Evli cütlüklər və subaylar eyni ailə statusuna malik insanlarla ünsiyyətdə olmağa üstünlük verir. Bu ona görə baş verir ki, insanlar öz həyat tərzlərinin ən yaxşı olduğunu düşünməyi çox sevir. Bu, əsasən onların öz ailə vəziyyətinin yaxın zamanda dəyişməyəcəyini düşündükləri üçün olur.
Bu faktor bizim onlara əvvəllər necə münasibət göstərdiyimizdən asılı olmayaraq, digər insanlarla olan münasibətlərimizə təsir göstərir. Məsələn, cəmiyyətdə belə bir tendensiya var ki, işə götürənlər özlərilə eyni ailə statusuna malik insanları daha həvəslə işə qəbul edir.
Əgər insan hansısa sosial çərçivədə ilişib qalıbsa, bu, ona həmin sistemi daima rasionallaşdırmağa və təsdiq etməyə imkan yaradır. Müəyyən bir sual verildikdə biz “Bəli, mənim üçün belə yaxşıdır” deməkdən çəkinərək, daha uzun cavablarla vəziyyəti başa salmağa çalışırıq. Əslində isə, bu, qapalı bir çevrədir – biz nə qədər çox müzakirə ediriksə, özümüzü həmin şeyə daha çox inandırırıq. Bu həm evli, həm də subay insanlara aiddir.
Bu fikir sorğulardan birinin nəticəsində təsdiqlənib. İnsanlara hər hansı bir qeyri-müəyyən cütlük haqqında danışaraq, onların hansı ailə statusunda daha xoşbəxt ola biləcəkləri haqda soruşublar. Çox hallarda insanlar öz ailə statuslarının adını çəkib.
Alimlər indi bunu digər sahələrdə də öyrənməyə çalışırlar. Məsələn, ailə statusunun yaşayış yeri və karyera seçiminə təsiri kimi.
Yaradıcı düşüncənin idarə edilməyən bir proses olduğu düşünülsə də, əslində bu, xüsusi qanunauyğunluğa tabedir. Massaçusetsin Texnologiya İnstitutunun nevrologiya sahəsi üzrə fəlsəfə doktoru Elis Flaerti bizim kreativliyimizin nə zaman daha yüksək olduğu barədə danışıb.
Yeniyetməlik dövrü insan həyatının mənalı günlərindən hesab olunur. Məhz, bu dövrdə sevgi, sağlam ailə, təhsil, karyera və s. mövzular ətrafında düşüncələr formalaşır. Hər iki cins üçün (11-21 yaş) çətin olan bu dövr, erkən duyğularda qeyri-sabitlik yarada bilər. Buda mühitdən aslıdır.
Həyata yeni addımlarını atan bəzi yeniyetmələr ətrafdakılarla münasibətdə problemlər yaşayır. Bu baxımdan valideynlər yetkinlik dövrünü nəzərə alınmalı, övladlarına uşaq çağlarından düzgün tərbiyə verməlidir.
İnsanın ən həssas dövrünü yaşadığı bu dönəmdə əksər davranışlar standart olur. Bura böyümə, cinsi, ictimai və romantik mənada formalaşma aiddir.
Yetkinlik dövründə olanlar yaşadığı proseslər səbəbi ilə özünü fərqli hiss edər və çox vaxt özünü təyin etməkdə çətinlik çəkər. Bu dövrdə duyğular dolu və rəngarəng olur. Bəziləri xəyallarla yaşayır və həqiqətləri qəbul etməkdən uzaqlaşar. Bu xəyallar, real olmadıqda gələcək arzulara mənfi təsir göstərir.
Ona görə bəzilərində otağa qapanma və depressiya halları baş verir. Özünü yorğun hiss edənlərdə təhsilə və işə qarşı biganəlik yaranır. Ona görə də valideynlər diqqətli olmalı, evdə problem yaratmamalıdırlar. Əvvəlcə yeniyetmələrin problemi öyrənməli və ona uyğun tədbirlər görülməlidir.
İnsan dünyaya gəldiyi andan etibarən ətrafında baş verən hadisələrin təsiri altında olur. Zamanla yalnız özünə lazım olan tərəflərə meyl edir, görmək istədiyini görür, eşitmək istədiyini dinləməyə çalışır. Amma yenə də ətraf aləm bizə təsir edir. Bu fakt qaçılmazdır. Ən qəribə hal odur ki, çox zaman biz qeyri-ixtiyarı hafizəmizə daxil olan hadisələrin təsiri altında daha çox qalırıq. Bu niyə belədir? Bizim qavramamız daha çox emosiyaların təsiri altında olduğu üçünmü belədir? Biz emosiyaların təsiri ilə həyəcanlandığımız üçün belə qavrayırıq?
Bəzi müsir nəzəriyyələr emosiyanı əsasən koqnitiv proseslərlə şərtləndirilmiş reksiya kompleksi kimi qəbul edirlər. Elmi araşdırmalar əsasında koqnitiv proseslərin emosional asılılıqları haqqında ümumi təsəvvürlər formalaşmışdır. Bu təsəvvürlər aşağıdakından ibarətdir: a) insan hər şeydən əvvəl və üstün dərəcədə rasional (səmərəli) varlıqdır, b) rasional başlanğıc insan üçün xeyirli və faydalıdır, emosional isə ona zərər verir və mane olur, c) ağıl (koqnitiv proseslər) emosiyanın nəzarətinə və əvəzolunmasına xidmət etməlidir.
Gəlin bu sadalanan təsəvvürlərin təhlilini verək:
a) İnsan hər şeydən əvvəl və üstün dərəcədə rasional (səmərəli) varlıqdır – insan yegənə canlı varlıqdır ki, dərk edərək qavramağa çalışır. Baş verən hər bir şeyin səbəbini axtarır. Hardan, niyə, nə üçün sualları insan övladını müasir gördüyümüz məqama gətirib və bu təbiidir. İnsan yalnız o zaman təsadüflərə inanamağa məcbur olur ki, baş verənlərin izahını vermək iqtidarına sahib deyil.
Psixasteniya – (psychasthenia yunan sözü olub, mənası psyche – ruh və asthenia-zəiflik mənasını verir.) sinir sisteminin patoloji pozulmasından əmələ gələn nevroza deyilir. Bu, birinci siqnal sisteminin zəifliyi və ikinci siqnal sisteminin həddən artıq üstünlüyü ilə xarakterizə olunur.
İ.P.Pavlov ali sinir fəaliyyətində siqnal sisteminin üstünlüyü ilə xarakterizə olunan xüsusi tipinin psixasteniya üçün spesifik olmasını göstərir.
Psixoterapiyada art terapiya metodu ən cavan metodlardan biridir. İlk dəfə bu terapiyanı 1938-ci ildə Adrian Hill vərəm dispanserində xəstələr üzərində tətbiq etmişdir. Onun 1945-ci ildə nəşr etdirdiyi “Təsviri sənət xəstəliklərə qarşı.” kitabı uzun müddət psixiatr və psixoloqların masaüstü kitablarından biri oldu. Kitabda xəstəliklərdən azad olma və orqanizmin bərpası prosesində şəkil çəkmə prosesinin müsbət təsirini göstərən emperik təcrübələr verilmişdi.
Zamanla bu növ terapiya çox geniş yayıldı və demək olar ki sərhədsiz tətbiq sahəsinə sahibdir. Bu terapiyanı istənilən qrup insanlarla və məqsədlərlə istifadə etmək olar. Tədris müaəsisələrdən başlayaraq, psixiatrik klinikalara qədər auditoriyaya sahib olan art terapiyanı müxtəlif incəsənət növləri ilə keçirtmək mümkündür.
Art terapiya emosiyalar üzərində bir eksperimentdir. Ona görə də ilk olaraq gizlənmiş emosional problemlər art terapiyada asanlıqla üzə çıxır. Emosional yaşamlar kağız üzərində simvollar şəklində ifadə olunur. Art terapevtin əsas işi bu simvoları açmaqdır. Bunun üçün ilk olaraq o qrafo-analizi bilməlidir.
Öz emosional yaşantılarını çəkərək əks etdirməyin ilkin tarixi qədim dövrlərə, mağara rəsmlərinə çəkilməsi dövrünə düşür. İnsanlar öz varlıqlarını, kosmik dünyada mövcudluq əlamətlərini divar rəsmləri ilə simvolizasiya etmişlər. Bu divar rəsmləri insanların təfəkkür fəaliyyətinin inkişafını göstərən ən gözəl nümunəlrdir. Əl-əzələ sisteminin təkmilləşməsi prosesi ilə baş beynin aktivliyi arasında sıx əlaqəlilik burda özünü ən gözəl şəkildə göstərir. Rəng seçimi, basqı və mövzu seçimi. Bunlar kor-təbii ahəngdarlıq yaradan tərəflər deyil.