Hətta bizə yaxşı tanış olan şedevr əsərlərin belə sirləri var. Az qala hər qiymətli incəsənət əsərinin özünün sirri və tapmacası olur ki, onun «ikiqat dibi”ndə bütöv bir tarixçə yata bilər.
Tədiqatçı-kulturoloqların illərini həsr etdiyi axtarışlar da, bəzən bir əsərin sirrini tam kəşf etməyə bəs etmir, hər tədqiqatçı öz fərziyyəsini irəli sürür.
1. Salvador Dalinin doğma bacısından qisası
1925-ci ildə (21 yaşında) çəkdiyi „Pəncərədə önündəki qız” əsərində Salvador Dalinin ilham pərizi bacısı Anna Mariya idi. Onların əvvəl isti olan bacı-qardaş münasibəti sonralar korlanıb. Buna səbəb isə onun əsərlərin birinə belə bir epataj yazması olub: “Bəzən mən öz anamın portretinə tüpürürəm və bu, mənə həzz verir”. Anna Mariya 1949-cu ildə „Salvador Dali bacısının gözü ilə” adlı kitab yazır və Dali haqqında heç də yaxşı sözlər işlətmir. Bundan qəzəblənənSalvador öz bacısından intiqamını 1954-cü ildə alır. Rəssamın yeni əsəri belə adlanır: “Öz zəkasının buynuzları iləSodom günahına batan bakirə”. Qadının duruşu, onun bədən cizgiləri, pəncərəarxasındakı peyzaj isə „Pəncərə önündəki qız” əsərini xatırladır.
2. İkiüzlü Danaya
Rembrandt Harmens van Reyn, “Danaya”, 1636-1647
Rembrandtın məşhur əsəri „Danaya”nın sirri XX əsrin 60-cı illərində açılıb. Tədqiqatçılar əsəri roentgen şüaları ilə işıqlandırıblar, nəticədə məlum olub ki, Zevslə əlaqəyə girən çariçanın iki siması var. Əsərin ilk versiyasında rəssamın 1642-ci ildə vəfat etmiş həyat yoldaşı Saksiya təsvir olunsa da, final variantda Rembrandt özünün yeni məşuqəsi Herta Dirksi təsvir edib.
3. Van Qoqun sarımtıl yataq otağı
Vinsent Van Qoq, “Arlada yataq otağı”, 1888-1889.
1888-ci ilin mayındaParistənqidçilərinin əlindən Arladakı kiçik emalatxanaya pənah aparan dörd otaqdan birində yataq otağı yaradır. Oktyabrda hər şey hazır olur və rəssam istirahət düşüncələrini əks etdirən bir əsər yaratmağa girişir. Yaşıl-sarı rənglərinin əsərdə bolluq təşkil etməsini isə ekspertlər onun üskükotundan asılı olması ilə əlaqələndirirlər. Belə ki, rəssam epilepsiyadan əziyyət çəkdiyi üçün, üskükotundan istifadə edirdi. Bu otdan istifadə etdikcə isə rənglərin dərkində probleml yaranır. Məsələn, bu əsərdəki kimi – hər şey yaşıl və sarı rəngdə görünür.
4. Dişsiz ilahə
Leonardo da Vinçi, „Liza del Cokondonun portreti”, 1503-1519
Alimlər tərəfindən gəlinmiş ümumi nəticə odur ki, əsərdə Mona Lizanın təbəssümündəki əsrarəngizlik hansısa xəsarətlə və ya xüsusi bir cəhətlə bağlıdır. Belə ki, məşhur tədqiqatçı Borkovski qadının ön dişlərinin olmamasını və Lizanın ağzının kənarında çapıqlar aşkar etdiyini açıqlayıb. O, iddia edir ki, belə təbəssüm ancaq ön dişləri tökülmüş qadına məxsus ola bilərdi.
5. Mayorun adaxlıbazlığı
Pavel Fedotov, “Mayorun elçiliyə gəlməsi», 1848.
Fedotovun «Mayorun elçiliyə gəlməsi” əsəri o dövrün publikasında gülüş doğurmuşdu. Əsas səbəb o idi ki, qız istəməyə gələn mayor dvoryan adət-ənənəsi ilətanışdeyil, qızın yanına gül dəstəsi və hədiyyələrlə gəlməyib.Tacir valideynlər isə qızlarına bər-bəzəkli bal paltarı geydiriblər. Evdə şamlar sönüb, bayırda günortadır. Və mayoru qapı ağzında görən qız açıq sinəli ziyafət geyimindən utanaraq öz otağına qaçır.
6. Azadlıq simvolu niyə çılpaqdır?
Ferdinand Viktor Ejen Delakrua, „Barrikadalarda azadlıq”, 1830.
İncəsənətşünasın Etyen Jülinin fikrincə, Delakrua məhurParisinqilabçısı Anna Şarlottanın üzünü təsvir edib. Həmin qadın öz qardaşının kral əsgərləri tərəfindən öldürülməsindən sonra barrikadalara çıxaraq, inqilabçılara qoşulmuşdu. Lakin onun çılpaq təsviri isə yalnız rəssamın təxəyyülünün məhsulu idi. Rəssam isə ona görə bu yola əl atmışdı ki, qadının çılpaq sinəsində qorxmazlıq və qətiyyəti simvollaşdırmağa çalışmışdı. Həmçinin, rəssamın fikrincə, bu təsvir demokratiyanın qələbəsi idi. Azadlıq simvolu da adi qadınlar kimi korset taxmır (o zamanlar zadəgan xanımlar korset geyirdilər).
7. Kvadrat olmayan qara kvadrat
Kazimir Mavleviç, “Qara suprematik kvadrat”, 1915
Əslində, „qara kvadrat” heç də qara deyil və heç də kvadrat deyil. Dördbucaqlının heç bir tərəfi digərinə paralel deyil. Həmçinin əsərin çərçivəsi də kvadrat deyil. Tünd rəng isə müxtəlif boyaların qarışığından əmələ gəlib və bu rənglər arasında qara boyadan istifadə olunmayıb. Hesab olunur ki, bu, rəssamın məqsədli və prinsipial addımı olub – dinamik və hərəkətli bir forma əldə etmək üçün.
8. Qoca balıqçının sirri
1902-ci ildə macar rəssamı Tivadar Kostka özünün “Qoca balıqçı” adlanan şedevrini yaradır. İlk baxışdan əsərdə qeyri-adi heç nə görünmür, amma Tivadar Kostka öz əsərini məhz güzgü ilə çəkərək, ona ikili xüsusiyyət verib.
Belə ki, əsəri ikiyə bölüb, hər yarısını simmetrik şəkildə „güzgü effekti” ilə tamamlayanda, iki fərqli obraz ortaya çıxır. Tanrı və İblis obrazları bir qocanın simasında təsvir olunub. Arxadakı mənzərə də obrazlara görə dəyişir.
9. Avstriya Mona Lizasının melodraması
Qustav Klimt, “Adeli Blox-Bauerin portreti”, 1907.
Klimtin ən dəyərli əsərlərindən birində onun məşuqəsi – Avstriyanın qənd maqnatı Ferdinan Blox-Bauerin xanımı təsvir olunub. Bütün Vyana rəssamla qadının gizli münasibətlərini müzakirə edərkən, şayiələr Ferdinanda qədər gedib çıxır. Qısqanc ər rəssamı və xanımını cəzalandırmaq üçün fərqli üsula əl atır. Rəssama Adelinin protretini çəkməyi sifariş edir və uzun müddət ondan fərqli eskizlər tələb edir. Zamanla, məşuqlar bir-birindən soyuyurlar və onların çılğın eşq macərasından ancaq bu əsər qalır. Nə Klimt, nə də Adeli hiləgər ərin bu münasibəti bilməsindən və hansı məqsədlə portret sifarişi verməsindən şübhələnmirlər. Portret isə nə az, nə çox – 4 ilə başa gəlib.
10. Gogeni xilas edən „son əsər”i
Pol Gogen, “Hardan gəlmişik? Kimik, Hara gedirik?”, 1897-1898
Gogen bu məşhur əsərini Taitidə, aclıq və kasıblıqdan əzab çəkdiyi vaxtlarda çəkib. Rəssamın planına görə, sözügedən əsər onun „vəsiyyətnamə”si olmalı idi. Rəssam əsəri bitirdikdən sonra mərgümüş içir, amma zəhərlənmək əvəzinə, sadəcə bir müddətlik huşunu itirir. Ölmək üçün yetərsiz olan dozaya görə həyatda qalmış rəssamın bu “son əsər”i ona qəfildən uğur gətirir və beləliklə, Gogenin yaradıcılığında yeni mərhələ başlayır.
mənbə:klut.az