1918-ci il noyabrın əvvəllərində Kil şəhərində hərbi dənizçilərin üsyanı ilə başlayan burjua-demokratik inqilabı monarxiyanın devrilməsi və Almaniyada ilk dəfə respublikanın elan olunması ilə nəticələndi. 1919-cu ildə qəbul edilmiş Konstitusiyanın birinci maddəsinə görə Almaniya imperiyası respublika elan olundu və siyasi hakimiyyətin mənbəyinin xalq olduğu bildirildi. Prezidentli-parlamentli respublika quruluşu və federativ inzibati-idarəetmə sistemi təsbit olundu, demokratik hüquq və azadlıqlar bəyan edildi. Respublikanın qanunverici orqanı reyxstaq (imperiya şurası), dövlət başçısı imperiya prezidenti, hökumət başçısı reyxskansler adlandırıldı.
Dünya müharibəsindən “qaliblər sırasında məğlub dövlət” kimi çıxmış İtaliyanın əhalisinin bütün təbəqələri arasında müharibədən əldə edilən cüzi faydalara görə məyusluq vəbədbinlik hissi var idi. Ölkədə mürəkkəb siyasi böhran vəziyyəti hökm sürürdü. Katolik kilsəsi ilə dövlət arasında gərgin münasibətlər mövcud idi. Hakim dairələr sosial etiraz hərəkatlarına qarşı mübarizədə faşist təşkilatlarının qüvvələrindən istifadə edirdilər.
Faşistlərin rəhbəri Benito Mussolininin əmri ilə onun on minlərlə tərəfdarı 1922-ci ildə Romaya daxil oldu. Kral Mussolinini hökumətin başçısı təyin etdi.