Tarix və politologiya kateqoriyası üzrə məqalələr

Rusiya imperiyasından SSRİ-yə

Birinci Dünya müharibəsində rus ordularının məğlubiyyətləri, ağır böhran vəziyyətinə düşmüş ölkə iqtisadiyyatının ordunu və əhalini təmin edə bilməməsi Rusiyada daxili siyasi və sosial-iqtisadi ziddiyyətləri kəskinləşdirdi. Müharibənin və hökumətin əleyhinə çıxışlar gücləndi. 1917-ci ilin fevralında Petroqradda baş verən inqilabi çıxışlar qələbə ilə nəticələndi. Rusiyada Fevral inqilabı nəticəsində monarxiya devrildi. Martın 2-də təşkil olunmuş Müvəqqəti hökumət ölkənin gələcək idarəçilik formasının müəyyən edilməsi üçün Müəssislər Məclisinin çağırılması haqqında qərar qəbul etdi. Mühacirətdən qayıdan bolşeviklərin lideri V.İ.Lenin hakimiyyətin dərhal ələ keçirilməsi üçün xalqı üsyana çağırdı. Buna görə hökumət bolşevikləri Almaniyanın xeyrinə fəaliyyət göstərməklə dövlətə xəyanətdə ittiham edərək bir sıra rəhbərlərini həbs etdi.

Davamı →

Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı

Azərbaycan  Milli  Ordusunun yaradılmasında müstəsna rolu və  xidməti olmuş hərbçilərdən biri də Süleyman bəy Əlisüleyman oğlu  Əfəndiyev olub. Polkovnik S.Əfəndiyev yeni  yaradılan Azərbaycan  ordusu  üçün   təlimatçılar hazırlayan  ilk  təlim  komandasını  təşkil edib.
S.Əfəndiyev 1864-cü il oktyabrın 5-də Ağdamda anadan  olub. O, ilk təhsilini Gəncədəki progimnaziyada alıb. S.Əfəndiyev 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daхil olaraq   1885-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib və xidmətini  polisdə  davam  etdirmək  üçün  DİN-in  sərəncamına  göndərilib. S.Əfəndiyev hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayıb.
Davamı →

Azərbaycan gerbini hazırlayan knyaz Aleksandr Servaşidze

Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişinin sarayında sədr müavini Həsənbəy Ağayevin sədrliyi və M.Mahmudovun katibliyi ilə  müsəlman Milli Şurasının keçirilmiş  ilk  iclasında  İstiqlal Bəyannaməsi qəbul  edildi. Azərbaycan xalqı keçmiş Rusiya imperiyasının dağıntıları   üzərində öz müstəqilliyini elan etdi  və  yeni müstəqil dövlət  olan  Azərbaycan  Xalq   Cümhuriyyətini  yaratdı.
Davamı →

Koroğlunu ermənilərdən qoruyan, Bağırov və Beriyaya sui-qəsd edən alim

Vəli Xuluflu yeni əlifba islahatının əsas ideoloqlarından biri olub. Tanınmış folklorşünas alim cəmi 43 il ömür yaşamasına baxmayaraq, milli yaddaşın mühafizəsində dura bilib. Elə bu səbəbdən də bir çox təzyiqlərə, haqsızıqlara məruz qalıb və nəhayət, 1937-ci ilin qanlı repressiyasında qurban gedən aydınlardan biri olub.
1937-ci ilin apreli… Artıq növbə Vəli Xulufluya da çatıb. Çünki bir neçə ay bundan əvvəl həbs edilən və aramsız işgəncələrə məruz qalan başqa ziyalılar cismani əziyyətlərə dözməyərək, alim haqqında “həqiqətləri” söyləmişdilər.
Davamı →

Ceyhun Hacıbəyli ağır vəziyyətdə olan Çəmənzəminliyə niyə kömək etmədi?

Səfirdən fəhləyə
1922-ci il Fransası… O zaman  Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əksəriyyəti sığınacaq kimi bu ölkədə məskunlaşmışdılar. Bəziləri də məcburi səbəbdən Paris Sülh Konfransından qayıtmayıb elə orada da qalmışdılar.
Yusif Vəzirin isə taleyi tam fərqli oldu. Xalq Cümhuriyyətinin Ukrayna, Polşa və Krım və Türkiyədəki  səfiri kimi çalışandan sonra qəzavü-qədər başqa səmtə əsdi. İş elə gətirdi ki, həm özünü xilas etmək, həm də dolanmaq üçün o, Fransada yaşayan qardaşı Mirinin yanına getməli oldu. Onsuz səfir olanda da bir gün görməyən Çəmənzəminli firəng ölkəsində bir neçə zavodda fəhlə kimi çalışdı.
Davamı →

Azərbaycan tarixçiləri Sovet iranşünaslarına qarşı

Azərbaycan milli tarix nəzəriyyəsi İranın adət edilmiş tarixşünaslığına meydan oxuyur. Azərbaycan milli tarix nəzəriyyəsi İranın adət edilmiş tarixşünaslığına meydan oxuyur. 1937-ci ildən etibarən, Bakıdakı Azərbaycan Sovet tarixçiləri ölkənin territorial tərifinə əsaslanan Azərbaycan milli tarixi və kimliyini formalaşdırmağa başladılar. Bu yanaşma İosif Stalin tərəfindən dəstəklənirdi. 1940-cı illərdə bu narrativ  Midiya kimi “iranlı” olaraq bilinən komponentlərlə də zənginləşdirildi.
Davamı →

Bakı Dövlət Universitetinin yaradılmasına aparan yol

1918-ci il mayın 28-də Azərbaycan xalqı sərbəst inkişaf yolunu seçərək   müstəqilliyini  elan etdi. Xalqımız İstiqlal Bəyannaməsini qəbul edərək öz müstəqil dövlətini  — Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.  1918-ci ildə  yeni  yaradılmış hökumət kabinəsi  Avropa və Rusiyanın  ən yaxşı universitet  və  institutlarında  yüksək  təhsil almış nazirlərlə  təmsil olunmuşdu. Həmin şəxslər  Azərbaycan türkü olaraq  öz ölkəsinin həqiqi vətəndaşı və vətənpərvər  övladları kimi tarixdə dərin iz qoymuşdular.
Davamı →

Müharibədə dönüş və faşist blokunun məğlubiyyəti

1942-ci ilin yayından etibarən faşist bloku üstünlüyü tədricən itirməyə başladı. Bütün cəbhələrdə antifaşist bloku qələbələr qazanmaqda idi. Müttəfiqlərin diplomatik, iqtisadi səylərini birləşdirməsi qələbəni təmin etdi. Lakin bu qələbə böyük insan tələfatı və iqtisadi itkilər hesabına əldə edildi.
Müharibədə dönüş. ABŞ, İngiltərə və SSRİ arasında diplomatik danışıqlar nəticəsində əvvəlcə Almaniyanın məğlub edilməsi, faşist blokunun qeyd-şərtsiz təslim olması razılaşdırıldı. Lakin fikir ayrılıqları qalırdı. Stalin Almaniyanı Avropada iki cəbhədə vuruşmağa məcbur etmək üçün 1942-ci ildə Avropada ikinci cəbhənin açılmasını istəyirdi. Antihitler koalisiyasının yaranması və möhkəmlənməsi müharibənin gedişinə təsir göstərdi. Lakin ABŞ və İngiltərə hələ ikinci cəbhənin açılması üçün şərtlərin uyğun olmadığını irəli sürərək Almaniyaya qarşı yalnız hava hücumlarından istifadə edirdi.
Davamı →

Versal-Vaşinqton sistemi

Birinci Dünya müharibəsi fəlakətlə nəticələndi. Milyonlarla insan həlak oldu və yaralandı. Dünyanın siyasi və sosial-iqtisadi inkişafında böyük dəyişikliklər baş verdi. Dörd böyük imperiya dağıldı. Müharibədən sonra qısamüddətli sabitlik yaransa da, sonralar yeni ziddiyyətlər və münaqişələr meydana gəldi.
Qaliblərin sülhü. İlk dünya müharibəsindən sonra qalib dövlətlər dövlətlərarası münasibətlərin yeni qaydalarını müəyyən etmək üçün sülh konfransının çağırılmasını qərara aldılar. 1919-cu ilin yanvarında Parisdə başlayan sülh konfransı məğlub ölkələri cəzalandırmaq və sülh müqavilələrinin şərtlərini hazırlamaq məqsədi daşıyırdı. Qaliblər Paris sülh konfransını tarixdə yeni bir dövrün başlanğıcı elan etmişdilər. Konfransda yalnız qalib və bitərəf ölkələr təmsil edilirdi.
Davamı →

Beynəlxalq münasibətlər. Dünya müasir dövrdə

Faşizmə qarşı birgə mübarizə aparan müttəfiq dövlətlər müharibədən sonra əməkdaşlığı davam etdirə bilmədi. Müharibədən iqtisadi və hərbi-siyasi cəhətdən çox güclü çıxmış ABŞ-ın dünya liderliyi iddiaları daha da artdı. SSRİ isə, öz növbəsində, nüfuz dairəsini genişləndirmək üçün sovet ordusu tərəfindən azad olunmuş ölkələrdə sosialist rejimi yaratdı. Dünyada sosializm cəbhəsi bərqərar oldu. Beləliklə, iki fövqəldövlət və iki ictimai sistem (kapitalizm və sosializm) qarşı-qarşıya durdu. Bir-birinə qarşı duran iki hərbi blok: NATO və Varşava Müqavilə Təşkilatı yarandı. Onlar arasında “soyuq müharibə” başlandı.
“Soyuq müharibə”yə ilk çağırış Böyük Britaniyanın baş naziri U.Çörçilin 1946-cı ildə Fulton şəhərindəki çıxışı, ilk real addım isə “Trumen doktrinası” ilə atıldı. Bu plan Türkiyə və Yunanıstanda SSRİ-nin nüfuzunu zəiflətmək üçün irəli sürülmüşdü. Bu “doktrina” müharibədə zərər çəkmiş Avropa ölkələrinə iqtisadi köməyi nəzərdə tutan “Marşal planı” ilə tamamlandı. SSRİ də, öz növbəsində, Yuqoslaviya və Çin istisna olmaqla, sosialist ölkələrini birləşdirən Qarşılıqlı İqtisadi Yardım Şurasını (QİYŞ) yaratdı.
Davamı →
Top