Marketinq kateqoriyası üzrə məqalələr

Marka olaraq, əməl etməyəcəyiniz vədi verməyin

Uşaq olarkən valideynlərimiz həmişə bizə verilən sözə mütləq əməl etməyin vacibliyini öyrədərlər. Əslində burdakı əsas mesaj budur ki, “Əməl edə bilməyəcəyiniz sözlər verməyin”. Yaşlandıqca, vədlərimizə əməl etməyin və dostlarımızın, ailəmizin, ətrafımızdakıların inamını qazanmağın önəmini anlamağa başlayırıq.

Sözlər, Sözlər, Sözlər… İstehlakçılara növbəti gün çatdırılmadan tutmuş mükəmməl müştəri xidmətinə və ya ən uyğun qiymətlərə qədər, davamlı sözlər verilir. Ancaq bunlar əsasən məhsulun və distributorun əməl etmədiyi sözlərdir.  Əminəm ki, hamımız yuxu kimi bir istirahət guşəsinin bukletdə göstərilənin tam tərsinə çıxdığı, zəmanətli pul qazandıracağı söylənən bir sistemin yalnız bir yığın tozlu kitaba çevrildiyini və ya arıqladacağı vəd edilən məşhur bir dərmanın, sadəcə şişirtmədən ibarət olduğu və heç bir nəticə vermədiyi situasiyalarla qarşılaşmışıq.

Davamı →

Daha çox əlaqə, daha çox qazanc

Hər bir adam əlaqələr şəbəkəsi yaratmaq istəyir və bunu etdiyini iddia edir. Çünki, hər kəs bunun, müştəri qazanmağın tək və ən yaxşı yolu olduğunu bilir.

Bəs təsirli bir əlaqələr şəbəkəsi necə yaradılır?
Rəsmi bir dəvətdə vizit kartı toplamaq və ardınca da irəli sürdüyünüz təklifə maraq göstərən, tanış olduğunuz insanlarla ünsiyyət yaratmaqdırmı? Yoxsa satış menecerlərilə izdihamlı bir otaqda olduqca çox insanla tanış olub söhbət etməkdirmi? Heç də yox. Əlaqələr şəbəkəsi qurmaq, ən azı iki insanın qazancını birdən-birə artırmağa yardım edəcək, qarşılıqlı məlumat mübadiləsinə söykənən, uzunmüddətli əlaqələri inkişaf etdirməkdir. Heç şübhəsiz, ən yaxşı satış menecerləri, hər zaman ən yaxşı əlaqə qurucularıdır.

Davamı →

İnsanlara necə təsir etmək olar?

Nəhəng şirkətləri ortabab şirkətlərdən ayıran başlıca xüsusiyyət, təşəbbüskar və proaktiv davranan rəhbərlərə və işçilərə sahib olmalarıdır. Proaktiv insanlar gördükləri işi bir addım qabağa aparmaq, effektli etmək üçün yaradıcı planlar həyata keçirə bilən və bu istiqamətdə addım atmaqdan çəkinməyən, fərqli insanlardır. Bunun üçün də ətraflarındakılara təsir göstərmək, hədəflərinə çatmaqlarını asanlaşdıracaq insanları yola gətirmək və onların dəstəyini təmin etməkdə uğurlu olmaq məcburiyyətindədirlər. Özlərilə eyni hədəfə doğru çiyin-çiyinə yeriyəcək insanları təsir altına salmağı, öz tərəfinə çəkməyi bacarmalıdırlar.
Davamı →

Xatırlana bilən mesajlar yaradın

Satış mütəxəssisləri, tez-tez hər hansı bir «marka obrazı» və ya "şirkət obrazı" yaratmağın vacibliyindən bəhs edirlər. Çünki onlar bu obrazların hüquqi baxımdan markanı dəstəkləyəcəyini düşünürlər. Lakin bu mütəxəssislər, «obrazlar»dan istifadə etməyin önəmliliyinə çox az diqqət yetirirlər.
Obrazlarmı, təsəvvürlərmi?
Marka obrazı, hər hansı bir markanın simvola çevirdiyi modeldir. Heç şübhəsiz ki bu obrazlar çox önəmlidir. Amma təsəvvürlər, tamamilə fərqli bir şeydir, duyğularımızdan istifadə edərək zehinlərimizdə bir şeyin təmsilini yaratma müddətidir. Təsəvvürlər, bir şeyi zehnimizdə canlandırdığımız və onun necə göründüyünü, necə hiss yaratdığını, dadının necə olduğunu və s. xəyal etdiyimiz zaman yaranar.
Təsəvvürləri nə üçün nəzərə almamalıyıq? Bu mövzu, intellektual səviyyəsi yüksək olan psixoloqların işidir. Bu insanların illərlə davam edən araşdırmalardan nələr öyrəndiklərini bilməyə çalışsaq, xatırlana bilən və razı salan mesajlar hazırlamağın yolları haqqında çox şey öyrənə bilərik.

Davamı →

Sadiq müştərimi, gəlirli müştərimi?

Ümumi keyfiyyət sisteminin geniş yayılmasından sonra müştəri sədaqətinin ölçülməsi və təkmilləşdirilməsi də önəmli rol oynamağa başladı. Müxtəlif araşdırmalar həqiqətən də əldəki müştərini saxlamağın yeni müştəri qazanmaqdan daha çox avantajlı olduğunu meydana çıxardı.
Lakin, sadiq müştərilərin daha gəlirli müştəri olduğu fikri hər zaman keçərli olmaya bilər. Buna görə, müştəri analizlərinin aparılması və şirkətə daha artıq gəlir gətirəcək müştəriləri cəzb edəcək siyasətlərin həyata keçirilməsi şirkət uğurunu önəmli dərəcədə artıra bilir. Son zamanlarda dəb halını alan müştəri münasibətlərinin idarə edilməsi anlayışını diqqət mərkəzinə çəkib, müştəri gəlirliliyi anlayışı gözardı edilməməlidir.
Davamı →

Bir gündə və yeddi addımda marketinq planı

Təsirli marketinq planı hazırlamaq üçün çox zəhmət çəkmək lazım deyil. Əslində, bir gündə çox uğurlu plan hazırlaya bilərsiniz. Başqalarının üslub və ya planının mükəmməlliyi haqqında narahat olmayın. Tək edəcəyiniz şey, bir qələm və kağız götürüb işə başlamaqdır. İşgüzarların çox yaxşı tanıdığı məşhur mütəxəssis David Frey öz əsərində uğurlu marketinq planı hazırlamaq haqqında maraqlı bilgilər verir. O, bir gün ərzində qurulan planı şərti olaraq 7 addıma bölərək bu yolla əldə olunan uğurları göstərir:
Davamı →

Purple Cow

Purple Cow (Bənövşəyi İnək) olmağı  fikirləşməyə dəyər


Rəqabət şərtlərinin çox yoğun olduğu günümüzdə, firmalar yenilik və fərq yaratmağa bir növ artıq məcburdurlar. Çünki, rəqiblərin çoxluğu, bazarda malların çox çeşidli olması, müştəri xidmətlərindən və reklamlardan geniş istifadə olunmasi kimi faktorlar firmaları buna məcbur etməkdədir. Başqa bir problem isə malların və xidmətlərin hardasa get-gedə bir-birlərinə daha çox oxşamasıdır.


Belə bir bazar şəraitində  isə bir-birinə bənzəyən mallarla qarşı-qarşıya qalan müştərilər daha ucuz olan malı satın alırlar. Nəticədə isə bazarda firmalar üçün heç də sərfəli olmayan qiymət rəqabəti başlayır. Bu hal isə firmaların gəlirlərinin azalması və böyümələrinin zəyifləməsinə səbəb olur. Belə bir şəraitdə firmalar üçün rəqabət üstünlüyü əldə etmənin ən təsirli yollardan biri də onların rəqibləri haqqında fərkliləşmələri olacaq.  Bu mövzuda bir çox fikir səslənib. Ancaq bunlardan ən məşhurlarından biri məşhur marketinq qurusu Seth Godin tərəfindən irəli sürülüb. Seth Godin firmalara rəqabətdə üstünlük əldə etmələri üçün  fərqlilik yaratmalarını-bir Purple Cow (bənövşəyi inək ) olmalarını təklif edir.

Davamı →
Top