Psixologiya kateqoriyası üzrə məqalələr

Motivasiya və emosiya

  • Motivlər haqqında anlayış
  • Hisslərin psixoloji mahiyyəti
  • Emosiyalar haqqında anlayış
  • Emosional halətlər
  • Ali hisslər
Davamı →

Ünsiyyət insanların bir-birini qavraması və anlaması kimi

Ünsiyyət prosesində insanlar təkcə informasiya mübadiləsi aparmaqla, bir-birinə qarşılıqlı təsir göstərməklə kifayətlənmir, eyni zamanda bir-birlərini qavrayır və anlayırlar. Bu ünsiyyətin perseptiv cəhətini təşkil edir. Ünsiyyətin perseptiv cəhəti heç də digər cəhətlərindən az əhəmiyyətə malik deyildir.
Həqiqi ünsiyyət o zaman mümkün olur ki, qarşılıqlı təsir prosesinə  daxil olan insanlar  özlərinin qarşılıqlı  anlama səviyyələrini qiymətləndirə, tərəf müqabillərinin hansı keyfiyyətlərə malik olması barədə özlərinə hesabat verə bilsinlər. Ona görə də ünsiyyətin iştirakçıları  şüurlarında bir-bi­rinin daxili  aləmini  yaratmağa, hisslərini,  davranış motivlərini, əhəmiyyətli obyektlərə münasibətini  anlamağa cəhd göstərirlər. Başqa sözlə, bir-birini dəqiq qavramağa  və anlamağa çalışırlar. Qavrama və anlama  nə qədər dəqiq və ətraflı olarsa onların qarşılıqlı münasibətləri də bir o qədər səmərəli xarakter daşıya bilir. Fərd başqa adamları dərk etməklə onlarla birgə fəaliyyətin perspek­tivlərini daha yaxşı müəyyənləşdirmək imkanı əldə edir. Məhz onların  daxili aləmlərinin  dəqiq «öyrənilməsi» birgə fəaliyyətlərinin  mü­vəf­fəqiyyətlə  həyata keçməsi üçün mühüm şərtdir.

Davamı →

Fəaliyyət və iradə

1.         Fəaliyyət haqqında anlayış
2.         Fəaliyyətin quruluşu.
3.         Fəaliyyətin növləri.
4.         İradə haqqında anlayış.
5.         İradi işin quruluşu.
6.         Şəxsiyyətin iradi keyfiyyətləri.

Davamı →

Qabiliyyətlər

QABİLİYYƏTLƏR VƏ YARADICILIQ MƏSƏLƏLƏRİ
1. Qabiliyyət haqqında anlayış.
2. Qabiliyyətin növləri.
3. Pedaqoji qabiliyyətlər.
4. Qabiliyyət və istedad.
5. Qabiliyyətlərin formalaşması


1-ci sual. Azərbaycan psixoloqu M.C.Məhərrəmov qabiliyyətə belə tərif verir: Qabiliyyət, şəxsiyyətin bu və ya digər fəaliyyət növünə müvəffəqiyyətlə ifa etmək üçün şərt olan fərdi psixi xassəsinə deyilir.

Davamı →

Psixofizika

  • Psixofizika haqqında anlayış

  • Mütləq hədd və mütləq həssaslıq

  • Fərqləndirmə həddi və fərqləndirmə həssaslığı

  • Veber və Fexner qanunu

  • Duyğuların ölçülməsi problemi

  • Həddlərin ölçülməsinin klassik metodları

  • Duyğuların qarşılıqlı təsiri: adaptasiya, sinesteziya, sensibilizasiya
Davamı →

Gülüşümüz xarakterimizi göstərir

Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün «hi-hi-hi» və «ha-ha-ha»larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq  rahatca açmaq olar.  Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür.

«A» saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. «A» saitli gülüş ən səmimi gülüş  hesab edilir.

Davamı →

Duyğu və qavrayış

  • Duyğu və qavrayış haqqında anlayış.
  • Duyğu və qavrayışın müqayisəli təhlili. Duyğuların fizioloji əsası: analizatorun quruluşu
  • Duyğuların insan həyatında rolu və onların öyrənilməsinin əhəmiyyəti
  • Duyğuların reseptor nəzəriyyəsi. C.Müllerin spesifik enerji qanunu.
  • Reflektor nəzəriyyə.

Duyğular həm xarici aləm hadisələri, həm də orqanizmin daxilində baş verən proseslər barədə informasiya verir və bizi əhatə edən predmetlərin keyfiyyət və xarakteristikalarını dərk etməyə zəmin yaradır. Məsələn, «soyuq», «şirin», «qırmızı» və s. haqqında təsəvvürlərimiz duyğudur.

Davamı →

Gizli istedadınız var?

Psixoloqlar iddia edir ki, hər uşaq dahidir. Vunderkind heç də qeyri-adi bir insan deyil, sadəcə, bəzi valideynlər övladının hər bir bacarığını görür və buna önəm verir, bəziləri isə əksinə, ona gülür və əhəmiyyət vermir. Nəticə etibarilə ailədə qayğı görən uşaqlar dahi olur, diqqətsizliklə üzləşənlər isə təslim olur və onlarda kompleks yaranmağa başlayır. İstedadı inkişaf etdirmədikcə o, yaddan çıxır, yada düşəndə isə artıq müəyyən yaşa çatmış insanlar utanmağa başlayır. Bəs sizin gizli istedadınız var? Onlar sizə yardım edir, yoxsa mane olur? Bu suallara test vasitəsilə cavab tapmağa çalışın.
Davamı →

Psixologiya testi

Maraqlı psixoloji testdə aşağıdakı sualları oxuyun və mənzərəni gözünüzdə canlandırmağa çalışın. Sualları cavabını çox düşünmədən, ağılınıza ilk gəldiyi kimi bir kağıza yazın.
Davamı →

Depressiya şkalası

Aşağıda verilən cümlələri diqqətlə oxuyun və özünüzü hiss etmənizə görə müvafiq olan rəqəmi dairəyə alın.Suallar üzərində çox fikirləşməyin çünki,düzgün və düzgün olmayan cavab yoxdur.
1 — Heç bir zaman 
2 — Bəzən
3 — Tez-tez
4 — Daima
Davamı →
Top