— Oxucu sənin dostundur, düşmən, yaxud tamaşaçı deyil.
— Əgər roman yazıçının şəxsən özü üçün qorxunc, yaxud naməlum bir aləmə səyahət deyilsə, onu yazmağa dəyməz.
(Yalnız puldan ötrü yazmaq olar).
— İnformasiyanın dünyanın hər yerindən əlyetərli və azad olduğu bir dövrdə roman yazmaqdan ötrü uzun-uzadı araşdırma aparıb qalaq-qalaq material toplamağın da dəyəri azalmış olur.
— Əslində ən dəqiq avtobioqrafik nəsr nümunəsi təxəyyül tələb edir.
— İndiyəcən heç kəs (Kafkanın) “Çevrilmə”si qədər avtobioqrafik hekayə yazmayıb.
İvan Serqeyeviç Turgenev maraqlı xarakterləri ilə yadda qalan yazıçılardandır.
O, çox qəribə də olsa, özünü dünyada ən iri başı olan insan hesab edirdi. Doğrudan da, yazıçının beyni 2000 qram həcmində idi, bu, adi insan beyni üçün qat-qat böyük göstəricidir. Yazıçının beynindəki sümük o qədər incə idi ki, bir zərbəyə qırılıb düşə bilərdi və o, həmin dəqiqə yaddaşını itirə bilərdi.
Gənclik illərindən müəyyən yaş dövrünədək Turgenev yaddaşsızlıqdan əziyyət çəkdi. Bəzən o, tanışlarını evinə qonaq çağırır, ertəsi gün isə onları qapıda görəndə təəccübdən yerindəcə donub qalırdı. Əlbəttə ki, tanışlar bundan çox əsəbiləşir və narazılıq edirdilər.
Bir dəfə növbəti belə səhvini düzəltmək üçün Turgenev onlardan üzr istəyir və yenidən dostlarını evinə qonaq çağırır və nahar üçün şərab alır. Evə gələn qonaqlar yenə də onu tapmırlar.
«Mən kitab çap olunmamışdan əvvəl onu heç kəsə oxumağa vermirəm. Çünki zövqlər müxtəlifdir. Hər insan bir növ kitab xoşlayır və düşünür ki həmin növ kitab başqa növ kitablardan üstündür».
İngiltərənin populyar detektiv yazarı, 94 yaşlı Phyllis Dorothy Jamesdən gənc yazarlara məsləhətlər. Həmin məsləhətləri belə yığcamlaşdırdıq.
1. Yazıçı olmurlar, yazıçı kimi doğulurlar.
Əlbəttə bu, insanın özündən asılı bir iş deyil, amma yazıçı olmaq istəyən insan anlamalıdır ki, heç də hər şeyi öyrənmək mümkün deyil, fitri istedad da lazımdır. Eynən musiqiçilər kimi. Yəni insana roman yazmağın qaydaları haqda dərs keçmək olar, amma əgər bədii təfəkkürü yoxdursa, ondan peşəkar yazıçı olmayacaq.
2. Bildiyin şeylər haqda yaz.
Hər bir kəs yaşadıqları, duyduqları haqda yazmalıdır. Məhz onda yaşadıqlarının, duyduqlarının hər bir detalı içində toplanacaq və vaxtı çatanda, zərurət yarananda sən həmin detallardan öz əsərində istifadə edə biləcəksən. Yazıçı özünü yazanda onun kitabı əsl kitab olur və bu zaman həmişə onu çap etməyə naşir tapılır.
Biz yaşamaq sənəti barədə Tolstoyun “Hərb və sülh” əsərindən çox şey öyrənə bilərik. Hələ nəzərə alaq ki, Tolstoyun həyatında təkəbbür və yelbeyinlik, seksual qısqanclıq və mürəkkəb ailə münasibətləri də olub.
Roman Krznaric yazır ki, bütün bunlara baxmayaraq, bizim ustad romançıdan öyrənə biləcəyimiz çox həyat dərsləri var.
1828-ci ildə doğulmuş və 1910-cu ildə vəfat etmiş Tolstoy öz malikanəsi və yüzlərlə təhkimlisi olan rus aristokratik ailəsindən çıxmışdı. Gənc qrafın erkən gəncliyi gur, yüngül əxlaqlı və zorakı olmuşdu.
“Mən müharibələrdə adam öldürür və ya adam öldürmək üçün onları duelə çağırırdım, — yazırdı Tolstoy, — Qumarda uduzur, kəndlilərin əməyini istismar edir, onlara cəzalar verir, avara həyatı yaşayır və adamları aldadırdım. Beləcə on il yaşamışdım”...
Lakin o, tədricən özünü onu məhv edən, avara həyat tərzindən xilas etdi, zadəgan irsinin inanclarından yaxa qurtardı və radikal, qeyri-adi dünyagörüşü əldə edərək həmsiniflərini mat qoydu. Yaxşı, bəs görəsən onun bu şəxsi səyahəti bizə də öz həyat fəlsəfəmiz barədə təkrar düşünməkdə necə kömək edə bilər?
Faktlar:
— Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olub. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.
— Cek London məktəb illərində qəzet satıb, 14 yaşında isə konserv fabrikində işləyib. Qadağan edilməsinə baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olub. 1893-cü ildə Yaponiya sahillərinə və Berinqə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri onda olduqca böyük təəssüratlar oyatmaqla gələcək yaradıcılığına böyük təsir göstərib.
— Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrıların dözülməz həddə çatdığı günlərin birində çoxlu ağrıkəsici qəbul edir. Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.
— Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilib.
— Cek London 1897-ci ilin yazında minlərlə amerikalı kimi «qızıl qızdırmasına» «yoluxub» və Alyaskaya gedib. Qızıl tapa bilməyib kor-peşman geri qayıdıb. Amma bu səfər onun yaradıcılığına ciddi təsir edib.
— Yazıçı Rus-Yapon müharibəsində və Meksikadakı vətəndaş müharibəsində muxbir kimi fəaliyyət göstərib.
Dünya şöhrətli, məşhur fransız yazıçısı Onore de Balzakın həyatı insanlar üçün ölümündən sonra da maraqlı olmuşdur.
Onun yaratdığı bir-birindən maraqlı əsərləri, neçə əsrlərdir ki, sevilə-sevilə oxunur və indiyədək neçə-neçə dillərə tərcümə olunmuşdur.
Onore de Balzak 1799-cu ilin may ayının 20-də Tur (Fransa) şəhərində dünyaya gəlmişdir. De Balzak — yazıçının əsl soyadı deyildir. Yazıçının atası Balsa Bernar Fransua kəndli ailəsində doğulmuş və sonralar Tur şəhərində bələdiyyə rəisinin köməkçisi işləyəndən – yəni, məmur olandan sonra öz soyadını plebeysayağı hesab etmiş və dəyişdirmişdir.
Onorenin uşaqlığı əyalətdə keçmiş, təhsilini isə əvvəlcə Tur və Vandom kolleclərində almış, 1814-cü ildən isə Paris hüquq fakultəsində davam etdirmiş, eyni zamanda Sorbonna Universitetində ədəbiyyatdan mühazirələr dinləmişdir.
Onore de Balzakın yaratdığı əsərlər çox rəngarəng və çox maraqlı olduğu kimi, onun sevgisi və evlənməsi də diqqət çıkmişdir. Belə ki, Onore de Balzak, sən demə, Rusiyada yaşayan polyak əsilli bir zadəgan qadın E. Qanskaya ilə yazışır, məktublaşırmış. Maraqlı olan odur ki, bu yazışma nə az, nə çox, düz 18 il davam edir.
1. Kimsə qonorar verənəcən qonorarsız yazmağa davam edin. Əgər yazıçı olmağı hədəfləyirsinizsə, sizin yazıçı olmaq istəyinizin kökündə daim, bu işə sevgi bəsləməyiniz dayanmalıdır. Əgər kökündə pul qazanmaq dayanırsa, çox tez məyus olacaqsınız.
2. İdeya hamıda ola bilər, işin çətin tərəfi həmin ideyanı mümkün qədər yığcam ifadə edə bilməkdir. Bir abzasa yerləşə bilən fikir bir vərəq tutmamalıdır.
3. Sadə dillə, qısa cümlələrlə, bər-bəzəksiz yazmaq daha düzgün yoldur. Düzdür, bərli-bəzəkli, güllü-çiçəkli dildə yazan yazıçılar arasından da uğurlu karyera quranlar çıxıb. Amma çalışın mətniniz aydın olsun, oxucunu lazımsız təsvirlərlə yormayasınız və onun diqqətini əsərlə demək istədiklərinizdən yayındırmayasınız.
4. Əgər yazdığınız əsər dalana dirənibsə, onu zorla yazmağa, nəyin bahasına olursa-olsun bitirməyə çalışmayın. Bir neçə saatlıq, bəzən isə bir neçə aylıq fasilə sizə imkan verə bilər ki, əsər üzərində işə yeni ideyalar və yeni baxış bucağı ilə qayıdasınız.(Twain bəzi kitablarının yazılmasına illərlə çəkən fasilə verib. Bəzilərinə isə ümumiyyətlə yenidən qayıtmayıb).