Əgər sevdiyiniz insan varsa və siz ona dəyər verib, qiymətləndirirsinizsə onda sizin də bir sıra tipik səhvlər etməməyi öyrənməyiniz məsləhətdir.
Psixoloqlar «yanlış davranışın» 10 əsas bəndini hazırladılar
1. Birinci və eyni zamanda yəqin ki ən təsirli qıcıqlandırıcı — isterika və məsləhətdir. Bu naşükür vəziyyətə qapılaraq sizin sözləriniz yalnız dinlənilməz olacaq və eyni zamanda həm də gizli qıcıqlanma obyekti olacaqsınız. Daim narazılıq kimi həyatda heç nə münasibətləri belə öldürmür.
2. Gündə 24 saat kişinin sizin yanınızda qalmaq arzunuza baxmayaraq düşünməlisiniz ki, baxmayaraq ki sizin yanınızdadır, o normal ehtiyaclarını- yaxın dostunu görmək, balıq tutmağa və ya futbola getmək arzusu kimi ehtiyaclarını hiss etməyə davam edir. Fikirləşməlisiniz ki onun da ürəyinin hansısa bir küncündə özünü sizin kimi rahat, konfort hiss edəcək bir yerlər var. Müəyyən vaxtı bir-birinizdən ayrı keçirin, onda görüşünüz çox arzulanan və səmimi olacaq.
İnsan tanımadığı bir insanlar ilk dəfə qarşılaşanda, qarşıdakı insana daha çox insan kimi baxmır. Eynilə heyvanlardakı kimi bioloji diqqətlə baxıb «mən onu yeyəcəm, yoxsa o məni yeyəcək?” kimi bir instinktiv sualla cavab axtardığımızı heç düşünmüsünüzmü?
İlk 7 saniyə ərzində gözümüz qarşımızdakı insanı tutub-tutmayacağına baxır, beynimiz isə buna qərar verir. Bu şüurlu sürətdə gedən bir prosses deyil, qeyri-şüuri olaraq, çox zaman da biz fərqində olmadan reallaşır. Bu zaman ortaya belə bir sual çıxır: „Bəlkə biz 2 saat söhbət edəsi olduq. 7 saniyəni heç 2 saatla müqayisə etmək olarmı?”
Burada maraqlı bir məqam var. İlk saniyələrdə müsahibimizin “yaxşı və ya pis” olmasına qərar veririk. Əgər qərarımız „pis”dirsə, ondan sonra saatlarla söhbət etsək də, beynimiz qarşımızdakı insanda “pis”ləri axtarmaqla məşğul olacaq və mütləq bir çox şey tapacaqdır.
Bəli, ilk təəssürat 7 saniyədə yaranır. 7 saniyəyə hədəfinizə çata bilərsinizmi? Əgər müsahibinizə yaxşı təsir etməyi bacarsanız, bu sizdə alınacaq. İlk təəssüratdan çox şey asılıdır. Əgər, ilk təəssüratınız yaxşı alınmasa, ikinci bir şansınızın yaranması çox çətindir. İlk baxışdan qaneedici təəssürat yarada bilsəniz, müsahibiniz sizi və təcrübələrinizi ciddi qəbul edəcək və sizə diqqət yetirəcəkdir.
Xəstəliyi ilk dəfə 1892-ci ildə Praqa psixiatrı A.Pik təsvir etmiş və bunu qocalıq ağıl zəifliyinin atipik bir variantı olduğunu göstərmişdir. Hazırda Pik xəstəliyinin beynin atrofiyası nəticəsində meydana çıxan müstəqil xəstəlik olması kliniki və morfoloji tədqiqatlarla təsdiq olunmuşdur. Xəstəlik 50-55 yaşlarda, ən çox qadınlar arasında təsadüf edilir.
Ağ -Bu rəng özündə bir neçə məna cəmləşdirir. Müxtəlif xasiyyətli insanlar bu rəngə üstünlük vəririlər. Ağ rəngə üstünlük vərənlər təmizliyi sevir, şad, evə səliqəli insanı kimi xatırlanır.
Qara — ilk baxışdan bədbinliyi teəmsil edir. Bu rəngə üstünlük vərən insan özünə qapalı, eyni zamandan ciddi xaraktərə malik olub, özünden razı olur. Dəb baxımından qara rəng insanı bir neçə kq arıq göstərir. Qara rəng əsəbləri gərginləşdirir, enerjini tükədir.
Boz — neytral rəng olub, xasiyyətini gizlədən, ciddi xasiyyətli insanların rəngidir. Bu tip insanlar bitərəf mövqedə olub, heç kimə etibar etmirlər. Əsasən iş adamları boz rəngli kostyumlara üstünlük verirlər.
Maniakal sindrom əhvalın səbəbsiz yüksəlməsi, fəaliyyətin və təfəkkürün (nitqin) sürətlənməsi ilə xarakterizə olunan haldır. Bu tip insanlar özlərini çox şən və çevik aparırlar. Müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir sıra hallarda maniakal sindrom özünüböyütmə ideyaları ilə birlikdə müşahidə olunur. Onlar özlərini güclü, istedadlı adamlar kimi qələmə verir. Lakin onların hərəkətlərində məqsədəuyğunluq, ardıcıllıq olmur, müxtəlif yersiz, mənasız tələblər irəli sürürlər. Yerinə yetirilmədikdə qəzəblənirlər (qəzəbli maniya).
Maniakal sindrom MDP (Maniakal Depressiv Psixoz)-nin maniakal fazasında və dövri (sirkulyar) psixozda, bəzən isə toksik hallarla əlaqədar meydana çıxa bilər.
Depressiv sindrom maniakal sindromun əksinə olan əlamətlərlə; fəaliyyətin enməsi, hərəkətlərin və nitqin tormozlanması ilə xarakterizə olunur. Xəstələr bütün günü qəmgin halda başlarını aşağı dikərək çarpayıda oturur. Ətraf mühitdə olan əşyalar solğun, adamlar məyus görünür.
Çoxumuz sakitləşmək və yaxud əksinə, gümrahlıq əldə etmək üçün, hətta depressiyadan azad olmaq məqsədilə də musiqiyə qulaq asırıq.
Musiqinin neyrokimyəvi üstünlükləri ondadır ki, o immun sisteminin gücünü artırır, həyəcanı azaldır və əhval-ruhiyyəyə təsir göstərir. Bu qənaətə MakGill universitetdəki kanadalı psixoloqlar gəlib. Onlar əmindir ki, musiqiyə daha diqqətli olmaq və onu müalicə məqsədləri ilə istifadə etmək lazımdır.
Təhlil müəllifləri Mona Liza Çanda və Daniel Levitin qeyd edir ki, musiqi bəzi xəstəxanalarda səhhətin gücləndirilməsi, xəstələrin halının yaxşılaşdırılması, həmçinin ağrı hissinin azaldılması üçün istifadə olunur.
Bunu həkimlər intuitiv anlayır, lakin, bu günə qədər həmin bu elmi təsdiqini tapmamışdır.