İctimaiyyət içərisində özünü ifadə edə bilməmək, insanlarla ünsiyyət qura bilməmək, özünə güvənməmək, tez-tez özünü tənqid etmək və buna bənzər digər əlamətləri sosial fobiya adlandırmaq olar.
Bu əlamətləri gündəlik həyatında tez-tez yaşayan şəxslər bu çətinliyini dost-tanışa söyləməkdə çətinlik çəkirlər və ya bu problemlərini hər hansı bir mütəxəssislə məsləhətləşmək ağıllarına belə gəlmir. Nəticədə bu sosial fobiyanı aradan qaldırmaq əvəzinə anti-sosiallığa meyl edirlər ki bu da daha ağır nəticələrə gətirib çıxarır.
Bu şəxslər başqalarının özündən daha yaxşı, daha gözəl ya da daha müvəffəqiyyətli olduğunu düşünürlər. Özlərinin isə heç bir şey bacarmadıqlarını fikirləşirlər. Özünüqiymətləndirmə aşağı səviyyədə olur. İnsanlar arasında olduqda hamının ona baxdığını və onunla əlaqədar mənfi şeylər düşündüklərini hiss edirlər. Bu düşüncələr səbəbindən ictimai yerlərdə az-az iştirak edirlər və insanlardan qaçırlar.
Bu sadalananlar bəzi şəxslərdə daha çox nəzərə çarpır. Ürək ritmində artma, sürətlə nəfəs almaq, tərləmə, titrəmə, əzələlərdə gərginlik, mədədə narahatlıq, üzün qızarması və s. rast gəlinən əlamətlərdən bir neçəsidir.
“Daha yaxşılarına layiqsən”
Boşanma müddətində vəkil, şahid, məhkəmə, maddi sıxıntılar, evdən köçmək kimi problemlərə başı qarışan dostunuz, sizdən nə gözləyir? Əlbəttə ki mənəvi dəstək, — yəni xoş bir söz, bir təsəlli. “Huffington Post” saytı, bax, bu məşhur təsəlliləri və dostunuzun eşitmək istədiyi 10 sözü toplayıb. Oxuyun, həmin dövrdə çox həssaslaşmış dostunuza nələr deməlisiniz, onları öyrənin...
Bunları eşitməlidir:
“Tədbirə mənimlə gedərsən?”: Həyat yoldaşından ayrılan biri üçün ən pis şey hansısa tədbirə tək getməkdir. İllərlə “tək getmək” problemi olmayan “dul” birdən-birə özünü tədbirdə çox tənha hiss edir. Dostunuza edə biləcəyiniz ən yaxşı şey ona tədbirlərdə yoldaş olmaqdır.
Həyatda hər zaman gözləmədiyimiz çətinliklərlə üzləşməyimiz qaçınılmazdır. Bu zaman ağlımızdan və iradəmizdən düzgün istifadə etdikdə çətinlikləri tam həll edə bilməsək də ən azından asanlaşdırmağın yollarını tapa bələrik. Ancaq yenə də elə hallar var ki, insan özlüyündə düşündük də seçim qarşısında birini qəbul edib digərinə nisbətən daha ağir gəlir. Düşdüyümüz bu vəziyyətlər bizlərə çətin gəlir və qərar qəbul etməyə tərəddüd etdiyimiz anlar yaranır.
Anlayışın olmadan bilmədiyin bir dünyaya gözlərini açdığın an yoxsa həyatı başa düşüb, yaşamaq istədiyin bir anda vaxtsız gələn “dəvətlə” getmək istəmədiyin bu dünyaya əbədi olaraq gözlərini yumacağın anı düşünmək?
Cütluklərin ayrılığının ardında bir çox təməl problemlər yatar.
Ancaq baxsanız, bəzilərinin çox kiçik və dəyərsiz mövzular olduğunu görərsiniz.
Pul:
Cütlüklər arasında problem meydana gətirən ən əhəmiyyətli mövzulardan biri puldur. Əslində bütün insanlığın ən böyük problemi bu deyilmi? Xərcləmə və qənaət söz mövzusu olduğunda cütlüklər anlaşılmazlığın tam ortasına düşərlər. Əgər hər ikinizdə evdəki xərcləmələrdən məsulsansanıq, aylıq bir büdcə çıxarıb, bu payı ikiyə bölə bilər və geri qalanı dilədiyiniz kimi xərcləyə bilərsiniz. Ancaq tək adamın çalışdığı evlərdə hər ay birinin istədiyini almaq kimi bir həll yoluna gedilə bilər.
Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar? Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?
Buna görəmi hər şey qarışıq olar, içindən çıxılmaz bir hal alar, keçməkeçli olar, viran olar, xarab olar, betər olar?
Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi? Bir çox insan; qışqırıb çığırmalı, ağlamalı olduğu zaman göz yaşlarını içinə axıdar. Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar. Gün gələr bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır.
«Tənqid „sözünü düşünmənizi istəyirəm. “Tənqid» deyilincə düşüncənizə nə cür çağırışımlar, hansı xatirələr və necə duyğular gəlir? Bu an nələr düşündüyünüzü bilə bilmərəm ancaq ümumi şəkildə təxmin etmək olar: Ehtimalla ağılınıza gələn düşüncələrin böyük bir qismi mənfiliklər ehtiva etməkdədir.
Tənqid təsirli istifadə özümüzü və ətrafımızı müsbət istiqamətdə dəyişdirə bilməmiz üçün çox təsirli bir üsuldur. Çox təsirli üsul olduğu kimi istifadəsi diqqət istər və səhv istifadəsi ciddi mənada zərər verə bilər.
Tənqid təməldə bir adamda ya da hadisədə öz fərdi fikirimizə görə doğru və səhv tərəfləri ifadə etməmizdir. Yaşadığımız həyatı özümüz üçün daha əlverişli bir hala gətirmək üçün tənqid edərik. Ancaq klassik tənqid üsulları insanlarda həmişə mənfi çağrışımlar oyandırdığı və bir növ hücum hesab edildiyi üçün çox vaxt heç dinlənilmədən avtomatik bir şəkildə tənqidi hədəfindəki adamı müdafiə davranışına itələyər.
“Yenə soyuq havalar başladı” — deyib, şikayətlənirsiniz? Əhvalınız bu aralar heç yaxşı deyil? Bu soyuqlar sizi lap boğaza yığıb? Onunla da münasibətlərinizdə problemləriniz var? Əgər bütün suallarımıza həvəssiz şəkildə başınızın işarəsiylə “hə” deyə cavab verirsinizsə, elə isə bu yazı sizin üçündür! Oxuyun və verəcəyimiz məsləhətlərə diqqət edin.
Diqqət!
Fəsillərin də insan həyatının gedişatına böyük təsiri var. Yaz və yay mövsümündə dinamik, pozitiv enerjili olduğumuz halda, payız və qış aylarında sanki ağır mənfi yüklü enerji ilə yüklənmiş oluruq. Təbii ki, bunun da birbaşa olaraq mövsüm dəyişiklikləri ilə əlaqəsi var. Təbii ki, təbiətə qarşı çıxmaq mümkünsüzdür. Lakin “hər şey insanın öz əlindədir” misalına sadiq qalıb hər şeyi öz xeyrinizə dəyişdirə də bilərsiniz.