Məşhur fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi Pol Sezan (1839-1906) adını dünya təsviri sənət tarixinə qızıl hərflərlə yazıb. Onun yaradıcılığını impressionizmlə kubizm arasında körpü də adlandırmaq olar.
Van Qoq bütün dünyanın tanıdığı məşhur holland rəssamıdır. O, incəsənət tarixi boyu çətinliklərlə dolu bir ömür yaşayan simalardandır. Ən azı, həyatını sui-qəsd ilə bitirməsi buna danılmaz sübutdur.



Belə bir deyim var: rəssam öz əsərləri haqqında danışmamalı, əsərlər rəssam haqqında danışmalıdır. Hər bir rəssam özünün müəyyən olunmuş üslubu çərçivəsində orijinal dünyagörüşünü saxlayır. Əsərləri özü, dünyagörüşünün dərinliyi haqqında danışan fırça ustalarından biri də Xalq rəssamı Asəf Cəfərovdur (1927-2000).
“Gizli öpüş” və ya “Oğurlanmış öpüş” adlanan bu məşhur əsər bir çox incəsənət adamlarına tanışdır. Məlumat üçün qeyd edim ki, tablonun müəllifi — fransız rəssamı Jan Onore Fraqonar 1732-ci il, aprelin 5-də Provansın cənubunda, Qrassda anadan olmuş və 1806-cı ilin avqust ayının 22-də Parisdə vəfat etmişdir.
Tarixdə istedadı, bacarığı, qəribəlikləri ilə ad qoyan, tanınan və bundan sonra yüz illər keçsə belə, insanların yaddaşında qalacağına əmin olduğumuz çox şəxsiyyətlər var. İstedadlı insanın bəxti o zaman gətirir ki, o, cəmiyyət tərəfindən yaxşı qəbul olunub, lazım olan qiyməti alır. Vay o gündən ki, sənətkarın istedadını nə dostları, nə ən yaxınları, nə ətrafdakılar, nə də cəmiyyət anlaya və ya qəbul edə bilir. Amma bu insanların cəmiyyət tərəfindən qəbul olunması, sevilməsi bəzən onlar həyatdan köçdükdən və hətta üzərindən yüz illər ötdükdən sonra başlayır. Lap elə bizim qəhrəmanımız dahi Van Qoq kimi…
Avtoportretlərə və meymunlara düşkün olan bir rəssam. Çoxları onu gerçəküstü biri olaraq tanısa da o, həmişə bunun əskini deyərdi: “Mən heç vaxt röyalarımın rəsmini çəkmədim, həmişə öz gerçəkliyimin rəsmini çəkdim”.
18 yaşında, yəni 17 noyabr 1925-ci ildə bir tramvay içində olduğu avtobusla toqquşdu. Onurğası, ləyən sümüyü, körpücük sümüyü, qabırğaları və 11 yerdən aşağı sağ ətrafı qırıldı, bir ayağı və çiyni də bu qəzada yerindən çıxdı. Ayrıca bir metal parçası da uşaqlıq yolunu yırtdı. Hər kəs tez bir zamanda öləcəyini fikirləşirdi amma bir ilə yaxın ağır yataq şəraitində qalıb sonunda vəziyyəti yaxşılaşdı. Fotoqraf və eyni zamanda rəssam olan atası otaqdakı əşyaları çəkməsi üçün yatağının yuxarısına güzgü və müxtəlif qurğular düzəltdirdi. Fridanı rəssamlığa yönəldən ilk şey məhz bu oldu. Geri qalan həyatında 35 cərrahi əməliyyat keçirdi. Onun sənət əsərləri çəkdiyi bütün acıları bütün gerçəkliyi ilə özündə cəmləşdirdi. Başqa yolu da yox idi.