Gündəlik həyatın çətinlikləri kateqoriyası üzrə məqalələr

20 yaşda edilən 20 səhv

Yaşı 20-ə çatan gənclərdə artıq müəyyən vərdişlər formalaşır. Təəssüf ki, bu vərdişlərin bəziləri onların sağlamlığı üçün zərərlidir. Onlardan vaxtında imtina etmək hər baxımdan faydalı olacaq.
Davamı →

Günahkarlıq hissi

Evdə görüləsi işlərin çox olduğu bir vaxtda siz sakitcə kənarda oturduqda özünüzü günahkar hiss edirsinizmi? Və yaxud iş yerinizdə görə biləcəyiniz işi görmədən, başqasının sizin yerinizə işlədiyi zaman günahkarlıq hissi yaşayırsınız? Əgər sizdə bu hiss olursa və ondan xilas olmaq istəyirsinizsə, o zaman aşağıdakı qaydalara əməl edin:

İnsanın özünə qarşı günahkarlıq hissi duyması əslində təbii bir haldır. Bu hissi sosial çevrədəki adamların yaşam təhdidlərindən başqa bir şey deyil. Buna görə də bu cür təhdidlərə boyun əyməmək üçün daima hazırlıqlı olmalısınız. Əgər siz etmək istəmədiyiniz bir hərəkət üçün başqalarından danlaq eşidirsinizsə, özünüzü buna əvvəlcədən hazırlamalısınız. Beyniniz, vicdanınız sizə ətrafdakıların xahişlərini rədd etməməyi deyirsə, o zaman siz özünüzlə mübarizə aparmalısınız. Yoxsa bir ömür boyu başqaları üçün özünüzü fəda etməyiniz lazım gələ bilər.
Davamı →

Stress və İdman

Stress nədir?
Stress insanın həyatı boyunca qarşılaşdığı vəziyyətdir. Stress insanı narahat edən bir vəziyyətdə orqanizmin verdiyi reaksiyadır. Bu narahatlıq insanın fiziki, zehni və davranışlarına təsir edə bilir. Hər bir insan həyatı boyunca dəfələrlə stress yaşayır. Stress, dopamin və serotonin hormonlarının azalmağına səbəb olur. İnsanın özünü yaxşı hiss etməsini təmin edən əsas hormonlar dopamin və serotonindir.

Davamı →

Boşanmaya aparan 8 əlamət

Bir çoxlarımızın “pis evlilik” haqqında müxtəlif fikirləri var. Sözsüz ki, ailə quran heç kəs boşanmaq haqqında düşünmür. Amma evlilikdən sonra bəzi əlamətlər münasibətlərin pis və ya yaxşı olmasına işarə verir. Ona görə də bəzi cütlüklərin toydan az keçməmiş boşanmalarına təəccüblənməyin. Boşanmaya aparan 8 əlaməti bilməklə daha diqqətli olun:

1. Reaksiyalarını reaksiyasız qalaraq göstərirlər
Bir cütlüyün mübahisə, dava-dalaşdan sonra səssiz qalaraq reaksiya göstərməsi, pis əlamətdir. Bəli, dava-dalaş, mübahisə etmək sağlam münasibətlərdən xəbər verir. Lakin dava-dalaş tez-tez təkrarlanırsa və ciddi hal alırsa və sonda tərəflər səssizliyə bürünürsə, bu vəziyyət evlilik üçün zərərlidir.

2. Durğun seks həyatı
Bu, çox aydın: insanlar seks olmadan da yaşaya bilərlər. Lakin insanlar yaşayan canlılardır və seks təbii bir arzudur. Bəli, seks olmadan davam edən münasibətlər var, ancaq boşanma vəkillərinin müştərilərindən eşitdikləri ən çox səbəblərdən biri də illərdir seks həyatının olmamasıdır.
Davamı →

Davamlı yorğunluğun səbəbləri

Yorğunluğun ən çox yayılmış növü, insanın kifayət qədər yatmamasıdır. O insanlar ki, gecə gec yatır və səhər tez dururlar, həmişə yorğunluq hiss edirlər. Gündəlik işlərini görmək üçün enerjiləri olmur.

Həkimlərin nəzərinə görə, insanın özünü yorğun hiss etməsinin bir neçə səbəbi ola bilər. O cümlədən:

1. Kifayət qədər yatmamaq
 İnsan gecəni 7-8 saat yatmalıdır ki, itirdiyi enerjini bərpa edə bilsin. Əgər bu miqdardan az yatarsa, bədəni dincəlməz və enerjisi bərpa olmadığına görə həmişə yorğun olar.
Davamı →

Övlad valideyninə əl qaldırarsa...

Təbii ki, hər birimizin düzgün şəxsiyyət kimi formalaşmasında ailənin rolu əvəzsizdir. Ailə ən vacib sosial mühitdir. Bizim ətraf mühitlə də ilk tanışlığımız məhz ailədən başlayır. Buna görə də ailənin uşaq tərbiyəsində təsiredici rolu danılmazdır. Ailə tərbiyənin əsasıdır, mənbədir, kökdür. Məhz, niyə tərbiyədə ailənin rolu bu qədər önəmlidir? Mənim məqaləmin başlığı belədir: ”Övlad valideyninə əl qaldırarsa...”

Bir neçə ay bundan qabaq belə bir situasiya ilə qarşılaşdım. Marketdə alış-veriş edən bir ana və övladı. Uşağın 10-12 yaşı olardı. Oğlan uşağı idi. Təkidlə bəyəndiyi oyuncağın alınmasını istəyirdi. Ana isə kənardan heç də xoş görünməyən bir tərzdə rədd cavabı verirdi. Qəflətən hər kəsin içində uşaq hoppanaraq anasının başına yumruq vurdu. Anası ona eyni “cavab”ı verdi. Onlar bu vəziyyətdə də heçnə almayaraq marketdən çıxdılar və hər kəsin reaksiyası artıq məlumdur.

İnsan toplusu içərində olsun və ya olmasın bu cür vəziyyətin yaşanması sadəcə dəhşətdir.Belə halın yaşanması təsadüfü deyil. Əslində, bunun kökündə müxtəlif səbəblər dayanır. Görünür, bu ailənin özülündə pərpası lazım olan ciddi çatlar var. Uşağın gözü qarşısında atanın anaya qarşı şiddəti, ər-arvad münasibətlərinin düzgün qurulmaması,ən əsası övlad-valideyn münasibətlərinin düzgün tənzim olunmaması,ailəyə kənar şəxslərin müdaxiləsi, ailədə bütövlüyün olmaması və s. bu kimi hallar sonda belə bir nəticənin yaranmasına səbəb olur.
Davamı →

Bazar ertəsi sindromu

Araşdırmalara görə, insanların ən stresli və kədərli olduğu gün həftənin bazar ertəsi günüdür. Bəs bazar ertəsi depressiyasını azaltmaq üçün nələr edə bilərik?

1. Daha çox yatın
Yuxusuzlluq həftənin ilk gününü stresli keçirməyin ən böyük səbəbidir. İnsanlar həftə içi normal yatsalar da, həftə sonu normal yuxu yatmırlar. Həftə sonları yuxu probleminiz ertəsi gün stresli bir gün yaşamağınıza səbəb olacaq. Buna görə həftə sonu da yuxunuzu sabitləyin.

2. Daha az televizor izləyin
Çox televizor izləmək məhsuldarlığı azaldır. Çox sevdiyiniz bir film və ya televiziya proqramını hər həftə izləmək normal bir şeydir, ancaq həftə sonu kresloda əyləşib kanallar arasında yox olmaq düzgün deyil. İnsanlar çox vaxt yorğun olduqları zaman televizora baxmağı üstün tutarlar. Gecə yarısına kimi televizor qarşısında oturub yuxuya getmək nizamsız yuxu və yorğunluq hissi yaranmasına səbəb olur.
Davamı →

Övladınızı internetdə gözləyən təhlükələr


Texnoloji yeniliklər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Övladlarınız da bu yeniliklərlə həm evdə, həm də cəmiyyətdə sıx təmasda olduğu üçün onların texnoloji sağlamlığını və təhlükəsizliyini təmin etmək mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, ailənizin kiçik üzvləri ilə texnoloji vasitələrin istifadəsi ilə bağlı bir neçə məqamı razılaşdırmalısınız:

Şəxsi məlumatları (ev ünvanı, telefon nömrəsi, təhsil aldığı məktəbin nömrəsi və s.) bəyan etmək, xüsusilə tanımadığı şəxslərlə paylaşmaq olmaz;
Davamı →

Yalançılar haqqında doğrular


Tez-tez yolda övladını məktəbdən gətirən valideynlərlə  rastlaşıram. Demək olar ki, aralarındakı dialoqlar eyni olur. Məsləhətlər də. «Yalan danışma. Xəbərçilik pis şeydi. Adam elə eləməz»- janrında.
 
Hamımıza deyilib bu sözlər, hamımız da balalarımıza deyirik. Bəs onda  ölkədə bu qədər yalançı, xəbərçi, satqın, canım sizə desin, anasının əmcəyini kəsən hardandı?
Davamı →

Kasıb uşağın dilindən

  1. Göyə uçurmağa bir şarım belə yox. Şar paylayan bir əmim də yox...
  2. Ayaqlarım palçıq içində, geyməyə ayaqqabım yox...
  3. Əynimdə bərli-bəzəkli məktəbli paltarlarım yox...
  4. Xəstələnmişəm, həkimim yox. Getməyə xəsətxanam, dərman almağa imkanım yox.
  5. Ucqar dağların arxasında yaşayıram, əgər başıma bir iş gəlsə şəhərə gəlməyə imkanım, dizimdə taqətim yox.
  6. Anam qardaşımı ucqar dağ yollarında, qar içində dünyaya gətirdi. Anamın nə bir həkimi, nə də əlindən bir tutanı yox.
Davamı →
Top