Yəqin ki, hamınız sualtı gəmiləri televizorlarda, qəzət və jurnallarda görmüsünüz. Olduqca dərinliklərə enərək hiss olunmadan hərəkət edə bilən bu texnoloji mexanizmlərdən ölkələrin təhlükəsizliyini təmin etməkdə və bəzi elmi araşdırmalarda istifadə olunur. Sualtı gəmilərin işləmə sistemi aşağıdakı kimidir. Sualtı gəmilərdə mövcud olan xüsusi dalma sisternləri su ilə dolduqda gəmi sudan daha ağır olur və dibə dalır. əgər sisterndəki su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi yenidən suyun üzünə çıxır.
əslində canlıları dərindən öyrəndiyimiz zaman onların mikroblardan qorunmaq üçün bəzi vasitələrdən istifadə etdiyini görürük. Məsələn, qarışqalar özlərini müdafiə etmək üçün tərkibində turşu olan müəyyən maddə hazırlayır. Bu maddə mikrobları zərərsizləşdirir. Sonra da tərkibində turşu olan bu maddəni öz bədənlərinə və yuvalarının divarlarına sürtürlər. Yəni yalnız özlərinin deyil, yaşadıqları yuvanın da mikroblardan təmizlənməli olduğunu yaxşı bilirlər
Xarici görünüşdən sadə görünən bu qüllələr, heçdə sadə deyildir. Çünki termitlər yuvalarını eyni layihə əsasında hazırlayırlar. Burada bala termitlər üçün xüsusi otaqlar, mantar hazırlayan hücrələr, ana termitin otağı və s. otaqlar olur. ən əsas cəhət isə termit yuvalarında havanı dəyişmək üçün xüsusi bir ventilyasiya
sisteminin olmasıdır.