Arılar məişət və təbabətdə geniş istifadə edilən balın istehsalçısıdırlar. Dünyada 20 mindən artıq arı növü vardır. Arılara Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Hansı işçi arının qüvvəsi, yəni qoşunu çoxdursa, həmin qrup 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km.-ə qədər yol gedib gəlirlər. Bir arı 15 km məsafədə yaxşı yem tapsa, qayıdıb o biri arılara da xəbər verir. Sonra bütün arılar həmin yerə uçurlar. Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Arılar həm harada yaxşı yem olarsa, onu hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arılar çox sədaqətli olurlar.
Kondisionerlər bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Lakin soyuducu sistemləri ilk dəfə insanlar kəşf etməyib. əslində bir çox canlının bədənində kondisionerə bənzər soyuducu sistemlər var. Buna Afrikada yaşayan və çox sürətli qaçan ceyranı göstərə bilərik. Bu canlı bir çox başqa canlılar kimi başqa müdafiə vasitəsi olmadığından həyatını davam etdirmək üçün düşmənlərindən qaçmaq məcburiyyətindədir. Lakin bu sürətli qaçış ceyranın bədən temperaturunu yüksəldir. Bu hal ceyran üçün çox təhlükəlidir, çünki bədən temperaturu artdıqca ceyranın beyin temperaturu da arta bilər. Amma ceyranın yaşaması üçün beyni bədənindən sərin olmalıdır. Belə halda ağlınıza «bu halda ceyranlar nə üçün ölmür?» sualı gələcək.
Gündüz 50-60 dərəcəyə çatan hədsiz isti, gecə isə dondurucu soyuq, həftələrlə, hətta aylarla sürən quraqlıq və çox az qida… belə bir vəziyyətdə həyat sürməyin mümkün olmadığını düşünə bilərsiniz. Haqqında danışdığımız bu çətinliklərlə bol olan yer səhralardır və düşündüyünüzün əksinə olaraq burada bir çox canlılar yaşayır. Bunlara bir neçə örnək göstərə bilərik.
Hörümçəyin qidalanması maraqlıdır. Hörümçək öz şikarını sancmaqla onun bədəninə xüsusi maddə yeridir və bu maddə şikarının daxilini mayeyə çevirir. Hörümçək isə onu sorur.
Nunlar yalnız sizin bildiyiniz bir neçə quş növlərinin yuvasıdır. Amma yer üzərində o qədər quş növü yaşayır və onlar o qədər müxtəlif yuvalar qurur ki, bu, artıq üzərində düşünülməsi lazım gələn bir mövzudur. 