1. “Möhtəşəm Qeytsbi” - Frensis Skot Fitscerald əsərin adının bir sözdən ibarət olmasını istəyirmiş. Yazıçı sonradan “Möhtəşəm Qeytsbi” üzərində dayanır.
2. “1984” – Naşir Corc Oruelin bu gün “1984” kimi tanınan məşhur antiutopik romanına “Avropada sonuncu adam” adının verilməsinə qarşı çıxıb. Bu adın oxucu marağına səbəb olmayacağını düşünüb və əsəri “1984” adı ilə çap etdirib.
3. Ayn Rendin məşhur “Atlas çiyinlərini gərdi” əsəri üçün düşündüyü ilk ad “Tətil” olub. Əsəri çap olunmazdan 1 il əvvəl, 1956-cı ildə yazıçı əsərin bu qərara gəlir ki, “Atlas çiyinlərini gərdi” adı daha uğurludur. Qərarın qətiləşməsində ərinin məsləhəti də rol oynayıb.
Gölün sahilinə daha bir qayıq gətirilmişdi. İki hindu onun yanında dayanıb gözləyirdilər.
Bədii dilimizin sürətli inkişafı ilə əlaqədar olaraq dilçilərimiz bu məsələyə aid bir neçə məqalə yazmışlar. Bunlardan R. Rüstəmovun “Uşaqlar üçün yazılmış əsərlərin dili haqqında” (“İnqilab və mədəniyyət” jurnalı, 4-cü sayı, 1952) A. Həsənovun “Dil haqqında Stalin təlimi və müasir bədii dilimiz” (“İnqilab və mədəniyyət” jurnalı, 8-ci sayı, 1951) R. Kazımovanın “Stalin yoldaşın “Marksizm və dilçilik məsələləri” əsəri və müasir Azərbaycan ədəbi dilimiz haqqında” (İ. V. Stalinin dilçiliyə dair əsərləri və Azərbaycan dilçiliyinin məsələləri”, Azərb. E. A nəşri, 1952) və həmin müəllifin “Azərbaycan sovet nəsrində bədii dil və stil məsələləri” (“Azərbaycan” jurnalı, 6-cı sayı, 1953) adlı məqalələrini göstərmək olar. Bu məqalələrdə bədii dilimizin daha da yaxşılaşması üçün əhəmiyyətli cəhətlər çoxdur. Lakin yuxarıda adları çəkilən məqalələrdən özünün elmiliyi, məzmunluluğu ilə fərqlənən birinci məqalə istisna olunmaqla, qalan yazılarda bəzi müvəffəqiyyətli cəhətlərlə yanaşı bir sıra səhvlərə yol verilmiş, bədii dilimizin bəzi məsələləri dolaşdırılmışdır. Bu məqalələrdə nəzərə çarpan əsas səhv müəlliflərin yazıçı dili ilə surətin dilini qarışdırmalarından ibarətdir.
Sovet filmlərində çoxlu səs-küyün olduğuna fikir vermişdim. Radio bağırır, nəqliyyat danqıldıyır, uşaqlar ağlaşır, itlər hürür, sərçələr də cikkildəyirlər. Qəhrəmanların danışıqları yaxşı eşidilmir. Səs-küyə olan çox qəribə meyil var.
“Neftçilər” metrosunun çıxışında — işdən evə getdiyim yolun üstündəki avtobus dayanacağında həmişə beş-altı fahişə durur. Daha doğrusu, dayanacaqda yox, körpünün altında. Körpünün altı elə dayanacağa bitişikdir. Metrodan çıxıb dayanacağa gedənlər mütləq müştəri gözləyən bu qadınların yanından keçməlidir. Artıq istifadə müddəti çoxdan bitdiyi açıq-aşkar hiss olunan bu “qədim peşə” sahiblərinin azı 35 yaşı olar. Aralarında daha yaşlıları da var.
Akutaqava Rünoske (1892-1927) — 1892-ci il iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə «Rasyamon darvazası» və «Burun» hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto, „Susanoo-no-mikoto ahıl çağlarında“, „Tanrı Aqni“, „Qəribə hekayət“, „Xanım Rokunomiya“, 1924-1927-ci illərdə „Sanemonun cinayəti“, „Məktub parçası“, „Momotaro“, „At ayaqları“, „Ölümdən sonra“, „Karmen“, „Suadamları ölkəsində“, „Tanekonun kədəri“, „Yuxu“ və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı „İlğım“ və „Dişli çarxlar“ hekayələrində və „Səfehin həyatı“ povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.
Bu parça heç də “Ədəbiyyat” sayılmağa iddialı deyil. Bu, sadəcə, bir hekayə istəyib “psixoloji” ya da “analiz” xarakterli qarmaqarışıq bir şeydən imtina edən qanı qaynayan cavanlar üçün bir nağıldır. Sizin xoşunuza gələcək! Onu buradaca oxuyun, filmlərdə izləyin, fotosunu çəkin, ya da tikiş maşınından keçirin.
İçəridə istidən və adam əlindən durmaq mümkün olmayanda, belə bir gecədə rütubətdən nəm olmaq təhlükəsinin olmadığını görəndə, Çin çıraqları sehrli meşənin dərinliklərində qırmızı və yaşıl meyvəyələrə bənzəyəndə, cənab Bertram Priçhard missis Latamla bağçaya çıxdı.
Qılınca qalxanım var, iynəyə yoxdu.
Bu hadisə bütün vücuduma yağ kimi yayılır. Səbəbini bilmirəm, amma həmin hadisə ən xırda detallarına qədər gözümün önündədir. Onu tez-tez xatırlayıram, hər dəfəsində də yaddaşımın dərinliyindən daha çox detal üzə çıxır, xatırlama özü ilə maraqlı və xoşagələn bir həzz gətirir.