Ədəbiyyat kateqoriyası üzrə məqalələr

Şirniyyat mağazasında qarət | İtalo Kalvino

Diribaş təyin olunmuş yerə gəlib çıxanda o birilər onu artıq gözləyirdilər. İki nəfərdilər: İsabala və Becid. Ətrafda elə sakitlik idi ki, küçədən evdəki saatların zəng səsləri eşidilirdi: budur, iki zəng, — səhər açılana qalmamaqdan ötrü tələsmək lazım idi.
— Getdik, — deyə Diribaş söylədi.
— Haradadı? — deyə yoldaşları soruşdu.
Diribaş görəcəyi «işi» əvvəlcədən açıb danışanlardan deyildi.
  — Yaxşı, getdik, — deyə o təkrar etdi.
Onlar çaylaqlara bənzər boş küçələrlə, tramvay yolunun dəmir relsləri ilə onları müşayiət edən ay işığında dinməzcə addımlayırdılar. Diribaş bir an belə sakit dayanmayan sarı gözlərini ətrafa gəzdirərək daima nəyisə qoxulayırmış kimi, burun dəliklərini oynada-oynada irəlidə gedirdi.
Davamı →

"Oxşar" | Eduard Limonov

Poçt qutusunda paket. Göndərənin ünvanı isə belədir-Amerika dini təşkilatı. Paketi çıxarıb əlimdə fırladıram və başa düşə bilmirəm ki, onlar mənim ünvanımı haradan götürüblər, bu paketin mənə nə aidiyyatı var. Paketi açdım, içində bir kitab vardı.


Rus dilində İncil idi, kiçik formada idi, yəqin ki, cib üçün nəzərdə tutulmuşdu. Allah kəlamını yayanların ünvanımı və soyadımı zarafatcıl dostumdan alıb təsadüf nəticəsində məni tapdıqlarını qət etdim, buna baxmayaraq İncili vərəqlədim. Və titul vərəqində Con adıyla imzalanmış aşağıdakı yazını görüb təəccübləndim: “Əzizim Edvarda, bizim görüşümüz barədə xatirə, əkiz tayından gələcəyə ümidlərlə.”

Davamı →

On nəfərdən biri | Perç Zeytunsyan

Tezliklə gələcəklər…
— Siqaretin var?
— Mən qorxuram … mən ölmək istəmirəm.
— Sakit ol, heç bir şey olmaz.
— Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
— Mən soruşuram ki, siqaretin var?
— Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
— Saat neçədir?
— Kimdə saat var ki…
Davamı →

"Paxıl musiqiçi" | Dino Buttsati

Şan-şöhrətinin zirvəsində həyatının çiçəkləndiyi bir dövrü yaşayan və son dərəcə paxıl insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində tək-tənha gəzişərkən hansısa böyük evdən gələn fortepiano səslərini eşitdi.
Auqusto Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının bəstələdiklərinə bənzəməyən fərqli bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt eşitməmişdi. Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa yüngülmü musiqidir; o, özünün bir qədər sadəliyi ilə bəzi xalq təranələrini xatırlatsa da, onda acı bir istehza duyulur, sanki zarafatla səslənsə də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi. Ancaq Qorca, hər şeydən öncə, — bu musiqinin dəst-xəttindən heyrətə gəldi. O, harmoniyanın bütün köhnə qayda-qanunlarından azad idi, bəzən sərt və inadlı olsa da, eyni zamanda, ən kamil ifadə səviyyəsinə yüksəlirdi. Bundan əlavə, ona hər hansı bir ağır zəhmətdən əsər-əlamət olmayan füsunkar yüngüllük və gənclik təravəti də xas idi. Ancaq çox keçmədi ki, royal susdu və Qorca müsuqinin yenidən səslənəcəyini gözləyərək, küçədə əbəs yerə var-gəl etməyə başladı.

Davamı →

Ölüm və qız | Rey Bredberi

Uzaq-uzaq diyarlarda, meşələrin, dağların o üzündə bir qarı yaşayırdı. Düz doxsan il bağlı qapılar arxasında ömür sürmüşdü. Heç kimə qapı açmamışdı — nə əsən küləyə, nə yağan yağışa, nə sırtıq sərçələrə, nə də ki, bicbala oğlanlara. Qapısının dirəyini taqqıldadan hər kəs ondan bu sözləri eşitmişdi;
— Cəhənnəm ol, ölüm!
-Mən ölüm deyiləm! — qapı döyən qışqırmışdı.
Qarı isə cavabında demişdi:
— Yox, mən səni yaxşı tanıyıram. Ölümsən, amma qıza çevrilmisən. Yanağındakı çillərin altından qabarmış sümüklərini görürəm!
Davamı →

İki tərəfdən düymələnən münasib kostyum | Sergey Dovlatov

Mən heç indi də geyimimə  fikir verən deyiləm, əvvəllər isə daha pis geyinirdim. İttifaqda mən elə pis geyinirdim, hətta bundan ötrü məni məzəmmətləyirdilər. Xatırlayıram, Puşkin qoruğunun direktoru mənə dedi:
— Yoldaş Dövlətov, siz öz şalvarınızla bu yerlərin bayram ab-havasını korlayırsınız…
İşlədiyim redaksiyalarda da tez-tez məndən narazı qalırdılar. Xatirimdədir, bir qəzetin redaktoru şikayətləndi:
— Siz bizi sadəcə gözdən salırsınız. Biz sizə etimad göstərmişik. Sizi general Filonenkonun dəfninə nümayəndə göndərmişik. Siz isə mənə məlum olduğu kimi ora pencəksiz gedibsiniz.

Davamı →

Baba Pünhan-Gəlsə qiyamət, ay ata

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,
Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.
Davamı →

Allaha məktub | Yusif İzəddin İsa

O bilmirdi, “Zeynəb” adını ona kim qoyub. Nə vaxtsa ata-anasının, qohum-əqrabasının olduğunu heç düşünməmişdi də. Hətta dünyaya gəldiyindən neçə il ötdüyünü belə bilmirdi. Kaş o hər şeyi xatırlayaydı, çünki bir neçə gündən sonra onun yeddi yaşı tamam olacaqdı!
Hər zaman o, özü haqqında düşünəndə, yaxud küçə boyunca piyada gedəndə günləri, başına gəlmiş hadisələri yadına salardı. Səbəbini bilmədiyi göz yaşları ona heç cürə kömək edə bilməzdi.
Qış gecəsidir. Həmişəki kimi o, Xanım Zeynəb ziyarətgahındadır*. Əyninə rəngi çoxdan solmuş nimdaş, nazik köynək geyinmişdir. Demək olar ki, çılpaqdı. Üzünün rəngi solğun və çox arıq idi.
Davamı →

Kral qatili odunçu | Xorxe Luis Borxes

Mən odunçuyam.
Adımı bilməsəniz də olar.
Doğulduğum və tezliklə öləcəyim koma meşənin kənarında yerləşir. Meşə, deyilənə görə, dənizəcən uzanır və bu dəniz bütün qurunu əhatə edir və onun sularında mənim komama bənzər neçə-neçə ağac koma üzür. Deyilən yalandır, ya doğrudur, bilmirəm, çünki hər halda bunu görmək özümə də qismət olmayıb; meşənin o biri üzünü də görə bilməmişəm.
Uşaq olarkən böyük qardaşım mənə and içdirib ki, onunla birgə bu meşəni sonuncu ağacınadək qırıb çatacağıq.
Qardaşım artıq ölüb, mənimsə ağlımda başqa bir şey var: bir şeyi axtarıram və onu tapmayınca yorulmaq bilməyəcəm.
Davamı →

Qara qoyun | İtalo Kalvino

Biri vardı, biri yoxdu, bütün sakinlərinin oğurluqla məşğul olduğu bir ölkə varıydı. Gecə düşən kimi hamı fənər və lom ilə silahlanaraq qonşularının evinə gedirdi. Dan sökülən vaxt dolu çuvalla evinə qayıdan adam öz evini də yağmalanmış tapırdı. Heç kimin dolanışığı o qədər də pis deyildi, hamı dinc yaşayırdı. Biri-birini, o birini soyur, bu qanunauyğunluq sonuncu sakinə qədər davam edir, o da ən birincini soyurdı. Bu ölkədə nəyi istəyirsən al, nəyi istəyirsən sat, saxtakarlıq demək idi.
Davamı →
Top