Ümumiyyətlə, incəsənətdə kiməsə nəyisə sübut etmək qəliz məsələdir.
Zamanın ən önəmli cəhəti odur ki, o, tamamilə nisbidir. Ümumi düşüncəyə görə, xatirələrə dalmaq ən çox suda boğulan adama xasdır. Yaxud bir nəfər əlcəklərini çıxara-çıxara bir qadınla olan münasibətlərini bir anın içində xatırlaya bilir.
“Servantes” oteli başqalarının bəyənməyəcəyi yarıqaranlığı, sakitliyi, boşluğu ilə xoşuna gəlmişdi. Təsadüfi yol yoldaşı gəmidə ona bu oteli təriflədi və dedi ki, o, şəhərin mərkəzində yerləşir. Və budur, artıq Montovideoda, Petrone özünə düz ikinci mərtəbənin holluna çıxan vannalı otaq götürdü.
Bataqlıqlı düzənlikdə hərəkət yox idi, sadəcə, gecə mehi qısa otları tərpədirdi. Artıq uzun illərdir ki, böyük kor səma qalxanının altından bir quş belə uçmamışdı. Lap çoxdan bir neçə balaca daş xırdalanıb toza çevriləndə özlərini canlı kimi aparmışdılar. İndi bu çöllükdə yalnız gecənin özü tənha tonqala sarı əyilmiş iki kişinin qəlbində tərpənirdi. Qaranlıq onların damarlarına ehtiyatla dolur və onların gicgahları ilə biləklərində sakitcə döyünürdü.
...İlahi, bu nə ağrıdı?! Elə bil başımın içində mina partdıyıb. Taqətim də yoxdu bir hərəkət eləməkçün, hər yerim də ağrıyır. Elə bil üstümə tonlarca yük yükləyiblər. Bəlkə də bu dəyqə yerimdən tərpənmək mənə indiyə qədər tapşırılmış bütün işlərdən daha çətindi. Aman Allah, bu nə ağırlıqdı çöküb üstümə?! Nə oldu mənə?! Sadəcə yuxuya getdiyimi xatırlayıram. Ama bugün işdə bu qədər yorulacaq, taqətdən düşəcək bir iş də görməmişəm axı… Hal hazırda uzandığım yer də yatağıma bənzəmir. Qoxu da otağımın qoxusu deyil. Otağımın divarlarından da siqaret iyi gəlir ama burda belə bir iy hiss olunmur. Yox, səhər açılmayıb hələ ki… Yoxsa, Alim zəng eliyərdi. Hər gün səhər o oyadır onsuz məni işə gecikməməyimçün. Zəngin səsinə ayılmayan, ayılsam da söyə-söyə söndürüb təzdən yatan zibil olduğumu bilir, ona görə… Demək ki, hələ gecədir. Şübhələrim daha da artır. Bədənimi soyuq tər basdı. Ürək döyüntülərim də artır. Həyəcanlanıram deyəsən. Fikrimdə daha da qətiləşirəm. Bura heç mənim otağıma bənzəmir. Gecə saatdan asılı olmayaraq aşağıdakıların səsi gəlməli idi axı. Vaxtını gecə klubunda keçirənlərin, birbiriylə söyüşən fahişələrin səsi gəlməli idi axı… Ah, titrəməyə başlayıram artıq. Bir gün o fahişələrin səsini eşitməyimi bu qədər çox istəyəcəyim heç ağlıma da gəlməzdi. Hardayam mən?! Gözlərimi açmalıyam....
Bəzi yazıçılar bir neçə sözlə böyük bir mənanı təsvir etməyi bacarırlar.
Biri vardı, biri yoxdu, söz və çağırışlar satan bir Söz Adamı vardı. İşləri yaxşı gedirdi, amma ondan inadla söz satın almaq istəyən və hər zaman sözün qiymətini öldürməyə çalışan alverçilər çoxuydu. Adam həmişə güzəştə gedirdi və buna görə də küçə alverçilərinə istənilən oxşamalar, varlı qadınlara cürbəcür ahu-zarlar, eləcə də fərmanlar, şüarlar, başlıqlar və hər cür saxta hallar üçün tələb olunan lazımi sözləri tapıb satırdı. Günlərin birində cənab Remo itinə nifrət etdi. Gönüqalın insan deyildi, amma arvadı öləndən sonra, daxilində nələrsə çatladı. Bu dul kişinin yalnız bir iti qaldı. Mops-şnops it cinslərinin qarışığından yaranmış yarasa qulaqlı bu qara kök it, hansısa bir topu və ya çubuğu atdıqda, cəld qaçıb geriyə gətirdiyindən, Bumeranq sözünün qısaldılmış forması olan Bum adına layiq görülmüşdür.
Bir zamanlar cənab Remo və Bum, birlikdə payi-piyadə gəzər, bəşəriyyətdən, heyvan dünyasından söhbət edər, Dekartdan tutmuş Lessiyə qədər bütün məsələləri müzakirə edər, qarşılıqlı anlaşma şəraitində yaşayardılar. Daha danışmırdılar. Cənab kresloda oturub, gözlərini boşluğa zilləyir, Bum isə sahibinin ayağına sərilib, sərhəd tanımayan sevgi dolu baxışlarla sahibinə baxırdı. Cənab Remo itin mütləq sədaqətli və etibarlı baxışlarına nifrət edirdi.
İtkilərdən, yalqızlıqlardan, ağrılardan ibarət həyatda, arabir quyruğunu yelləyən, sevincindən zingildəyən, ucu-bucağı görünməyən tüklü məhəbbətiylə boşalmış evi dolduran bu yöndəmsiz varlığın bu dəhşətli dünyada nə xeyri dəyə bilərdi?