Yüksək səslə musiqi dinləmək qalıcı eşitmə problemləri meydana gətirir. Eyni zamanda yüksək səs insanları əsəbi və agresif bir görünüşə bürüyür.
Gənclər hər yerdə qulaqlıqla gəzir; ancaq unudulmamalı ki yüksək səslə musiqi dinləmək qalıcı eşitmə problemləri meydana gətirir. Eyni zamanda yüksək səs insanları əsəbi və agresif bir görünüşə bürüyür.
İşıq və hava bədənin ən başlıca enerji daşıyıcılarıdır. İnsanı soyuqdan, yad gözlərdən qoruyan paltar eyni vaxtda bizi enerji daşıyıcılarından təcrid etdirər. Nəticədə bədəndə karbon oksidi yaranır. Bunun qarşısını almaq mümkündür. K. Nişi təklif edir: hər gün azı 2 dəfə kontrast hava vannası qəbul etmək; gah istia paltarla bədəni qızdırmaq, gah da 12-15 dəq. lüt qalmaq. Bu prosedura dərinin nəfəs almasını gücləndirir, orqanizm bol-bol oksigen qəbul edir, bu da karbon oksidini öldürür, orqanizmin xəstəliklərə qarşı immunitetini gücləndirir. İnsan soyuğa və xəstəliklərə qarşı, o cümlədən xərçəngə qarşı davamlı olur. Nəticə: dərinizə mümkün qədər çox hava dəyməlidir.
Xörək duzunun insan orqanizminə vurduğu zərər haqqında çox deyilib və çox yazılıb. Xörək duzunun və şəkəri “ağ ölüm” adlandıran həkimlər çox haqlıdılar. Amma elə duzlar da var ki onlarsız yaşamaq mümkün deyil. Belə duzları tanımağımız vacibdir.
Kalsium duzu.
Qan yaratmaq, maddələr mübaddiləsini yaxşılaşdırmaq, mikrobların damaralara daxil olaraq, qanı çirkləndirməsinin qarşısını almaq, sümüklərin (skeletin və dişlərin) normal inkişafını təmin etmək üçün xidmət göstərir. Əsəb sisteminə yaxşı təsir edir. Soyuqdəyməyə mane olur. Hava dəyişərkən orqanizmi tənzimləyir. Bədənində kifayət qədər kalsium olan şəxs nə kəskin hava dəyişkənliyindən qorxur, nə infeksiyadan, nə də epidemiyadan.
Əsas mənbə: bütün meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər, noxud, göy noxudlar, mərci, soya, paxlalı bitkilər, lobya, kök, turp, ərik, alma, albalı, çiyələk, kələm, kartof, qara qarağat, yumurta, xiyar, portağal, ananas, üzüm, şaftalı, göy-göyərti, turpun, kökün və çuğundurun yaşıl hissələri, cücərmiş buğda, yulaf yarması, soğan, badam, çuğundur, böyürtkən, qatıq məhsulları.
Bəşəriyyət işləmək, televizora baxmaq və yaxud internetdə oynamaq naminə gecə yuxusundan oğurlayaraq, getdikcə daha az yatır. Cəmiyyətimiz yuxuludur və yatmaq arzusu getdikcə fövqəladə vəziyyətə çevrilir. Ekspertlərin fikrincə, yuxusuzluq gizli epidemiya miqyası alır.
Halbuki, yuxu mütləq zərurətdir və az yatmağın nəticələri sağlamlığa təsir göstərərək xərçəng, ürək-damar patologiyaları, şəkərli diabet və hipertoniyadan tutmuş müxtəlif xəstəliklərə səbəb olur. Son tədqiqatların nəticələrindən belə məlum olur ki, artıq çəki problemi də yuxusuzluqla bağlıdır.