

Altı ay əvvəl, hətta dünən, soruşurdular ki, “o, nə edəcək?” Sayğı duyulmalı ziddiyətlərlə yaralanmış halda müvəqqəti müddətə sükutu seçmişdi. Amma ağır-ağır keçən və seçdiyinə sadiq qalan nadir insanlardan olduğu üçün sükutunun sonunu gözləyirdik. Bir gün danışacaqdı. Onun deyəcəkləri haqqında ehtimallar irəli sürmək cəsarətini belə göstərmirdik. Amma hamımız kimi, dünya ilə birgə dəyişdiyini düşünürdük: bu, varlığının canlı qalmağına bəs edirdi.
Gələcəyin yazıçısı Rusiya İmperiyasının cənubunda sadə ailədə anadan olmuşdu. Onun babası Yeqor Mixayloviç Çexov keçmiş təhkimçi kəndli idi. Beləliklə Anton, onun qardaş və bacıları nəsillərinin təhkimli ailədə doğulmayan ilk azad nümayəndələri idilər.
L. N. Tolstoyla söhbət
Yasunari Kavabata 1899-cu il iyunun 11-də qədim Osaka şəhərində dünyaya göz açıb. Valideynlərini erkən yaşda itirib. Tanınmış həkim olan atasının ölümündən bir il sonra anası da dünyadan köçüb. Ana tərəfdən babası və nənəsi Yasunari ilə bacısını öz himayələrinə götürüb. Bundan bir neçə il sonra onun nənəsi və bacısı da vəfat edib. Yasunarinin bu dünyada tək doğma adamı və pənahı babası olub.
1. Böyük dramaturqun pyeslərinin çoxunun mövzusu keçmiş zamanlarda cərəyan edən əhavalatları əhatə edirdi. Bu isə həmin dövrdə geniş yayılmış bir praktika idi.
2. Şekspir zamanının teatrlarında pərdələr yox idi, dekorasiyalar da çox az idi. Aktyorları əhatə edən mühit və şərait pyesin mətnində təsvir edilirdi.
3. Yelizaveta dövrünün teatrı heç də “incəsənət mədədi” deyildi. Tamaşaçılar tamaşa zamanı meyvə alar və əgər xoşlarına gəlməsə, dişləyib aktyorlara ata bilərdilər. Belə bir fikir var ki, bu adət İngiltərədə teatr sənətinin inkişafına çox böyük təkan verib.
4. Məlumdur ki, Şekspirin zamanında teatrda bütün rolları – həm kişi, həm də qadın rollarını kişilər oynayırdılar (XX əsrin əvvəllərində Azərbaycanda olduğu kimi). İngilis səhnəsində ilk qadın yalnız XVII əsrdə göründü (Bizdə XX əsr).Kişi qəhrəmanların isə qadın aktrisalar tərəfindən oynanılması dünya teatrı tarixində çox nadir rast gəlinən hallardandır. Böyük aktrisa Sara Bernar 1899-cu ildə Şekspirin kişi qəhrəmanını oynamağa razılıq vermişdi.
5. Şekspirin 154 dahiyanə sonetinin nə zaman, harada və hansı xronoloji ardıcıllıqla yazılması, eləcə də onların kimə ithaf edilməsi haqqında, demək olar ki, heç bir məlumat yoxdur.
İrland yazıçısı, dünya ədəbiyyatının ünlü simalarından biri kimi sayılıb-seçilən Ceyms Coys (1882-1941) «Sənətkarın gənclik portreti» (1916), «Uliss» (1922), «Finneqana ehsan» (1939) romanlarının və bəşər mədəniyyəti xəzinəsinə «Dublinlilər» (1914) adıyla daxil olmuş silsilə novellaların müəllifidir.
Mövcud irland həyat tərzi ilə barışa bilməyən XX yüzilin dahi sənətkarı Ceyms Coys 1904-cü ildə doğma yurdu həmişəlik tərk etmiş, elə bu illərdə də İrlandiya haqqında sərt həqiqətlərin güzgüsü olan «Dublinlilər» kitabını yazıb başa çatdırmışdı. Lakin naşirlərin uzun müddət cəsarət edib yaxın buraxmadıqları kitab yalnız 1914-cü ildə işıq üzü görmüşdür. Bu münasibətlə Coys öz naşiri Riçardsona yazmışdı: «Hekayələrimdən zibil qutusunun iyi gəlməsi mənim günahım deyil. Belə fikirdəyəm ki, siz irlandları mənim hər şeyi olduğu kimi əks etdirən güzgümdə özlərinə baxmaq imkanından məhrum etsəniz, bütövlükdə İrlandiyada sivilizasiyanın inkişafını ləngitmiş olacaqsınız».