Ümumdünya Səhiyyə Təşkilatı — ÜST (World Health Organization - WHO) - 1946-cı ildə yaradılmış və 1948-ci ildən BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. ÜST demək olar ki, bütün ölkələri birləşdirir. ÜST-na 192 ölkə daxildir.
ÜST-nın baş orqanları aşağıdakılardır:
1.Ümumdünya Səhiyyə Assambleyası;
2.Icraedici komitə;
3.Katiblik.
BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı ƏKTT- (Food and Agriculture Organization — FAO) aclığa qarşı qlobal mübarizə məqsədilə 1945-ci ildə yaradılmışdır. Onun tərkibinə 174 dövlət üzv və bir beynəlxalq təşkilat – Avropa Ittifaqı daxildir.1946-cı ildən ƏKTT BMT-nin ixtisaslaşmış müəssisəsidir.
ƏKTT-nın əsas orqanları aşağıdakılardır:
1.Konfranslar;
2.Şuralar;
3.Katiblik.
ƏKTT-nın yerləşdiyi yer – Roma.
Beynəlxalq Telekommunikasiyalar üzrə Ittifaq – BTI –(International Telecommunication Union — ITU) – 1994-cü ildə teleqraf, telefon, radio, radioverilişlərinin beynəlxalq əməkdaşlığı sahəsində elektrorabitənin səmərəli istifadə edilməsi məqsədilə 1965-ci ildə əsası qoyulan Beynəlxalq elektrorabitə ittifaqının yenidən qurulması ilə əlaqədar olaraq yaradılmışdır.
BMT-nin Nizamnaməsi iqtisadi, sosial və humanitar sahələrdə beynəlxalq əməkdaşlığı həyata keçirmək üçün BMT-nin orqanları ilə birlikdə, həmçinin onun ixtisaslaşmış müəssisələri, xüsusi məsələlər üzrə bir sıra beynəlxalq təşkilatlar daxil olmaqla geniş və çoxşaxəli mexanizmin yaradılması nəzərdə tutulur.
BMT-nin ixtisaslaşdırılmış müəssisələri – Bu müəssisələr beynəlxalq razılaşmalar və nizamnamə vasitəsi ilə müəyyən edilmiş, BMT ilə əlaqəsi olan beynəlxalq müqavilələr əsasında yaradılmışdır.
BMT-nin Inkişaf Proqramı (United Nations Development Programme — UNDP) 1965-ci ildə BMT-nin geniş texniki yardım və xüsusi fondları bir proqramda birləşdirmək məqsədi ilə yaradılmışdır. BMT-nin Inkişaf Proqramı bu sistemdə olan və soxsahəli iqtisadi və texniki cəhətdən maliyyələşdirən ən iri təşkilatları təmsil edir.
Məqsədi:
BMT-nin Nizamnaməsinə uyğun olaraq iri təşkilatların və onların ixtisaslaşmış müəssisə və orqanlarının iqtisadi və sosial sahələrdə Iqtisadi və Sosial Şura – ISŞ (Economic and Social Counsil -ECOSOC) əlaqələndirici orqandır. ECOSOC-un altı funksional komissiyası vardır: