Tarix və politologiya kateqoriyası üzrə məqalələr

"K" hərfi ilə başlayan tarix terminləri

kağız — çinlilər e.ə. I minilliyin sonlarında kağız düzəltməyi öyrənmişdilər. Köhnə kətan və yun əsgiləri, ağac qabığı və cavan bambuq zoğlarını doğrayıb narın toz halına salır və su tökülmüş qabda onu kağız kütləsinə çevrilənə qədər qaynadırdılar. Sonra yarıduru lifli məhlulu düzbucaqlı hovuza tökürdülər. Həmin kütlə içərisinə düzbucaqlı çərçivə salınır və ipək saplardan toxunmuş sıx tor onun üzərinə çəkilirdi. Kağız kütləsinin çərçivə üzərində bərabər səviyyədə yayılmasınadək onu silkələyirdilər. Su axıb gedir, kağız kütləsi isə tor üzərində qalırdı. Nəm vərəqi tordan çrxarıb yastılayır və qurudurdular.

kahin — insanların allahlar və ruhlar aləmi ilə ünsiyyətində vasitəçi kimi etiqad olunan din xadimi. Kahin müqəddəs adətlər və qurbanlar haqqında biliklərin daşıyıcısı, ayinlərin icraçısı idi.

Davamı →

"J" hərfi ilə başlayan tarix terminləri

Jakeriya — Yüzillik müharibə dövründə -1358-ci ildə Fransanın şimal-şərqində feodal zülmünün güclənməsi, iqtisadi dağıntı nəticəsində baş vermiş antifeodal kəndli üsyanı. Adını feodalların kəndlilərə verdiyi «sadəlövh Jak» ləqəbindən götürmüşdür. Üsyan kortəbii xarakter daşıyırdı və ölkədə üsyan edən bir neçə kəndli dəstəsi var idi. Ən iri dəstələrdən birinin başçısı Gilyom Kal idi. Üsyançılar feodal mükəlləfiyyətləri və təhkimçilik asılılığına qarşı çıxış edirdilər. Üsyan fransız feodallarının gözünü elə qorxutmuşdu ki, hətta məğlubiyyətə uğrayan kəndlilərin şəxsi asılılıqdan tezliklə azad edilmələri üçün imkan yaradıldı.

Davamı →

"İ" hərfi ilə başlayan tarix terminləri

İberiya — 1) Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. E.ə. IV — III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə. 65-ci ildə Roma legionları Pompeyin sərkərdəliyi ilə İberiyaya soxuldular, lakin burada möhkəmlənə bilmədilər. E.ə. II əsrdə İberiya çar Farasmanın dövründə xeyli gücləndi. 337-ci ildə xristianlıq İberiyanın rəsmi dini elan olundu. IV əsrin sonlarında Sasanilər dövləti tərəfindən işğal olunan İberiyanın üzərinə ağır xərac qoyuldu. V əsrdə İberiyada hökmdar Vaxtanq I Qorqasalın başçılığı ilə Sasanilərə qarşı üsyan başlandı. Üsyanın yatırılmasından sonra Sasanilər İberiyada çar hakimiyyətini ləğv etdilər və onu özlərinin əyalətlərinə çevirdilər; 2) antik tarixçilərin əsərlərində Pireney yarımadasının adı.

Davamı →

"X" hərfi ilə başlayan tarix terminləri

xaqan — qədim türk xalqlarında (avarlarda, peçeneqlərdə, xəzərlərdə və b.) dövlət başçısının adı. VIII əsrin sonu — IX əsrin əvvəlində knyaz titulu ilə yanaşı, şərqi slavyanlarda (qədim rus tayfalarında) istifadə olunmuşdur. XIII əsrdən monqollar da bu termini işlədirdilər.

Xaqani — «Xaqani» təxəllüsü ilə yazıb-yaratmış böyük Azərbaycan şairi Əfzələddin İbrahim ibn Əli Nəccar Şirvani (1120 — 99). Xaqani Şamaxı yaxınlığındakı Məlhəm kəndində sənətkar ailəsində anadan olmuşdur. Onun qayınatası Əbül-üla Gəncəvi Xaqanini şirvanşah II Mənuçöhrün sarayına dəvət etmişdir. Lirik qəzəl («Divan») və qəsidə («Həbsiyyə») toplularında, «Töhfət ül-İraqeyn» poemasında feodal hökmdarların zülm və özbaşınalığını ittiham etmiş, azadlıq və əqli, əməyi, elm və poeziyaya məhəbbəti tərənnüm etmişdir.

Davamı →

"H" hərfi ilə başlayan tarix terminləri

Habsburqlar — Avstriyada hakimiyyətdə olmuş (1282-ci ildən — hersoqlar, 1453-cü ildən — ershersoqlar, 1804-cü ildən isə Avstriya imperatorları) sülalə. 1526-cı ildə Çexiya, Macarıstan və başqa əraziləri birləşdirən Habsburqlar geniş əraziyə malik çoxmillətli dövlətin (1867-ci ildən 1918-ci ilə kimi — Avstriya-Macarıstan) monarxlarına çevrildilər. Habsburqlar «Müqəddəs Roma imperiyası»nın imperatorları (1438 — 1805), eləcə də İspaniyanın kralları (1516 -1700) idilər.

Davamı →

"G" hərfi ilə başlayan tarix terminləri

avur (ər. «kafir» — «dinsiz») — başlıca olaraq orta əsrlərdə müsəlmanların bütün qeyri-müsəlmanlara verdikləri ad.

gebrlər — müsəlmanlar islamı qəbul etməyən və günümüzədək İranın Fars və Kirman vilayətlərində, əsasən də Turkabad və Şarifabad kəndlərində qalmış zərdüştiləri «gebr» və ya «kafir» adlandırırdılar. Gebrlər kahinlərinin — mobedlərinin başçılığı ilə müstəqil dini icma təşkil edərək müsəlmanlardan ayrı yaşayırdılar. XVII — XIX əsrlərdə gebrlər Suraxanıya (Abşeron) Atəşgahda ibadət etmək üçün gəlirdilər. Hazırda bir neçə min nəfər gebr vardır.

Davamı →

"F" hərfi ilə başlayan tarix terminləri

falanqa — spartalılar tərəfindən yaradılmış döyüş düzümü. Bu zaman piyadalar çiyin-çiyinə söykənməklə 6-9 cərgədə sıx düzülürlər. Falanqa fleyta və xor nəğmələrinin sədaları altında nizami cərgələrlə düşmən üzərinə yürüyürdü. Makedoniyalılar II Filippin dövründə falanqanı təkmilləşdirmişlər; onların falanqaları 16-25 cərgədən ibarət olmuşdur. Makedoniya falanqalarında döyüşçülərin nizələri eyni uzunluqda olmamışdır — altıncı cərgədə döyüşçünün nizəsinin uzunluğu altı metrə çatırdı. Uzun nizələri öndə duran döyüşçülərin çiyninə qoyurdular. Falanqaların kənarlarında süvari dəstələri olurdu, onlar döyüşdə düşmən qoşunlarını cinahlardan əhatəyə alır və ya arxadan zərbə endirirdilər, sonra isə qaçmağa başlayan düşməni təqib edirdilər. Falanqa böyük zərbə qüvvəsinə malik idi, amma çevik deyildi, xüsusilə də dərə-təpəli yerlərdə döyüş zamanı yenidən düzülməyə çətinlik çəkirdilər.

Davamı →

"Ə" hərfi ilə başlayan tarix terminləri

Əbu Bəkr — Ərəb xilafətinin ilk xəlifəsi (632 — 634), dörd raşidi xəlifədən birincisi. Məkkənin varlı tacirlərindən olan Əbu Bəkr kişilər arasında islamı qəbul edən ilk şəxsdir. O, Məhəmməd peyğəmbərin dostu idi, Məkkədə incidilən və Mədinəyə mühacirət edən müsəlmanlara daim maliyyə yardımı göstərmişdir. Məhəmməd peyğəmbərin hicrəti zamanı onunla birlikdə təqibçilərdən qaçaraq Məkkə yaxınlığındakı Sevr mağarasında gizlənmişdir. Əbu Bəkrin qızı Ayişə Məhəmməd peyğəmbərə ərə getmişdir. Əbu Bəkr bütün hərbi yürüşlərdə və səfərlərdə Məhəmməd peyğəmbərin yanında olmuşdur. Məhəmməd peyğəmbər xəstələnən zaman Əbu Bokri namaza imam təyin etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra isə müsəlmanların əksəriyyəti Əbu Bəkrə xəlifə kimi biət etmişlər (and içmişlər). Əbu Bəkr çox sadə həyat tərzi keçirmiş, islamçılığı dövlət siyasətinin əsasına çevirmişdir. Onun dövründə dövlətin əsas atributları formalaşmış, Suriyanın və İraqın fəthinə başlanılmışdır.

Davamı →

"E" hərfi ilə başlayan tarix terminləri

egida — 1) qədim yunan mifologiyasında — Zevsin qalxanı, allahların qəzəb və himayədarlıq rəmzi; 2) məcazi mənada — müdafiə, himayədarlıq.

ehkam — kor-koranə qanun kimi qəbul edilən müddəa; bütün dövrlər və şəraitlər üçün dəyişilməz hesab edilən mübahisə doğurmayan gerçəklik.

Exnaton (qədim misircə «Atona xeyirli olan») — Qədim Misir fironu, Misir dininin islahatçısı. Gerçək taxt-tac adı — IV Amenhotepdir. O, ənənəvi Misir allahlarından imtina edib vahid Günəş allahı Atona sitayişi qəbul etdi və öz adını dəyişdi, Misirin paytaxtını tikdirdiyi Axetaton şəhərinə köçürtdü. Köhnə yerli məbədlər boşaldı.

Davamı →

"D" hərfi ilə başlayan tarix terminləri

Dahau — faşist Almaniyasında 1933-cü ildə Münhen yaxınlığında təşkil olunmuş ilk həbs düşərgəsi (konslager). Dahauda 250 min nəfər məhbus var idi; onlardan 70 min nəfərə qədəri öldürülmüşdür. 1945-ci il aprelin 28-də Dahauda düşərgənin beynəlmiləl komitəsinin rəhbərliyi ilə üsyan baş vermişdir.

daxma — zərdüştilərin dəfn mərasiminin şərtlərinə görə, ölənlərin cəsədlərinin yırtıcı quşlar və ya heyvanlar tərəfindən yeyilməsi üçün qoyulan təpə və ya xüsusi tikili. Sonra sümükləri ossuariyə yığırdılar. Hazırda daxma parslarda qalmaqdadır.

«daxmalı qullar» — Qədim Romada quldarların xırda torpaq sahəsi, əmək alətləri verdikləri və daxma tikib, ailə qurmalarına icazə verdikləri qullar. «Daxmalı qul» öz sahibinə müəyyən pul və ya əməyinin məhsulunun bir hissəsini verməli, sahədən əldə etdiyi qalan məhsulu isə özünə saxlamalı idi. Beləliklə, quldarlar qulları öz əməklərinin nəticəsi üçün maraqlandırmağa çalışırdılar.

Davamı →
Top