Düşündürücü hekayələr kateqoriyası üzrə məqalələr

Üç addım

Bir alimdən: «Necə həqiqi insan ola bilərik? — deyə soruşdular. „Üç addım  atmaqla!“ — deyə alim cavab verdi, — »Birinci yerdə sizə pislik edənlərə qarşı pislik etməmək gəlir. İnsanlığa atdığınız ilk addım budur. Əgər,sizə pislik edənlərə qarşı pislik etməsəniz, deməli, həqiqi insanlığa ilk addım atmış olarsınız. Sizə pislik edənlərə qaşı yaxşılıq etmək… Bu əsl insanlığa atdığınız ikinci addımdır. Əgər, sizə pislik edənlərə qarşı yaxşılıq etsəniz, ikinci böyük addımı atar və həqiqi insan olmağa başlayarsınız.

Nəhayət, sizə yaxşılıq edənlərlə pislik edənlər arasında fərq hiss etməmək… Bu isə həqiqi insanlığa atdığınız üçüncü addımdır. Əgər, sizə pislik edənlərlə yaxşılıq edənlər arasında fərq hiss etməsəniz, deməli, əsl insansınız".smile

Davamı →

Heç vaxt ruhdan düşmə...

Əlləri, ayaqları olmayan bir adam yerə yıxıldıqdan sonra ayağa qalxır. İkinci dəfə yerə yıxılır və yenə ayağa qalxır. Üçüncü dəfə yerə yıxılır və yenə ayağa qalxır. Və kənardan diqqətlə ona baxan adama belə deyir: «Hər bir adam həyatda az və ya çox belə ümidsiz vəziyyətə düşə bilər. Hətta yenidən ayağa qalxmaq üçün hər hansı bir vasitədən və ya imkandan məhrum da ola bilər. İndi sizdən soruşuram, mən 100 dəfə ayağa qalxsam və 100-ündə də yıxılsam, yenidən ayağa qalxmaq üçün ümidimi itirməliyəmmi? Yəni, mən artıq 101-inci dəfə sınaqdan çıxarmaq barədə düşünməməliyəmmi? Nə yazıq ki, mənim elə bir haqqım yoxdur. Çünki yaşamaq istəyirsəmsə, necə olursa-olsun, ayağa qalxmalıyam. Elə indi ayağa qalxmağa çalışdığım kimi...» 

Ailəm jurnalı

Davamı →

Xətti uzatmaq...

Bir müəllimin sinifdə çox bacarıqlı, ancaq çox qısqanc bir şagirdi var idi. Bir gün müəllim bu şagirddən:
— Nə üçün sinifdəki yoldaşlarının uğurlarını qəbul etmək istəmirsən? — deyə soruşdu.

Şagird cavab verdi:
— Çünki onların məni keçməsinə dayana bilmirəm. Çünki sinifdə ən birinci mən olmaq istəyirəm.
Bunu eşidən müəllim lövhəyə bir xətt çəkdi və şagirddən:
— Elə isə de görüm, bu xətti necə qısalda bilərsən? — deyə soruşdu.

Davamı →

Çanta

Rejissor yeni filminin qəhrəmanını oynamaq üçün gənc bir qız axtarırdı. Hətta bunun üçün qəzetə elan da vermişdi. Aradan çox az bir vaxt keçsə də, müraciət edənlərin sayı xeyli çox idi. Buna görə də, heç iki gün keçməmiş namizədləri studiyasına dəvət etdi...:)

İndi o, bütün günü fasiləsiz gələn namizədlərlə söhbət etmiş və üstəlik, xeyli gərgin keçən bu söhbətlərdən yorğun düşmüşdü. Nəfəsini yenicə dərmişdi ki, növbəti namizəd içəri girdi və üzündə qəribə bir təbəssüm sınaq kamerasının qarşısında oturdu. Gənc qızın adı Emil Müller idi. Qısa bir tanışlıqdan sonra rejissor gənc qızla söhbətə başladı və başlanğıc üçün: "Çantanızı açıb mənə içindəkilər barədə danışa bilərsinizmi?" — dedi. Gənc qız əlini arxasındakı çantaya uzatdı və çantadan iri qırmızı alma çıxartdı: «Bu almanı səhər meyvələrini rəfə düzən bir meyvəsatan hədiyyə etdi. Görünür, çox iştaha ilə baxmışam»…

Davamı →

Məktəb yolu

    (Bir müəllimin gündəliyindən)

Məktəblərin açılmasına bir həftə qalmış birinci sinifə gedən oğlumun hər sabah gedəcəyi yolu "ölçməyi" qərara aldım. Təbii ki, oğlumun sürətini nəzərə almağı da unutmadım. Buna baxmayaraq, bu yol, yenə də, ən azı 20 dəqiqə vaxtımı aldı. Ancaq ilk iki gün oğlum evə vaxtından 10 dəqiqə gec gəldi.child who goes to school

Başqa sözlə, onun məktəbdən çıxdığı vaxtla evə gəldiyi vaxt arasında 20 dəqiqə yox, 30 dəqiqə fərq var idi. Buna görə də, üçüncü gün özüm onunla bir yerdə məktəbə getməyi qərara aldım. Əlbəttə ki, bir həftə əvvəlki 20 dəqiqəlik proqnozumda yanılmamışdım. Sadəcə olaraq, oğlum üçün birinci, mənim üçün ikinci dərəcəli olan kiçik istisnaları nəzərə almamışdım:

Davamı →

Hər şey inamdan başlayır

Müharibənin ən qızğın bir vaxtı idi. Yapon general ordusu düşmən ordusundan sayca az olsa da, hücuma keçməyi qərara almışdı. Üstəlik, o bu döyüşdə qalib gələcəyinə də inanırdı. Ancaq nə yazıq ki, əsgərləri hələ də bu qələbəyə şübhə ilə baxırdılar. General isə əsgərlərini bu şübhədən necə xilas edəcəyini düşünürdü. Artıq döyüş meydanına doğru üz tutmuşdular. Bir qədər getdikdən sonra yolda fasilə verdilər.

Davamı →

Zəhmət + həvəs + ağıl

rolls royceNyu Yorkda bir bankın qarşısında son model bir «Rolls Roys» dayandı. «Rolls Roys»dan düşən bir adam sürətli addımlarla banka girdi. Adam çox təcili bir iş üçün Avropaya getməli və buna görə də, bir həftəlik beş min dollar kredit almalı idi. Buna görə də, ilk işi bir müştəri təmsilçisinin qarşısında oturmaq oldu. Müştəri təmsilçisi adamın sənədlərini aldı və qısa bir «araşdırma» apardıqdan sonra:

Davamı →

Dəst

Qapı döyüldü. Açdım. Qarşımda cırıq palto geymiş iki uşaq dayanmışdı:«Köhnə qəzetiniz var?» — deyə soruşdu. İşim olduğu üçün əvvəlcə «Yox» demək istədim, ancaq birdən gözüm onların ayaqqabılarına sataşdı. İkisi də cırıq ayaqqabı geyinmişdi və ikisinin də ayaqları su içində idi. Uşaqları içəri çağırdım. Onlar da heç bir söz demədən içəri keçdilər. Yaş ayaqları xalçanın üzərində iz salmışdı. Bir tərəfə keçib səssizcə oturdular. Uşaqları isti çaya və mürəbbəyə qonaq etdim. Sonra da onlar üçün yeməyə bir şey hazırladım.
Davamı →

"Təmizlik"

bir gün bir ağ kağız öz-özünə: «Bu günə qədər təmiz oldum və bundan sonra da təmiz olaraq qalacağam. Qaralmaqdan, ya da kirlənməkdənsə, ağ qalmağı üstün tuturam» — dedi.

Davamı →

Səhv

Bir gün bir professor tibb dərsində tələbələrə bir xəstəlik haqqında danışdı və sonra da o xəstəliyi olan xəstəyə nə qədər dərman vermək lazım olduğunu soruşdu. Tələbələrdən biri ayağa qalxıb: «1000 mq », — deyə cavab verdi. Professor: «yox,cavab düz deyil » — dedi. Sonra  tələbə sualın doğru cavabını xatırladı və yenidən  ayağa qalxıb: «250 mq », — dedi.Professor tələbənin bu cavabı qarşısında əvvəlcə susdu, sonra da gözlənilmədən: "Çox təəssuf, bir az əvvəl 1000 mq dərman verdiyiniz xəstəniz öldü", — dedi. Sinifə dərin bir səssizlik çökdü.Çünki bu sözlər onlara çox böyük bir həqiqətdən xəbər verirdi:«Həyatda elə səhvlər var ki, o səhvlərdən geriyə yol yoxdur» ...

 

Ailəm jurnalı

Davamı →
Top