Slovakiya Respublikasının müstəqillik qazanması ölkə daxilində kəskin siyasi gərginliklə müşayiət olunurdu. 1992-ci il seçkilərindən sonra hökuməti Vladimir Meçiarın solmərkəzçi Demokratik Slovakiya Uğrunda Hərəkat və sağmillətçi Slovakiya Milli partiyası qurdu. 150 deputat mandatına sahib olan parlamentdə koalisiyanı 89 deputat təmsil edirdi ki, onlar da 1993-cü ilin fevralnda ÇSFR-in axırıncı federal məclisinin sədri olmuş Mixail Kovaçı Slovakiya Respublikasının prezidenti seçdi. 1992-ci ildə qəbul edilən Konstitusiyaya əsasən prezident 5 il, parlament isə 4 il müddətinə seçilirdi. Koalisiya hökuməti artıq 1993-cü ilin martında dağılmağa başladı, yarım illik birpartiyalı azlıq hökumətinin fəaliyyətindən sonra V.Meciar yenidən koalisiya hökuməti yatadı ki, bu da 1994-cü ilin fevralında bir qrup deputatın DSUH-ın sıralarını tərk etməsi ilə yenidən azlıq hökumətinə çevrildi.
Müqavimət hərəkatı.Formal olaraq Bohemiya və Moraviya protektoratında çex hökuməti fəaliyyət göstərirdi, əslində isə hər şeyə imperiya protektoru nəzarət edirdi. Parlament buraxılmış, siyasi həyat vahid şəklə salınmışdı. Əvvəllər mövcud olan Milli Birlik və Milli Əmək partiyası əvəzinə Milli Həmrəylik partiyası yaradılmışdı. Kütləvi informasiya vasitələrində açıq şəkildə kollaborasionizm və müqavimətin mənasızlığı təbliğ olunurdu.
İşğalçılar ardıcıl olaraq protektoratın iqtisadiyyatını hərbi relslər üzərinə keçirirdilər. Bütün sənaye sahələri, o cümlədən iri hərbi zavodlar Almaniyanın xeyrinə işləyirdi.
Çexoslovakiya Respublikasının yaranması.XX yüzilliyin ikinci onilliklərində Avstriya-Macarıstan imperiyasının tərkibinə daxil olan Çexiya inkişaf etmiş sənaye rayonu olduğu halda Slovakiya iqtisadi cəhətdən geri qalmış macar hissəsi olan Transleytaniyanın tərkibinə daxil idi. Habsburqlar imperiyasına daxil olan başqa xalqlar kimi çexlər və slovaklar bu dövrdə milli ayrı-seçkiliyə, təqib, təzyiq və repressiyalara məruz qalırdı. Bu çex və slovak-ların milli ideallar uğrunda mübarizəsini gücləndirdi. Düzdür, Çexiya ərazisində mövcud olan siyasi qüvvələr çex məsələsini Avstriya-Macarıstan imperiyası hüdudlarında həll etmək, alman və macarlarla bərabər hüquqa malik olmaq uğrunda fəaliyyət göstərirdilər. Beynəlxalq gərginliyin artması, Avstriya-Macarıstanda müharibə rüzgarının əsməsi Çexiya və Slovakiyada müharibə əleyhinə fəaliyyətin artmasına səbəb oldu.
Başlanğıc mərhələ, (iyun 1941-noyabr 1942).Böyük Vətən müharibəsinin birinci dövrü 1941-ci il iyunun 22-dən 1942-ci il noyabrın 18-nə kimi, yəni Almaniyanın SSRİ-yə hücumundan müdafiə döyüşlərinin bitməsinə — Stalinqrad (Volqaqrad) altında döyüşə kimi olan hadisələri əhatə edir.
Müharibənin ikinci dövrü 1942-ci il noyabrın 19-dan 1943-cü ilin axırına kimi olan dövrü əhatə edir və Stalinqrad altındakı hücumu, Kursku döyüşünü, Dneprin döyüşə-döyüşə keçilməsini əhatə edir. Bu dövr müharibənin gedişində əsaslı dönüş adlanır.
Müharibənin üçüncü dövrü 1944-cü ilin əvvəllərindən 1945-ci il mayın 9-na kimi olan hadisələri, yəni SSRİ ərazisinin və Şərqi Avropanın işğalçılardan azad edilməsi, Hitler Almaniyası üzərində tam qələbə çalınmasını əhatə edir.
Vətəndaş müharibəsi başa çatandan sonra Sovet dövləti dinc təsərrüfat quruculuq dövrünə qədəm qoydu. Dinc quruculuğa keçilməsi mürəkkəb beynəlxalq şəraitdə baş verdi. Kapitalist əhatəsi Sovet dövləti üçün təhlükə törədirdi, əldə edilmiş sabitlik müvəqqəti xarakter daşıyırdı. Odur ki, müharibə təhlükəsini unutmaq olmazdı və ölkənin müdafiə qabiliyyətini hər vasitə ilə möhkəmlətmək tələb olunurdu. Sülhü qoruyub saxlamaq və möhkəmlətmək üçün dövlət hər cür səy göstərirdi. Sovet hökuməti öz siyasətində iki müxtəlif ictimai quruluşun dinc yanaşı yaşaması prinsipini əldə rəhbər tuturdu.
Siyasi, sosial-iqtisadi və xarici vəziyyət.80-ci illərin sonlarına doğru Şərqi Avropanın sosialist ölkələrini bürümüş böhran Bolqarıstanı da əhatə etmiş, ölkə iqtisadi və sosial-siyasi çətinliklərlə qarşılaşmışdır. Teodor Jivkovun tarixə çevrilmiş hökmranlığı dövründə məhsul qıtlığı və inflyasiyanın artması ilə bərabər, milli münasibətlər sahəsindəki uğursuz siyasət, xüsusilə türklərə qarşı ayrı-seçkilik, onların hüquqlarının tapdalanması ölkədəki kommunist rejiminin süquta uğraması ilə nəticələndi. 1989-cu il noyabrın 10-da BKP MK plenumu T.Jivkovu Baş katiblikdən azad etdi, partiyanın rəhbərliyindən “mühafizəkar qanad” deyilən nümayəndələr uzaqlaşdırıldı.
Siyasi vəziyyət.Birinci Dünya müharibəsi illərində cənub slavyan xalqlarının yaşadığı Serbiya və Çernoqoriya 1878-ci ildə Rusiya ilə Türkiyə arasında bağlanmış San-Stefano sülhünə və Berlin traktatına görə dövlət müstəqilliyinə malik idi, Bosniya və Hertseqovina, Xorvatiya, Sloveniya, Avstriya-Macarıstan imperiyasının təkibinə daxil olan vilayətlər idi. Makedoniya isə 1913-cü il İkinci Balkan müharibəsi nəticəsində parçalanaraq onun ərazisinin çox hissəsini təşkil edən Vardar Makedoniyası Serbiyanın, Egey Makedoniyası Yunanıstanın, Pirin Makedoniyası Bolqarıstanın əlinə keçmişdi. Birinci Dünya müharibəsinin sonlarına doğru cənub slavyanları arasında siyasi mübarizə daha da güclənmişdir. Avstriya-Macarıstanın müharibə cəbhələrindəki uğursuzluqları səbəbilə bu yerlərdə fəaliyyət göstərən siyasi partiyaların milli məsələdə mövqeləri daha kəskin xarakter kəsb edirdi.