Miqren, katarakta və şizofreniya sadəcə günümüzün problemi deyil. Bir çoxunun iş-gücünü, gündəlik həyat tərzini ciddi şəkildə ləngidən bu xəstəliklər dahilərin öz əsərlərini yaratmalarını əngəlləyə bilmədi.
Pablo Pikasso miqrendən, Klad Mone ilə Van Qoq kataraktadan, Luis Vein şizofreniyadan əziyyət çəkib. Əsərləri bu gün milyonlarla ölçülən bu dahiləri adi insanlardan ayıran sadəcə istedadları idimi? Tablolarında xəstəliklərinin təsiri var idimi? İddialara görə Van Qoqun sarısı, kölgəli işıqları, Pikassonun üzü parçalanmış tabloları əslində xəstəliklərinin təsirindən qaynaqlanır.
Göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyinə katarakta deyilir. Bütün dünyada ən çox rast gəlinən, görmə qabiliyyətinin itirilməsinə səbəb olan bu xəstəliyin qarşısı müalicəylə alına bilər.