Qorxu insanın həyatını davam etdirə bilməsi üçün lazımlı duyğulardan biridir. Lakin, hər bir qorxu məntiq çərçivəsində nəzarət altına alınmalıdır. Normal inkişafını davam etdirən bir uşaq üçün alışılmamış olan hər şey kimi heyvanlarla da ilk qarşılaşma narahatlıq verici ola bilər.
Burada uşaq üçün valideynin yeni olan varlıqlarla qarşılaşdıqlarında verdiyi reaksiya vacibdir. Bir çox valideynlər uşağının özünə güvənmədiyindən, müəyyən qorxuları olduğundan şikayətlənir. Ancaq ana və atalar, nənələr, babalar, xalalar, bibilər bir intizam vasitəsi olaraq uşaqları heyvanlarla qorxutma üsukundan bol-bol istifadə edirlər.
“Hav-hav gəlir “,” dinc dayanmasan səni aslanlara verərəm “, ” şkafları qarışdırma böcək var dişləyər “kimi tez-tez müraciət edilən tərbiyə etmə üsulu doğru deyil. Əslində burada böyüklər artıq öz qorxuları ilə uşaqlara örnək olurlar.
Uşaqlardakı qorxuları aradan qaldırmaq üçün ilk əvvəl ailələr öz qorxularının öhdəsindən gəlməlidirlər. Heç bir heyvan növü özünə qarşı yönəlmiş və ya yönələ biləcək bir təhdid hiss etmədiyi müddətcə insana zərər verməz. Təbiətdə min bir heyvan olduğu üçün də bir uşağın bir heyvanla qarşılaşmamaq şansı yox kimidir.
Əgər barmağa üzük taxılıbsa, bu insanın xarakter və xüsusiyyətlərindən xəbər verə bilər.
Əgər insan hər hansisa barmağa üzük taxirsa, bu ondan xəbər verir ki, həmin şəxs xarakter xüsusiyyətlərini gücləndirmək istəyir, hansi,ki onda həmin xüsusiyyətlər yoxdur.
XIV əsrdən bizə indiyə qədər gəlib çatan bəzi məlumatlara nəzər salaq. O zamanlar adətən həkimlər üzüyü böyük barmağa, tacir və işbazlar isə baş barmağa taxırdılar. Orta barmağa üzük taxanlar kasıb intelligentlikdən xəbər verirdi. Tələbələr üzüyü III barmağa taxırdılar.
IV barmaq isə məhəbbətin rəmzidir. I Georginin dövründə nişan üzükləri ağır olub, baş barmağa taxılırdı.
Psixoloq Elnur Rüstəmov: “Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar”
Hobbi insanın boş zamanlarında məşğul olduğu, bəzi vaxtlar “vaxtını öldürdüyü”, çox vaxt isə həzz aldığı məşğuliyyət növüdür. Alimlərin araşdırmalarına görə bədbəxt insanların 38 faizinin heç bir hobbisinin olmadığı üzə çıxıb. İnsanların bir-birindən müxtəlif hobbiləri var. Müxtəlif kolleksiyalardan tutmuş, insan öldürməyi özünə hobbi seçən insanların yaşadığı bir dünyada yaşayırıq.
Bəs görəsən hobbilərimiz psixologiyamızın nə dərəcədə göstəricisidir? Bu sualla Psixologiya və Konsultasiya Mərkəzinin ( PCC) psixoloqu Elnur Rüstəmova müraciət etdik. Psixoloq hobbilərin insana rahatlıq gətirdiyini söyləyib: “Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar.
Əsla deməli olmadığınız kəlmələr və əvəzində söyləyə biləcəyiniz nələrdir?
“Yorğun görünürsünüz. Yaxşı görsənmirsiniz”- bu cür ifadələri işlətməyin. Əvəzində “hr şey yaxşıdı?’’deyə soruşa bilərsiniz. Çünki, “yorğun” kəlməsi insana neqativlik verir və qarşımızdakı insanı nəyin yorduğunu bilə bilmərik.
“Vay canına, 1 ton arıqlamısan” deməyin. Çünki təzəcə arıqlamış birinə əvvəllər çox pis göründüyünü xatırlada bilərsiniz. Bunun əvəzində “gözəl görünürsən’’ deyə bilərsiniz.
“Yaşına görə yaxşısan”- bu cür sərt kəlmədən heç kimin xoşu gəlməz.
Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır.
Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır.
Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.
Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.
Məsələn: Doğum tarixi 06.05.1999.
Hesablama aparaq:
0+6+0+5+1+9+9+9=39. 3+9=12. 1+2=3
Cədvələ əsasən 3 rəqəmi Narıncı rəngini simvolizə edir.
11 və 22 rəqəmlərinin ədədləri cəmlənmir.
1-Qırmızı
2-Sarı
3-Narıncı
4-Yaşıl
5-Mavi
6-Tünd göy
7-Bənövşəyi
8-Çəhrayı
9-Bürünc
11-Gümüşü
22-Qızılı
Katatonik oyanma sindromu, səbəbsiz, məntiqsiz və pərakəndə (bəzən stereotip) formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan oyanma halına deyilir. Xəstənin xarici görünüşü qeyri-təbii, yöndəmsiz, nitqi isə anlaşılmaz olur. Hər şeyi əksinə etmək-neqativlik qeyd olunur. Məsələn: xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur. Hamının gözü qarşısında çılpaq dayanır.
Oyanma halı bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər şəklində təzahür edir. Bəzən isə yersiz və gülünc formada meydana çıxır. Buna kataton-hebefrenik oyanma deyilir. Xəstələr mənasız gülür, sifətlərini gülünc vəziyyətə salırlar. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr cəmiyyətdən təcrid olunmalı və nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə ətrafdakılara xəsarət yetirər, qapı-pəncərəni sındıra bilərlər.