Məşhur, çox sevilən fransız komiki Lui de Funes Fransada Sena çayının yuxarı ətrafındakı bir əyalətdə dünyaya gəlib, 1914-cü ildə. O əyalətlərdə həmin illərdəki bütün uşaqlar kimi onun da uşaqlığı ağacdan asılmış yelləncəklərdə keçib.
2018-ci ilin 16 sentyabrında Almatı Film Festivalı çərçivəsində məşhur Koreya rejissoru Kim Ki Dukun master klassı təşkil edildi.
Mənim ilk müəllimim anam olub. Anam çox nadir gözəlliyə malik qadın idi. O, siyasətlə maraqlanırdı. Həmçinin, tüfəngatma üzrə bir neçə dəfə çempion olmuşdu. Musiqi sahəsində isə istedadlı pianoçu idi. Uşaq vaxtı mən evimizə gələn musiqiçi qonaqlar üçün pianinoda musiqilər çalardım. İfa etdiyim musiqilər onların xoşlarına gəlirdisə, mən daha coşqunluqla mahnılar ifa edb, musiqi alətlərini parçalayırdım.
“Sosial şəbəkə” filmini çəksəm də facebookda qeydiyyatdan keçməmşəm. Yəqin ki, filmin ayrıca səhifəsi var. Amma mənim sosial şəbəkəyə tələbatım yoxdur. Hamı deyir ki, bu, çox vaxt aparır. Doğrudan da heç bir məcburiyyət olmadan bugünkü 20 yaşlıların özəl həyatının gizlinlərindən imtina etməsi həm dəhşətlidir, həm də asanlaşıb.
Bəhsini edəcəyimiz film Ken Keseyin eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Film 9 nominasiyada Oskara namizəd olmuş və 5 əsas nominasiyada ( Big Five ) Oskar mükafatını qazanaraq (ən yaxşı rejissor, ən yaxşı ssenari, ən yaxşı film, baş rolda ən yaxşı kişi aktyoru və baş rolda ən yaxşı qadın aktyor) bu əsas nominasiyalarda Oskarı qazanan 3 filmdən (digərləri “İt Happened One Night” və “The Silence of The Lambs” filmləridir) biri olmağı bacarmışdır.
Federiko Fellini İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini kurort şəhərciyində anadan olub. Federiko məktəbdə çalışqan şagird sayılsa da, onu yalnız yaradıcılıq aləmi cəlb edirdi. Fərqi yox idi: o, həm mahir rəssam, həm də, məsələn, kukla teatrının aktyoru ola bilərdi. Amma valideynlərinin könlünü xoş etmək üçün 1939-cu ildə Roma Universitetinin hüquq fakültəsinə daxil oldu. Buna baxmayaraq, universitetin arxiv materialları göstərir ki, gələcəyin böyük kinorejissoru mühazirələrdə bir gün də olsun iştirak etməyib.
Andrey Tarkovskinin 1986-cı ildə Fransız jurnallarından birinə verdiyi son müsahibəsi...
Eldar Ryazanovun filmi bu gün də insanlarda əvəzolunmaz hisslər oyadır 1971-ci ildə Eldar Ryazanov öz tərəf-müqabili Emil Braqanski ilə birgə dilogiyanın birinci hissəsi kimi «Əməkdaşlar» pyesini yaratdı. Pyesin ikinci hissəsi isə «Qohumlar» adlanırdı. Həmin ildə pyes Maykovski adına Moskva Teatrında, Leninqrad Komediya Teatrında və əyalət teatrlarında səhnəyə qoyuldu. «Əməkdaşlar» hər yerdə müvəffəqiyyət qazanırdı. Ona görə də Eldar Ryazanov həmin pyes əsasında film çəkməyə qərar verdi. Amma özünün fikrinə görə, film o qədər də maraqlı alınmamışdı...