Bu rəssamın əsərlərinin özünəməxsus süjet xətti var-balkon, bardakı qadınlar, flamenko, gecə küçədə yalnız gəzintilər, Şərq, lakin hər şeydən çox xoşuma gələn, insanın fikrini və emosiyalarını dolaşdıran refleksiya arxasında gizlənmiş misilsiz “heç bir şey etməmə” vəziyyətli qadın obrazlarıdır.
AdolfVilyam Buqro (30 noyabr 1825 La-Roşel Fransa —19 avqust 1905 La-Roşel Fransa) — ampir(XIX əsrin əvvəllərində Avropada memarlıqda və mebeldə bir üslubdur) dövründə yaşamış Fransız rəssamı,akademik rəssamlığın ustadı (akademizm— 17-19-cu əsrlərdə incəsənətdə klassik(antik) ənənələri müdafiə edən və yeniliyə zidd olan cərəyan),salon(kübarlar cəmiyyəti) akademizminin ən görkəmli nümayəndəsi,tarixi,mifoloji,incil və allerqorik süjetli rəsm əsərlərinin müəllifi,divar naxışlarının və portretlərinin yaradıcısıdır.
Salvador Dali: «Dəlilərlə mənim aramdakı yeganə fərq, onların dəli, mənimsə, dəli olmamağımdır»
Məşhur rəssam Salvador Dalinin (1904-1989) uşaqlığı mənəvi travmalarla keçmişdi. 6 yaşında sətəlcəmdən ölən qardaşından 3 il sonra dünyaya göz açmışdı. 1973-cü ildə qardaşını, uşaqlığını bu sözlərlə yada salırdı: «Anadan olan kimi, büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə başladım. Məni sevdiklərində belə, əslində onu sevirdilər, bəlkədə məndən daha çox sevirdilər...Bu mənimçün həyatımın böyük bir yarası idi». Valideynlərinin ona qoyduqları ad da qardaşının adıydı — Salvador. Rəssam mərhum qardaşına çox oxşayırdı, sanki onun əkiz tayıydı.