«Zövqümüz və məqsədimiz yoxdursa, yaşamağın mənası da yoxdu»
Emalatxanasında farfor boşqab rəngləyən Renuar (1841-1919) bu sahədə istedadının olduğunu görüb, axşamlar rəssamlıq dərsləri öyrənmək üçün rəssamlıq məktəbinə getməyə başlamışdı. Həyatı məhrumiyyətlər içində keçirdi, bu azmış kimi 1850-ci illərdə maşınların əl əməyinin yerini tutmasından sonra işsiz qalmışdı.
Amma onun rəssamlıqla məşğul olmaq arzusu qarşısındakı bütün səddlərdən, çətinliklərdən daha böyük idi. Yaşamaq və sevdiyi peşəylə məşğul olmaq üçün pul qazanmaq lazımıydı, bunun üçün o, böyük məharətlə 18-ci əsrə aid rəsm əsərlərinin surətlərini, təqlidlərini çəkməyə başladı.
Pol Sezan (1839 — 1906) həyatının sonuna qədər rəssam kimi qəbul edilməmişdi və dövrünün bir çox sənətşünası tərəfindən «istedadsız» kimi xarakterizə edilmişdi. Fransız post-impersionist rəssam Sezan impersionizmlə kubizm arasında körpü qurmuşdu, onun sənət anlayışı 20-ci əsrə yeni pəncərə açdı.
Modern rəssamlığın inkişafında verdiyi töhfələr və sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu «hamımızın atası», Renuar isə "əsrarəngiz şəxsiyyət" adlandırırdı. Həyatı boyunca əsərləri nadir hallarda sərgilənən rəssam çox sakit bir ömür yaşayıb. Sadəcə bir neçə üslubda şəkil çəkirdi. Sağlığında heç vaxt qiymətləndirilməsə də, sonradan dövrünün ən böyük rəssamı kimi qəbul edildi.
Rus rəssamların arasında simvolist üslubun nümayəndəsi olmuşdur.Öz yaradıcılığında qeyri-adi tərz yaratmasının səbəbi qədim Bizans və İlk Renesans dövrun bədii ənənələrindən bəhrələnməsi olmuşdur.M.A.Vrubel Sibir əyalətin Omsk şəhərindən 1856-ci il martın 5 də anadan olmuşdur.1910-cil ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.Atası ordu polkovniki rütbəsini daşıyırdı.Vrubel Latın, Fransız və Alman dillərində danışmağı bacarırdı
Mir-iskusstvanın üzvu kimi Dobujinski çalışdığı bədii birlikdə bir sıra əsərlər yaratmışdir ki, onlardan biri də «Eynəkli İnsan» porteri əsəridir. Bu əsərdə pəncərə önundə eynəkili bir insan təsvir olunmuşdur.Bu insan Mir-iskusstvanın üzvu olan tənqidçi K.Syunenberqin obrazıdır.
XIX əsrin sonları XX əsrin əvvələrində yaşayıb yaratmış Bolqarıstan incəsənətin görkəmli nümayəndələrinədən biri də Yaroslav Veşin olmuşdur.Yaroslav Veşinin yaradıcılığına böyük təsir göstərən amillərdən biri, həmin dövrun başıbəlalı dövləti olan Bolqarıstanın da iştirat etdiyi I Balkan (1912) müharibəsi olmuşdur. Veşin müharibəyə həsr etdiyi əsərində süngü, xəncərlərin təsvir olunduğu tabloda bolqar əsgərlərin qəhrəmanlığını göstərmək istəyirdi.