraq osmanlıların topları və tüfəngləri var idi. Döyüş ərəfəsində I Şah İsmayılın yaxın adamları məsləhət gördülər ki, osmanlıların artilleriya sahəsindəki üstünlüklərini heçə endirmək məqsədi ilə gecə ikən düşmən üzərinə hücum etsinlər, lakin İsmayıl bundan imtina etdi. Çaldıran vuruşması amansız və böyük itkili oldu.
Fədakarlıqla vuruşan qızılbaşların süvarisi osmanlıların piyadalarını sıxışdırsa da, özləri düşmənin güclü top atəşinə məruz qalıb məğlub edildilər. Qızılbaşlardan 5000 nəfər öldürüldü, osmanlıların da itkisi ağır idi. Savaşda yaralanan I Şah İsmayıl mühasirəyə düşsə də, onu yarıb Təbrizə qaça bilmişdir. Sultan Səlim onu təqib etmək əmri verdi, lakin onun hərbi hiylədən qorxuya düşən qoşunları geriyə qayıtdılar. Sultan Səlim əmr etdi ki, Çaldıran düzündə öldürülmüş qızılbaşların başından piramida ucaldılsın. Səfəvilərin Çaldıran savaşında məğlubiyyəti nəticəsində Kürdüstanın xeyli hissəsi itirildi və osmanlılar Təbrizə daxil oldular.
camaat — 1) dövlətə xərac verən ayrıca kənd icması və ya kənd icmaları ittifaqı; 2) kənd icmasının istifadəsində və ali sahibi dövlət olan torpaqlar.
Car-Balakən camaatı — Şimali Azərbaycanın şimal-qərbində yerləşən camaat ittifaqı. Car, Balakən, Katex, Tala, Muxax və Cənik camaatları onun tərkibinə daxil idilər. Bu camaatların əhalisinin əksəriyyətini hələ I Şah Abbasın dövründə buraya köçən avarlar təşkil edirdi. Camaatın torpaqları vaxtaşırı onun üzvləri arasında bölüşdürülürdü. Camaatı ağsaqqallar idarə edirdilər. Bununla yanaşı, şəriət əsasında məhkəmə işlərinə baxan ruhanilərin də rolu çox böyük idi. Camaatın ali orqanı həddi-büluğa çatmış bütün kişilərin iştirak etdiyi ümumxalq yığıncağı idi. Xalq yığıncaqlarında sülh və müharibə məsələləri müzakirə edilirdi. Xalq yığıncağı tərəfindən qəbul edilən qərarlar qanun qüvvəsi alırdı. 173 8-ci ildə Carda Divanə İbrahim və Xəlilin başçılığı ilə Nadir şaha qarşı üsyan başlandı.
Nadir şah qardaşı İbrahim xanın başçılığı ilə İran qoşunlarını buraya göndərdi. Carlılarla aparılan amansız savaşlarda İran ordusu darmadağın edildi, İbrahim xan isə öldürüldü. XVIII əsrin ortalarından axırlarına qədər Car-Balakən camaatı qismən Şəki xanlığından asılı vəziyyətdə idi. 1803-cü ilin martında general Qulyakovun başçılığı altında rus qoşunları gürcü qoşunları ilə birlikdə Car üzərinə hücuma keçdilər. 1803-cü ilin martında Qanıx çayı yaxınlığındakı savaşda rus qoşunları qələbə çalaraq Balakəni tutdular və general Qulyakovun əmri ilə onu yandırdılar. 1803-cü il aprelin 12-də rus qoşunları Carı da tutdular. Lakin carlılar mübarizəni davam etdirdilər. 1804-cü ilin yanvarında rus qoşunları yenidən Cara soxularaq onu tutdular, lakin Zaqatala yaxınlığındakı savaşda carlılar rus qoşunlarına hücum edib onlara qalib gəldilər. General Qulyakov döyüşdə öldürüldü. 1803 — 1804-cü illərdə general Sisianovun başçılığı ilə rus qoşunları Car-Balakən camaatını tutaraq onun əhalisinə amansız divan tutdu.
Car-Balakən camaatının müstəmləkə əleyhinə üsyanı (1830) — 1803-cü il 12 mart tarixli Andlı öhdəliklə Car-Balakən camaatına verilən daxili muxtariyyəti ləğv etmək və burada yeni (Rusiya) inzibati sistem tətbiq etmək məqsədi ilə Rusiya imperiyası Car-Balakən camaatını tamamilə tabe etmək qərarına gəldi. Bundan əlavə, Rusiya hökuməti Dağıstanın tam işğalı üçün burada dayaq məntəqəsi yaratmaq ümidində idi. 1830-cu il fevralın 24-də rus qoşunları general Paskeviçin komandanlığı ilə Car-Balakən camaatının ərazilərinə soxuldu. Bundan sonra camaatın ağsaqqalları Paskeviçin yanına gəldilər, lakin o, danışıqlardan imtina etdi və camaatın idarə olunmasının yeni «Qaydalar»ı haqqında bəyannamənin türkcə mətnini müzakirə üçün onlara verdi. Martın 3-də rus qoşunları Cara daxil oldular, knyaz Bekoviç-Çerkasski vilayətin rəisi təyin edildi. Camaatın rus qoşunları tərəfindən tutulması, yeni idarə üsulunun tətbiqi və qalmış vergilərin yığılması yerli əhalinin narazılığına səbəb oldu. İyunun 12-də mürid Şeyx Şəbanın davamçıları olan Qafqaz dağlıları camaatın ərazilərinə daxil oldular və yerli üsyançılar onlara qoşuldular. İyunun 21-də rusların inşa etdikləri Yeni Zaqatala yaxınlığında rusların qələbəsi ilə başa çatan savaş oldu. Lakin sentyabrın 12-də Qafqaz dağlılarının yeni dəstələri Cara gəldi və carlılarla birlikdə Katexi tutdular, bundan sonra oktyabrın 15-də onlar rus qoşunlarını məğlub etdilər. Lakin çar generalları Qafqaz dağlı dəstələrinin başçıları ilə saziş bağladılar və onlar öz dəstələrini apardılar. Bundan sonra rus qoşunları noyabrın 14-də Carı tutub dağıtdılar, digər yaşayış məntəqələrini də xarabaya çevirdilər, əhaliyə amansız divan tutdular. Dekabrda Balakəndə yeni üsyan baş verdi, rus qoşunları 1830-cu il dekabrın 22-də bu üsyanı da yatırdılar.
Cavad xan — Gəncə xanlığının xanı (1786 — 1804). 1786-cı ildə xərac ödəməyə boyun olduğuna görə Kartli (gürcü) çarı II İrakli və İbrahimxəlil xan tərəfindən taxta çıxarılmışdı. Cavad xan 1795-ci ildə xərac verməkdən imtina etdi. Elə həmin il Tiflisi öz qoşunları ilə mühasirəyə alan Ağa Məhəmməd xan Qacara qoşun və ərzaqla yardım göstərdi. 1796-cı ildə general Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü zamanı Cavad xan öz nümayəndəsini Zubovun yanına göndərdi. Buna baxmayaraq 1796-cı il oktyabrın 21-də rus qoşunları Gəncə xanlığını işğal etdilər. Rus qoşunlarının 1797-ci ildə Azərbaycandan çıxarılmasından sonra Cavad xan Nadir şah tərəfindən Kartli çarına verilmiş Şəmşəddil və Borçalı əyalətlərini öz hakimiyyəti altına qaytarmağa cəhd göstərdi. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı tutandan sonra könüllü olaraq onun yanına gələn Cavad xan həbs edilib Şuşa qalasına salınmışdı. Ağa Məhəmməd şah Qacarın qətlindən sonra Cavad xan yenidən Gəncəyə qayıdır. Şəmşəddilin 1801-ci ildə rus qoşunları tərəfindən işğalından sonra Cavad xan rus qoşunlarının oradan çıxarılmasını tələb edib bildirirdi ki, Şəmşəddil artıq 700 ildir onun nəslinə mənsubdur. Car-Balakən camaatının tutulmasından sonra rus qoşunları general Sisianovun başçılığı ilə 1803-cü il noyabrın 29-da Gəncə xanlığına soxuldular. Cavad xana göndərdiyi birinci məktubunda Sisianov təslim olmağı təklif edirdi, lakin rus qoşunlarının sayca üstün olmasına baxmayaraq, şücaətli Cavad xan ona belə cavab verir: "Əgər mənimlə müharibə etmək fikrindəsənsə, mən hazıram… uğur isə Allahdandır!". Gəncəni bir ay mühasirədə saxlayan Sisianov Cavad xana 5 dəfə məktub yazır və qalanı təhvil verməyi tələb edir. Cavad xan bu təhdidlərə belə cavab verir: «Gəncəyə sən yalnız mənim meyidimin üstündən keçib daxil ola bilərsən». 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları Gəncə qalasına hücuma başladılar. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy bu hadisələri belə təsvir edir: «Bir ay orada qaldılar. Orucluq bayramının gecəsi nərdivanla bir neçə tərəfdən [ruslar] barıya çıxmağa başladılar. Cavad xan banya çıxanları igidlik və cəsurluqla dof edirdi. Axırda mayor Lisaneviçin bir gülləsi ilə həyat barısından yıxılıb ölüm diyarına düşdü». Cavad xan Azərbaycanın milli qəhrəmanıdır.
Cavanşir — Qafqaz Albaniyasının Mehranilər sülaləsindən olan knyazı. 637-ci ildə alban knyazı Varaz Qriqorun oğlu Cavanşir Ktesifon yaxınlığında ərəblərlə vuruşan Sasani qoşunlarının tərkibində cəsurluğu ilə fərqlənmişdi. Sonra Cavanşir Qafqaz Albaniyasını Sasanilərdən azad etməyə soy göstərdi, lakin bu, Sasanilər tərəfindən Qafqaz Albaniyasının paytaxtı Partavın tutulması ilə nəticələndi. Cavanşir gürcü knyazı ilə birlikdə Sasani qoşunlarını Albaniyadan qovdu. Sasanilər dövlətini tutandan sonra ərəblər Qafqaz Albaniyasının ərazisinə yürüşlər etməyə başladılar, Dərbəndi və bir sıra digər vilayətləri tutdular. Lakin ərəblər gedəndən sonra bu vilayətlərdə üsyanlar başlandı, amma ərəblər üsyanları yatırdılar və Cavanşir özünü ərəb xəlifəsinin vassalı kimi tanımağa məcbur oldu. 654-cü ildə Cavanşir Bizans imperatorundan albanları öz təbəəliyinə qəbul etməsini xahiş elədi. 662-ci ildə xəzərlər Qafqaz Albaniyasına yürüşə başladılar, lakin Cavanşir Dərbənd yaxınlığında xəzərlərin hücumunu dəf edə bildi. 2 ildən sonra xəzərlər yeni yürüşə başladılar və bu dəfə ölkəni Kür çayınadək talan etdilər. Cavanşir Kür çayı yaxınlığında xəzərlərlə sülh bağlamaq və özünü onların vassalı hesab etmək məcburiyyətində qaldı. Bu müqavilə Cavanşirin xəzər xaqanının qızı ilə olan sülalə nikahı ilə də möhkəmləndirildi. 667 və 670-ci illərdə Cavanşir xəlifə Müaviyə ilə danışıqlar aparmış və Qafqaz Albaniyasının idarə olunmasında özünün daxili müstəqilliyini qoruyub saxlaya bilmişdir. Cavanşir 680-ci ildə Bizansla yaxınlaşma tərəfdarı olan alban knyazlarının sui-qəsdi nəticəsində öldürüldü. Cavanşirin qardaşı oğlu Varaz Tiridat Qafqaz Albaniyasının knyazı oldu.
Cavanşir Mirzə Camal (1773 — 1853) — Azərbaycan həkimi və tarixçisi; ərəb, fars, avar və ləzgi dillərini bilmişdir. Əsas əsəri «Qarabağnamə»dir (1847). Əsərdə siyasi hadisələrlə yanaşı, Qarabağın ictimai-iqtisadi həyatı da işıqlandırılmışdır. Cavanşirin «Qarabağnamə»si Qarabağ xanlığı tarixi üzrə qiymətli mənbədir.
Cefferson Tomas (1743 — 1826) — Virciniya plantatoru və vəkil, Amerika maarifçisi, Şimali Amerikada istiqlaliyyət uğrunda müharibənin ideoloqu, ABŞ-ın İstiqlaliyyət bəyannaməsinin müəlliflərindən biri, ABŞ-ın üçüncü prezidenti (1801 — 1809).
Cəhənnəm (qəd. yəh. «gehinnom», yun. «geyenna») -islamda cəhənnəmin adı, insanlardan və cinlərdən olan dinsizlərin və günah sahiblərinin cəzalandırılacaqları yer. Cəhənnəm qurbanları zəncirlənmiş halda odda yandırılacaqlar. Yeyəcəkləri şeytan başına bənzər meyvələr, içəcəkləri isə irinli qaynar su olacaq. Cəhənnəmdə daha bir əzab, işgəncə növü — dağlayıcı soyuq olacaq.
Cəlairilər dövləti — Hülakülər dövlətinin dağılmasından sonra paytaxtı Təbriz olmaqla Şeyx Üveys Cəlairi tərəfindən əsası qoyulan dövlət (1359 — 1410). Şeyx Üveysin hakimiyyəti illərində (1359 — 1374) Azərbaycanın təsərrüfatı və mədəniyyəti inkişaf etməyə başladı. Onun oğlu Sultan Hüseynin dövründə (1374 — 1382) mərkəzi hakimiyyət zəiflədi. Onun qardaşı Əhməd Muğanda və Arranda çoxsaylı qoşun toplayaraq 1382-ci ildə Təbrizi hücumla aldı. Sultan Əhmədin dövründə (1382 — 1410, fasilələrlə) feodal çəkişmələri gücləndi. 1385-ci ildə Azərbaycan daxil oldu, lakin tezliklə geri çəkilmək məcburiyyətində qaldı. Sultan Əhməd Cəlairi müttəfiqi Qara Yusiflə birlikdə Azərbaycana qayıtdı. 1408-ci ildə müttəfiqlər Sədrud kəndi yaxınlığında Miranşahın qoşunlarını məğlub edərək Təbrizi tutmuş və Azərbaycanda Teymurilərin ağalığına son qoymuşlar. Amma tezliklə müttəfiqlər arasında narazılıqlar yaranmışdır. 1410-cu il avqustun axırlannda Sultan Əhməd Qara Yusiflə savaşda məğlubiyyətə uğradı. Cəlairilər dövləti süqut etdi və yerini Qaraqoyunlu dövlətinə verdi.
Qızıl Orda xanı Toxtamışın yürüşü ilə talan edildi, 1386-cı ildə isə Teymurun qoşunları Təbrizi tutdular, cəlairi əmirləri qaçdılar: bir qismi möhkəm Əlincə qalasına (Naxçıvan yaxınlığında), digərləri isə Bağdada. Teymur Əlincəni tuta bilmədi və az sonra Səmərqəndə qayıtdı. Cəlairi feodalları arasında hakimiyyət uğrunda mübarizə qızışdı. 1385 — 92-ci illər ərzində Təbriz 17 dəfə daxili və xarici feodalların hücumlarına məruz qalıb, 14 dəfə əldən-ələ keçdi. 392-ci ildə Teymur yenidən Azərbaycanı tutdu. Cəlairi əmirləri Əlincə qalasında müqavimət göstərirdilər. Bu yürüş zamanı cəlairi əmirləri arasında baş verən çəkişmələr nəticəsində Əlincə süqut etdi. Bu dövrdə Azərbaycanda hürufilik hərəkatı canlanırdı. Teymurun ölümündən sonra 1406-cı ildə şirvanşah I İbrahim Təbrizə
Cəlaləddin — 1225-ci ildə monqollar tərəfindən tutulmuş dövlətində öz hakimiyyətini itirmiş xarəzmşah Cəlaləddin İran və Azərbaycana soxuldu. Onun qoşunları Eldəgəzlərin torpaqlarının çox hissəsini, eləcə də Ağsonqurilər dövlətini ələ keçirdilər. Şirvanşahlar özlərinin Cəlaləddinin vassalı olduqlarını qəbul etdilər. Cəlaləddin Gəncəni öz iqamətgahına çevirdi. Lakin onun tərəfindən təyin edilmiş yüksək vergilər ölkə əhalisinin böyük narazılığına səbəb oldu. 1231-ci ildə Gəncədə Bəndərin başçılığı ilə Cəlaləddinə qarşı sənətkarların və şəhər yoxsullarının üsyanı başlandı. Cəlaləddin çətinliklə üsyanı yatıra bildi. Bunun ardınca Azərbaycanın Xoy, Mərənd, Naxçıvan və digər şəhərləri də ona qarşı üsyana başladılar. 1231-ci ildə monqollar yenidən Azərbaycana hücum etdilər. Monqolların təzyiqinə davam gətirməyən Cəlaləddin qoşunlarının qalıqları ilə Kürdüstana tərəf çəkildi və az sonra orada öldürüldü.
Cəlalilər hərəkatı — Osmanlılar əleyhinə Şeyx Cəlalinin adıyla bağlı hərəkat. Cəlali 1518 — 19-cu illərdə Kiçik Asiyada Toqat şəhərində Osmanlılar əleyhinə üsyana başçılıq etmişdir. XVI əsrin 90-cı illərində Kiçik Asiyanın şərq hissəsində cəlali hərəkatı yenidən vüsət aldı. Azərbaycanda cəlalilərin ilk çıxışları 1591-ci ildə Təbriz və Gəncədə baş verdi. XVII əsrin ilk illərində isə cəlali hərəkatı Azərbaycanda daha da genişləndi və qonşu ölkələrə də yayıldı. Azərbaycanda cəlali hərəkatı yerli feodalların və Osmanlı sultanının hakimiyyətinə qarşı foal mübarizə xarakteri aldı. Lakin cəlali dəstələri dağınıq fəaliyyət göstərirdi. Cəlali dəstələrinin Azərbaycanda tanınmış başçılarından biri Koroğlu idi. Cəlali hərəkatını öz maraqları çərçivəsində I Sah Abbas da müdafiə edirdi. 1608-ci ildə cəlali dəstələri Səfəvi qoşunları ilə birlikdə Ərzurum yaxınlığında osmanlılarla savaşda iştirak etmişdilər. I Şah Abbas cəlali dəstələrindən öz düşmənlərinə qarşı istifadə edirdi. Cəlali dəstələrinin əksəriyyəti 1610-cu ildə I Şah Abbasdan uzaqlaşıb getdi.
cəng arabası — atlara qoşulmuş, ikitəkərli yüngül araba. E.ə. II minillikdə Qədim Şərqdə meydana gəlmişdir. Qədimlərdə hərbi məqsədlər üçün istifadə olunurmuş. Adətən cəng arabasında iki döyüşçü olarmış: biri atları idarə edər, ikincisi isə ox atarmış. Döyüş zamanı arabaçılar sürətlə rəqib sıralarını yararmışlar, qalib gələndə isə qaçanları təqib edərmişlər.
cənnət (ər. "əl-cənnə" — «bağ») — islamda cənnətin adı, mömin müsəlmanların əbədi səadətə qovuşucaqları yer. Cənnət — çoxlu çeşmələri, çayları, arxları, gölləri olan kölgəli meyvəli bağdır. Orada yaşıl paltarlı möminlər xalılarla döşənmiş kürsülərdə uzanıb dincələcəklər. Cavan cənnət huriləri və cavanlaşmış öz arvadları möminləri əyləndirəcəklər. Cənnətin bütün sakinlərinin yaşı, rəvayətə görə, 33 olacaq.
Cənubi Azərbaycanda 1941 — 46-cı illərdə milli-azadlıq hərəkatı — İkinci Dünya müharibəsi illərində — 1941-ci ilin avqustunda SSRİ və Böyük Britaniya öz qoşunlarının İrana yeritdilər. Sovet qoşunları İranın şimalına, o cümlədən Cənubi Azərbaycana, ingilis qoşunları isə İranın cənub rayonlarına yeridildi. Rza şah müttəfiqlərin qoşunlarının İrana yeridilməsinə qarşı uğursuz müqavimət cəhdindən sonra öz oğlu Məhəmməd Rzanın xeyrinə taxt-tacdan imtina etmək məcburiyyətində qaldı. Bundan sonra İranda yenidən demokratikləşmə hərəkatı canlandı. Bu hərəkatın mərkəzlərindən biri Təbriz idi. 1941-ci ilin sentyabr — oktyabrında Təbrizdə çoxsaylı mitinq və nümayişlər keçirildi. Ölkə qarşısında duran problemlərin açıq şəkildə müzakirəsi ictimai həyatın həlledici amillərindən biri oldu. 1942 — 44-cü illərdə Cənubi Azərbaycanda bir sıra qəzetlər ana dilində nəşr edilməyə başlandı, Şimali Azərbaycanla əlaqələr genişləndi. Tehran konfransında qəbul edilmiş sazişə əsasən, nəzərdə tutulurdu ki, SSRİ və Böyük Britaniya İranın daxili işlərinə qarışmayacaq, bütün mühüm məsələləri birgə həll edəcək və müharibə qurtardıqdan sonra 6 aydan gec olmamaq şərti ilə öz qoşunlarını İran ərazisindən çıxaracaqlar. 1945-ci ildə mürtəce qüvvələr Azərbaycanda terrorlar həyata keçirən silahlı dəstələr təşkil etməyə, köçəri və oturaq əhalini bir-biri ilə toqquşdurmağa başladılar. 1945-ci ilin iyul -sentyabr aylarında azərbaycanlı dəstələr əksinqilabi birliklərə qarşı mübarizə aparmaq üçün silahlı fədai dəstələri yaratmağa başladılar. 1945-ci il sentyabrın 3-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə bir qrup demokrat Azərbaycan Demokrat Partiyasının (ADP) yaradılması haqqında bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycanın demokratik İran tərkibində inzibati-iqtisadi muxtariyyətə malik olmasının labüdlüyü göstərilirdi. 1945-ci il sentyabrın 5-dən Azərbaycan dilində Azərbaycan Demokrat Partiyasının mətbu orqanı olan «Azərbaycan» qəzetinin nəşrinə başlanıldı. Azərbaycan Demokrat Partiyasına bir neçə həftə ərzində əhalinin müxtəlif təbəqələrindən olan minlərlə adam daxil oldu. 1945-ci il oktyabrın 2-4-də ADP-nin proqram və nizamnaməsini qəbul edən, eləcə də S.C.Pişəvəri başda olmaqla Mərkəzi Komitəsini seçən I qurultayı keçirildi. ADP özünün fədai dəstələrini təşkil etməyə başladı. Oktyabr — noyabr aylarında Cənubi Azərbaycan şəhərlərində demokratik idarəçilik orqanlarının yaradılmasına başlanıldı. Demokratların aydın və qəti taktikaları sayəsində inqilabi hərəkat dinc xarakter daşıyırdı. 1945-ci il noyabrın 21-də özünü Müəssislər Məclisi elan edən Azərbaycan Milli Konqresi çağırıldı və İran tərkibində Azərbaycanın muxtariyyətini təmin etməli olan seçkili Azərbaycan Milli Məclisi və Milli Hökumətinin yaradılması tələbini irəli sürdü. Noyabrın 27-dən dekabrın 1-dək Milli Məclisə seçkilər keçirildi. Dekabrın 12-də Milli Məclis Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökumət yaratdı. Milli Hökumət ən əvvəl İran dövlətinin tərkibində Azərbaycanın muxtariyyətini bir daha təsdiqlədi və mərkəzi hökumətə demokratik islahatlar haqqında tələbini irəli sürdü. Milli Məclisin ən mühüm tədbiri 1946-cı il yanvarın 6-da qəbul etdiyi dil haqqında qanun idi. Bu qanunda Azərbaycan dili bütün Cənubi Azərbaycan ərazisində rəsmi dövlət dili elan olunurdu. Bundan sonra Milli Məclis vilayət, mahal, şəhər, qəsəbə və kənd əncümənlərinə seçkilər haqqında qanun qəbul etdi. 1946-cı il fevrahn 16-da Milli Hökumət aqrar qanun qəbul etdi. Bu qanuna görə, dövlət mülkiyyətində olan torpaqlar, «xalisə», habelə Azərbaycandan qaçmış və ona qarşı mübarizəni davam etdirən mülkədarların və digər sahibkarların torpaqları kəndlilər arasında bölüşdürülməli idi. İslahat nəticəsində yarım milyon hektardan çox torpaq kəndlilərin istifadəsinə keçdi. Mayın 12-də əmək haqqında qanun qəbul olundu. Bu qanuna əsasən, fəhlə və qulluqçuların iş şəraiti yaxşılaşdırılır, həmkarlar ittifaqları vasitəsilə müəssisələrin işinə fəhlələrin nəzarət hüququ təsdiq edilirdi. Milli Məclisin və Milli Hökumətin bir sıra qanun və qərarlan Cənubi Azərbaycanda sənaye və ticarətin inkişafı, iqtisadiyyatın maliyyələşdirilməsi və vergi sisteminin təkmilləşdirilməsinə yönəldilmişdi. 1946-cı ilin iyununda Təbriz Universiteti təsis edildi. Həmin ayda Tehranla Milli Hökumət arasında saziş bağlandı. Bu sazişə görə, Milli Hökumətə Azərbaycan Əyalət Əncüməni statusu verildi. Eyni zamanda, Tehran hökuməti kütləvi informasiya vasitələrində Azərbaycan demokratlarını separatizmdə və İran dövlətinin dağılması niyyətində ittiham edən geniş kampaniyaya başladı. Bununla bərabər, Tehran hökuməti ABŞ, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən istifadə edərək "İran məsələsi''nin BMT-də baxılmasına nail oldu. Tehran habelə ABŞ və İngiltərənin İrana siyasi və hərbi yardım göstərmək razılığını da aldı. Stalinin isə «bitərəfliyini» əldə etmək üçün İran hökuməti SSRİ ilə Şimali İranda, o cümlədən Cənubi Azərbaycanda neft axtarışı və çıxarılması konsessiyası haqqında müqavilə bağladı. Lakin sonralar (1947-ci ildə) Qəbavülmüş-Səltənənin nəzərdə tutduğu kimi, İranın məclisi bu müqaviləni təsdiq etmədi. Müqavilə bağlandıqdan sonra Sovet dövləti BMT Təhlükəsizlik Şurasının tələbi ilə öz qoşunlarının İrandan çıxarılmasını sürətləndirdi və mayın 8-də başa çatdırdı. Bütün bunlardan sonra İran hökuməti ultimatum şəklində Əyalət Əncüməninə bildirdi ki, yeni məclisə seçkilərdə qayda-qanunu təmin etmək üçün Azərbaycana hökumət qoşun hissələri daxil edilməlidir. Dekabrın 1-dən qoşunlar bir neçə istiqamətdə hücuma keçdi. Qoşunla fədailər arasında qanlı döyüşlər başlandı. Dekabrın 11-də xalqa "öldü var, döndü yox!" deyə müraciət edən Pişəvəri elə həmin gün yaxın soydaşları ilə birlikdə zorla SSRİ-yə gətirildi. 1946-cı il dekabrın 12-də hökumət qoşunları Təbrizə daxil oldu. Beləliklə, 1941 — 46-cı illər Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı. Demokratlar kütləvi repressiyalara məruz qaldılar — azadlıq mücahidləri zindanlara atıldı, mücahidlər, ADP və Milli Hökumətin üzvləri dəstə-dəstə edam edildi, yüz minlərlə ailə İranın cənubuna sürgün olundu. Minlərlə demokrat ölkədən qaçmaq məcburiyyətində qaldı; onların əksəriyyəti Şimali Azərbaycana gəldi.
«Cənubi Qafqaz quberniyalarında torpağın məcburi alınması haqqında 1912-ci il qanunu» — çar hökuməti tərəfindən 1912-ci il yanvarın 20-də qəbul edilmiş qanun. Qanuna əsasən Şimali Azərbaycanın sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən torpaq sahiblərinin xeyrinə daşıdıqları mükəlləfiyyətlərdən azad edilirdilər, eyni zamanda, onların xüsusi mülkiyyəti elan olunan pay torpaqlarını məcburi qaydada satın almalı idilər. Kəndlilər çəmənlikləri, otlaqları və meşə sahələrini satın ala bilməzdilər, ancaq sahibinin icazəsi ilə onlardan istifadə edə bilərdilər. Kəhrizlər də feodalların mülkiyyətində qalırdı. Bu qanuna görə, bəylər və ağalar kəndlilərin mülkiyyətinə keçən pay torpaqları üçün xəzinədən pul kompensasiyası alırdılar, kəndlilər isə müəyyən müddət ərzində torpağın dəyərini xəzinəyə ödəməli idilər. 1912-ci ilin aqrar qanunları Zaqatala dairəsinə aid edilmirdi. Bu da öz növbəsində yerli kəndlilərin narazılığına səbəb oldu. Bunu nəzərə alan çar hökuməti 1912-ci il qanununa edilən 1913-cü il 7 iyul əlavələrində Zaqatala dairəsində və Dağıstan vilayətində asılı münasibətlərin ləğv edilməsi haqqında qanun layihəsi qəbul etdi. 1912 -13-cü illərin qanunları Azərbaycan kəndində ictimai təbəqələşməni və kapitalist münasibətlərinin inkişafını sürətləndirdi.
cihad (ər. «döyüş», «müharibə», «din uğrunda müharibə», «dini yaymaq yolunda çalışma») — din uğrunda mübarizə. Əvvəllər cihad dedikdə islamın müdafiəsi və yayılması uğrunda mübarizə nəzərdə tutulurdu. Müsəlmanlar arasında cihadın sinonimi kimi «fəth» və «qəzavai» sözlərindən istifadə olunur. Cihad ərəblərin Ərəbistandan kənarda ərazi işğallarını müqəddəsləşdirirdi. Müsəlman ərəblərin ilk dəfə daxil olduqları Ərəbistandan kənar ölkələrdə əhalinin çoxu onlar tərəfindən monoteist kimi qəbul edilirdi. Ona görə də cihadın məqsədi həmin yerli əhalini islama dəvət etmək olmayıb, əksinə, onların cizyə ödəməklə zimmi kimi Ərəb xilafətinə tabe etdirilməsindən ibarət idi. VII əsrin sonlarından cizyə ödənməsindən azad olmaq məqsədi ilə islamı qəbul etmək məqbul sayılmırdı, çünki bu, xilafətin xəzinəsinə zərər gətirirdi. Yeni və ən yeni dövrdə cihad müsəlman ölkələrinin müstəmləkəçiliyə qarşı mübarizəsində istifadə edilirdi. Dövrümüzdə cihad şüarı yalnız bir sıra ifrat fundamentalistlər tərəfindən islamın bütün dünyada bir məqsəd kimi təntənəsi şəklində, əsasən də İsrailə qarşı mübarizədə istifadə edilir. Müasir islam cihadın müdafiə prinsipi daşıdığını qeyd edir, geniş mənada isə milli-istiqlaliyyət və sosial-iqtisadi inkişafın möhkəmləndirilməsi (məhsul itkisinə qarşı, torpağın eroziyası, savadsızlığın ləğvi və s.) uğrunda mübarizədə təcavüzə qarşı dura biləcək iqtisadi və hərbi qüdrətə sahib olmaq üçün səy göstərilməsi kimi qiymətləndirilir.
cinlər — mifik varlıqlar, Allah tərəfindən yaradılmış üç ağıllı məxluq kateqoriyasından biri (digər ikisi — mələklər və insanlar). Ourana görə, cinlər tüstüsüz oddan yaradılmışlar, canları hava və ya oddandır, istənilən qiyafəyə düşmək, mürəkkəb işlər görmək qabiliyyətləri var. Kişi və qadın cinsindən olan cinlər hələ Adəm yaradılmazdan əvvəl Yerdə yaşayırmışlar, adətən insanlara müxalif münasibətdədirlər. Cinlərin bir neçə kateqoriyaları vardır: qul, ifrit, silat. Cinlər — islamaqədərki Ərəbistan xalq inanclarının, demək olar ki, islama tam daxil olmuş hissəsidir.
Cizvə — müsəlman ölkələrində qeyri-müsəlmanlardan alınan can vergisi. Qocalardan, əlillərdən, dilənçilərdən və qullardan başqa, həddi-büluğa çatmış bütün kişilərdən cizyə alınırdı. VIII əsrin başlanmasından əvvəl rahiblər də cizyədən azad edilmişdilər. Cizyənin qanunla müəyyənləşdirilmiş miqdarı vergi ödəyənin əmlak səviyyəsindən asılı olaraq ildə — 12, 24, 48 dirhəm, dövriyyədə qızıl pul olan Ölkələrdə isə — 1, 2,4 dinar idi. Müsəlman ordusunda döyüşən xristianlar cizyədən azad edilirdilər.
Coser — Yuxarı və Aşağı Misirin birləşməsini başa çatdıran Misir fironu (e.ə. 2780 — 2760). Onun hakimiyyəti illərində Memfis Misirin paytaxtı olmuşdur. Coser Sinay yarımadasındakı köçərilər üzərində qələbə çalaraq buradakı mis mədənlərini ələ keçirdi. Onun dövründə Nubiyanın bir hissəsi də tutuldu. Cənubda möhkəmləndirici sədd yaradıldı. Coserin dövründən Misirdə piramidaların inşasına başlanılmışdır.
Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:
Abbası — XVII-XVIII əsrlərdə İran və Cənubi Qafqazda işlədilmiş gümüş sikkə. Səfəvi şahı I Abbasın hakimiyyəti dövründə təsis olunmuş və onun adı ilə adlandırılmışdır.
Abbasilər — Məhəmməd peyğəmbərin əmisi Abbasın adı ilə adlanan ərəb xəlifələri sülaləsi (750— 1258). Ərəb xilafəti çox vaxt Abbasilər xilafəti adlandırılmışdır.
Abbat — katolik kilsəsində monastır rahibi.
Abdallar — Laçın şəhərinin keçmiş adı (1923-cü ilədək)
Abeskun — orta əsrlərdə Xəzər dənizinin cənub-şərqində eyniadlı adada liman şəhəri. Bu şəhərin adı ilə Xəzər dənizinə Abeskun dənizi də deyilirdi. Xarabalığı su altındadır.
Babək (798 — 838) — əsl adı Həsəndir. Həsən Ərdəbil yaxınlığındakı Bilalabad kəndində kasıb ailəsində anadan olmuşdur. Həsən hələ uşaq ikən quldurlar onun atasını öldürmüşdülər. Anası onu çox böyük əzab-əziyyətlə böyütmüşdür. Yeniyetmə Həsən ilk vaxtlar çoban, sonralar isə dəvəçi olmuşdur. Həsən Təbrizdə usta şagirdi kimi çalışır, öz cüzi qazancı ilə anasına kömək edirdi. Həsən hər yerdə Azərbaycan xalqının ərəb zülmü altında qüssəli həyatını görürdü. Özünün gələcək şagirdi və həmkarı Həsən ilə ilk görüşündə Cavidan onun dərrakəliliyini, qoçaqlığını, vətənpərvərliyini duymuş və onu özü ilə Bəzz qalasına gətirmişdir. Az sonra Həsən «Babək» ləqəbi ilə xürrəmilərin təlimini qəbul etmiş və Cavidanın sədaqətli köməkçisi olmuşdur. 816-cı ildə Cavidan ərəblərlə döyüşlərdən birində öldürüləndən sonra xürrəmilərə başçılıq etmək 18 yaşlı Babəkə qismət olmuşdur. Babək xalqın əksər hissəsini azadlıq uğrunda mübarizəyə qaldıra bilmiş və xürramilərin qoşunlarında ciddi nizam-intizam yaratmışdır.
Abbas, əl-Əbbas bin Əbd ül-Müttəlib bin Haşim (VII əsrin birinci yarısı) — Məhəmməd peyğəmbərin əmisi. Abbasi xəlifələri sülaləsi bilavasitə Abbasın nəslindəndir.
Abbas I — Səfəvilər sülaləsindən şah (1587 — 1629). Hakimiyyətə gələn Şah Abbas 1590-cı ildə Osmanlı türkləri ilə İstanbul sülhünü bağladı. Bu müqaviləyə görə, Azərbaycan ərazisinin böyük hissəsi (Qaradağ, Ərdəbil və Talış əyalətləri istisna olmaqla) türklərin hakimiyyəti altına keçdi. Şah Abbas isə dinc dövrdən dövlətin qüdrətini artırmaq üçün istifadə etdi. Bu məqsədlə o, Azərbaycanın köçəri əyanlarının dövlət işlərinə müdaxiləsini məhdudlaşdırmağa başladı, hakimiyyəti əvəzində isə İranın şiə ruhaniləri və məmurlarının mövqeyini möhkəmləndirdi.
Napoleon qohumlarını sevir və onları ən rahat yerdə oturdurdu. Stalin isə, əksinə, qohumlarını sevməsə də, eynilə Napoleon kimi hərəkət edirdi.
Rus dilinə tərcümədə eyni mənanı verməyən və «qohumbazlıq», «dostbazlıq», «kirvəlik» kimi tərcümə olunan «nepotizm» termini orta əsrlərdə papa sarayında meydana çıxsa da, bu təzahürün kökləri insan sivilizasryasının başlanğıcmdan və yaxud daha qədim zəmanələrdən şaxələnir; mütəxəssislərin təsdiq etdikləri kimi, instinktiv nepotizm hətta həşəratlar ile amöblərə də xasdır.
Amerikalı entomoloq Edvard Osborn Uilson 1975-ci ildə «Sosiobiologiya: yeni sintez» adlı kitabı ilə böyük müvəffəqiyyət əldə etmişdi. O, bu kitabda ictimai həşəratlar olan qarışqaların, arıların, eşşək arılarının və termitlərin müşahidə olunmasının nəticələrini şərh etmişdi.
NATO (NATO North Atlantic Treaty Orqanisation) 1949-cu ildə yaradılmışdır və SENTO (SENTO Central Treaty Orqanisation) və CEATO (SEATO — South-East Asia Treaty Orqanisation Cənub-Şərqi Asiya müqaviləsi Təşkilatı) ilə birlikdə Sovet İttifaqının ekspansionist siyasətində hərbi qarşıdurma vəzifəsini yerinə yetirirdi. Şimali Atlantika müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, müqaviləni imzalayan bir və ya daha çox dövlətə hərbi hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir (5-ci maddə). Alyansın üzvləri Belçika, Almaniya, Yunanıstan, Danimarka, İtaliya, İslandiya, İspaniya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları, Türkiyə və Fransadır. Çex Respublikası, Macarıstan və Polşanın 1999-cu ildə Şimali Atlantika müqaviləsinə daxil olmaları üçün 1997-ci ildən danışıqlara başlanılıb, müqavilənin tələblərini yerinə yetirmək iqtidarında olan Avropada başqa demokratiya törəmələrinin üzvlüyə daxil olmaları haqqında ərizələrini müzakirə edən zaman NATO genişlənmə prosesinə icazə verir və Rumıniya və Sloveniyaya qarşı münasibətlər xüsusilə qeyd edilir.
XIX əsrin əvvəllərindən sonra ABŞ ərazisinə xarici qəsbkarların hücumu məhz həmin tarixdə reallaşmışdı. Söhbət 1943-cü ilin bu günlərindən, konkret olaraq 11 may tarixindən gedir. Həmin döyüşlərdə iştirak etmiş Amerika hərbçilərinin sayı ümumilikdə 150 minə çatıb. Maraqlıdır ki, uzun illər ərzində yaponlara qarşı aparılmış bu əməliyyatın hansı məqsədə xidmət etdiyi qəribə təsir bağışlayıb. Hətta gülməli də görünüb. Söhbət demək olar, insan əlinin çatması mümkünsüz olan Aleut arxipelaqının tərkibindəki daşlı-qayalı relyefə və sərt quraq iqlimə malik Attu və Kiska adaları ilə bağlı münaqişədən gedir. Ekspertlər adaların strateji əhəmiyyətinə diqqət yetirərək bildirirlər ki, II Dünya Müharibəsinin gedişində belə mənasız hərbi əməliyyatı təsəvvürə gətirmək mümkün deyil. Mənasız hərəkətə yol verənlər isə təkcə amerikalılar yox, həm da yaponlar idi.
Ancaq onu da vurğulamaq lazımdır ki, Yaponiya hələ 1942-ci ilin iyunundan Attuya desant qüvvələri çıxarmağı planlaşdırırdı. Ölkənin başlıca məqsədi amerikalıları Sakit okeandakı əsas döyüşlərin gedəcəyinin planlaşdırıldığı Midueydən yayındırmağa hesablanmışdı. Bunun üçün yaponlar iki qırıcı daşıyan gəmi, habelə digər nəhəng hərbi gəmilərlə birgə heç də qonaqpərvər iqlimə malik olmayan şimal enliyinə doğru irəlilədilər. Nəticə isə 1812-1815-ci il Amerika-İngilis müharibəsindən sonra ilk dəfə baş vermiş hadisəni — ABŞ ərazisinə təcavüzü doğurdu. Olay Amerika ictimai rəyində şok effkti yaratdı, işğal kimi qarşılandı.