Evdarlıq kateqoriyası üzrə məqalələr

Evi həftədə neçə dəfə təmizləmək lazımdır?

Arizona Universitetinin amerikalı mikrobioloqları, evdə olan ən çirkli və təhlükəlli əşyaların adlarını sadalayıblar. Hər birimizin düşündüyü əşyalar arxa planda qalaraq, təəccübə səbəb olan əşyalar ön planda yerləşiblər. Bu siyahıya mikrob və çirkin ən çox yığıldığı 7 ev əşyası daxildir. Beləliklə sizə bu siyahını təqdim edib, gələcəkdə bu əşyaların dezinfeksiyasında daha diqqətli olmanızı tövsiyə edirik...
Davamı →

Paltardan kif qoxusunu təmizləməyin yolları

Paltardakı kif ətri yayılmış bir problemdir. Bir çoxlarının bildiyi kimi, bu, xüsusilə qapalı və rütubətli ərazilərdə geniş yayılmış problemdir. Paltarlar düzgün qurmursa və ya nəm bir şkafda olarsa kif qoxusu yaranmağa başlayar. Paltarladan kif qoxusunu təmizləməyin təbii yolları.
Paltaryuyan maşınlar paltar yumağ işini asanlaşdırır. Paltaryuyan maşını təmizləməməyinizdə, mikroorqanizmlərin yuvasına və ya nəm yatağına çevrilə bilər. Buna görə ilk addım paltarınızdakı nəm qoxusundan xilas olmaq üçün maşını dezinfeksiya etməkdir.
Davamı →

Çaydanı ərpdən təmizləməyin ən ucuz üsulu

Çaydan çox tez-tez istifadə edildiyi üçün, mətbəximizdə ən çox çirklənən mətbəx əşyalarındandır. Daim göz önündə olması isə xanımların çaydan təmizliyinə daha çox diqqət göstərmələrinə səbəb olur. Çaydan təmizliyi üçün hər kəsin öncə yönəldiyi marketlərdə satılan hazır məhsullardır. Bu məhsullar olduqca təsirli olsalar da, kimyəvi xüsusiyyətləri olduğu üçün təhlükəlidir.
Davamı →

Plastik qablaşdırmanın sağlamlığa təsiri

Ailənin gündəlik istifadəsində olan plastik kütlələrin növləri və onların nişanlaması bu qablaşdırma növləri haqqında ətraflı məlumat əldə etməyə imkan verir.
Plastik № 1 (PETE və ya PET) – polietilentereftalat. Plastikin ən çox yayılmış növüdür. Sərinləşdirici içkilər, ketçuplar, bitki yağları, kosmetik vasitələr və s. saxlanması üçün istifadə olunur. Fərqləndirici xüsusiyyəti ucuz olmasıdır. Bu növ plastikin istehsalı xüsusi xərclər tələb etmir. Plastikin belə növündən istifadə etmək yalnız bir dəfə olar. Təkrar istifadə vaxtı butulka və ya qutu təhlükəli maddə– ftalat ifraz edir (zəhərlidir, əsəb və ürək-damar sisteminin ciddi xəstəliklərinə səbəb ola bilər). Plastikin bu növündən Avropada və ABŞ-da uşaq oyuncaqları hazırlamaq qadağandır.
Davamı →

Xovlu məhrəbaları daha yumşaq etmək üçün məsləhətlər

Bir neçə dəfə yuyulduqdan sonra məhrəbalar öz yumşaqlığını itirir və cod olur.
Məhrəbalar və hamam xalatlarının yumşaqlığını saxlamaq üçün bizim məsləhətlərimizdən istifadə edin:
1. Məhrəbaları və hamam xalatları yuduqda yuyucu tozlardan deyil, duru yuyucu vasitələrdən istifadə edin.
2. Bol suda yuyun və çox sıxmayın.
Davamı →

Dırnaq boyalarından məişətdə istifadə

Hər bir evdə dırnaq boyaları var. Əllərimizi gözəl və baxımlı etməkdən əlavə dırnaq boyaları bizə bir çox işlərdə kömək edə bilər.
1. Bunu hamı bilir. Kolqot və ya qolfilərin cırılmış yerini lakla yaxşı bərkidin. 1 lay çəkin, bir az gözləyin ki, lak qurusun, sonra yenə bir-iki lay çəkin.
2. Parıltısız bijuteriyanı, düymələri, sancaqları şəffaf parıltılı lakla boyamaq olar. Onlar təzə kimi görünəcək və parıldayacaq.                    
 
Davamı →

Tül pərdələri ağartmağın sadə yolları

Qaralmış tül pərdələr bütün qadınların ortaq kabusudur. Fərqli kimyəvi yuyucu məhsullar istifadə etmənizə rəğmən tül pərdələrinizi ağarda bilmirsinizsə, sizə məsləhət görəcəyimiz bu üsullar kabusdan xilasınız olacaq.
Tül pərdələriniz əvvəlki bəyazlığına qovuşacaq. Ailem.az tül pərdələri ağartmağın bir neçə asan yolunu təqdim edir.
Pərdələri yuyacağınız suyun içinə və ya paltaryuyan maşına 2 yemək qaşığı şəkər tozu əlavə edin.
Davamı →

Patoloji təmizkarlıq

Təbii ki, təmizkarlıq çox yaxşı xüsusiyyətdir.
Təmizkar insan hər zaman ətrafdakıların hörmətini qazanır. Lakin bəzən təmizkarlıq ziyanlı ola bilər və ya hər hansı pozulmanın simptomu kimi meydana çıxa bilər. Söhbət həddən artıq, patoloji təmizkarlıqdan gedir.
Belə patoloji təmizkarlıq ruhi xəstəliyin simptomu ola bilər. Əgər insan səbəbsiz olaraq gündə 20-30 dəfə əllərini yuyursa, buna səbəb olmadıqda bütün gün ərzində evini yığışdırır, lakin buna baxmayaraq təmiz səliqəli evi çirkli və səliqəsiz görürsə, evin səliqəsini pozan yaxınlarına qarşı təcavüzkarlıq göstərirsə və s., bu psixiki pozulmanın əlaməti ola bilər. Bu halda insana mütəxəssisin köməyi lazımdır.
Davamı →

Hamamda bunları saxlamaq olmaz

Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətindir. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.
Diş fırçası
Adətən diş fırçasını hamada saxlayırıq. Bu ən böyük səhvlərdəndir. Çünki hamamın istiliyi, rütubəti mikrob və daha zərərli bakteriyaların çoxalmasına şərait yaradır.
Davamı →

Plastmas qablar hamilələr və uşaqlar üçün təhlükəlidir

Amerika Mikrobiologiya Birliyi 2 illik araşdırmalarının nəticəsində bəyan edib ki, plastmas qablar və qaşıqlar hamilə qadınlar, körpələr və uşaqlar üçün təhlükəlidir.
Qurumun bəyanatına görə, qida plastikasının tərkibində olan Bisfenol A adlı maddə mədə-bağırsaq sisteminin mikroflorasını pozur, təhlükəli birləşmələr əmələ gətirir.
Bisfenol A ötən əsrin 60-cı illərindən sənayedə istifadə olunan kimyəvi maddədir.
Davamı →
Top