Yazıçılar kateqoriyası üzrə məqalələr

Kafka haqqında 10 fakt

1. Kafkanın gecə həyatı – Sığorta işində işləyən Kafka haqqında düşüncəmiz eynən belə idi: onun getdiyi yer ancaq evi ilə işinin arasıdır. Kafka müti bir əsgər kimi atasına tabe olurdu və işdən birbaşa evə gəlirdi. Amma sən saydığını say, gör fələk nə sayır. Kafka üçün həyat gecələr başlayırdı və bu gecələrdə tanış olduğu praqalı qızlar onun yorğunluğunu çıxarırdılar. Hər gün fahişəxanalara baş çəkən Kafkanın tənha, özünə qapanıq görünüşünün üstündən qalın bir xətt çəkir.

2. Yazmadan məşhurlaşan Kafka – Çoxumuz düşünürdük ki, Kafkanın əsərləri öləndən sonra çap olunub. Dostu Maks Brod onun vəsiyyətinə “xəyanət” edərək Kafkanı bizə tanıtdı. Amma bir maraqlı nüans var. Maks Brod elə Kafkanı sağlığında heç bir sətir yazmadan məşhurlaşdırmışdı. Franz Blei adlı birinin romanı haqqında tənqidi yazı yazıb və bir neçə məşhur yazıçının arasında Kafkanın da böyük bir üslubçu olduğunu deyib. Heç bir dəfə çap olunmayan biri üçün bu olduqca gözəl reklamdır.
Davamı →

Jül Vern haqqında 15 fakt

1. Jül Vern 1828-ci ildə Fransanın önəmli ticarət limanı hesab olunan Nants şəhərinin Feydau adasında dünyaya göz açıb. Beş uşağın ən böyüyü olub.

2. 19 yaşında ailəsinin istəyi ilə hüquq oxuyub atası kimi vəkil olmaq üçün Parisə gedir. Ancaq Jül Vern vaxtının çoxunu öz istəklərinə xərcləyirdi. Atası oğlunun bohem həyat tərzi yaşadığını və hekayə yazdığını öyrənəndə bir də ona pul göndərmir. Jül Vern vəziyyətin belə olduğunu görüb dolanışıq pulunu çıxarmaq üçün birja işinə girməyə məcbur olur.

3. Parisdə məşhur Viktor Hüqo və "Üç müşketyor«un müəllifi Aleksandr Düma ilə vaxt keçirməyə fürsət tapır. İki usta imzadan yazarlıq haqqında tövsiyələr alır. Viktor Hüqonun naşiri Pier Hitzel ilə tanışlığı isə həyatının ən önəmli anlarından biri olur.

4. 28 yaşında iki qız uşağı anası Honorine de Viane ilə evlənir. Dörd il sonra Maykl adında uşaqları olur.
Davamı →

Çexovun həyatı haqda heç bilmədikləriniz

Çexov və Çar
Çexov heç vaxt çar fərmanlarını oxumazmış, çar haqda filmlərə də baxmazmış, heç çarlar haqda kitabları da əlinə almazmış, bir sözlə çar onu zərrəcə də maraqlı deyildi. Elə çar özü də Çexovu sevməzmiş, nədən ki, Qoqolu oxuyanda gülürsən, Saltıkov-Şedrini oxuyanda yenə gülürsən, düzdür bir az qəzəb də yaranır, Çexovun da yazdıqları adamın üzündə təbəssüm yaradır, amma di gəl ki, onun həqiqətləri insanı elə dərin bir kədərə bürüyür ki, bu dünyadan başını götürüb qaçmaq istəyirsən. Buna görə də Çexovla Çar heç vaxt bir-biri ilə söhbət etməyiblər.

Çexov və xəstə
Günlərin bir günü Çexovun yanına bir xəstə gəlir, başlayır ki, dişim də ağrıyır, qarnım da ağrıyır, başım da ağrıyır, qabırğalarım da ağrıyır, oynaqlarım da ağrıyır, gözlərim qaralır, barmaqlarım isə taqətsizdir. Xəstəyə kömək etməkistəyən Çexov soruşur:
Davamı →

Emberto Eko: Həyatın qaydaları

Mən borsolino-papaqları ilə məşhur olan Alessandroda anadan olmuşam. İtaliya intelektuallar ölkəsidir kimi düşünmək lazım deyil. Mikelancelonun və ya Rafaelin əslən İtaliyadan olması hələ heçnə demək deyil.
Hər bir avropalı küçəyə çıxarkən orta əsr kilsələrini görür, ona görə də onlara orta əsrlər maraqlı deyil. İndianapolis — bu başqa məsələdir. Ən maraqlı məktubları belə yerlərdən alıram.

Başqa insanları qulaqlarından tutub kokos yeməkdən ayıra bilmədiyiniz kimi, məni də qulaqlarımdan tutub orta əsrlərdən ayıra bilməzsiniz.

Düşünürəm ki, əgər orta əsrlərdə yaşamış olsaydım çoxdan ölmüşdüm. Atam mühasib idi, onun atası isə tipoqrof idi. Atam ailədə 13 uşaqdan ən böyüyü idi, mən isə atamın ilk oğlu idim. Mənim də ilk övladım oğlan idi və analoji olaraq oğlumun da ilk övladı oğlan idi. Bunu nəyə gətirirəm? Əgər məlum olsa ki, Eko ailəsi Bizans imperiyasının törəmələridir, onda belə çıxır ki, mənim nəvəm dofindir (dofin- kral ailəsinin varisi).
Davamı →

Rus yazıçılarının soyadları hardan gəlir?

Lev Tolstoy
Bu soyadda vurğu ən qədim rus soyadlarında olduğu kimi son hecaya düşür. 1383-cü ildə İndros adlı litvalı Rusiyaya köçür. Onun nəticəsi Andrey 15-ci əsrdə Moskva knyazı Vasilinin ordusunda xidmətə başlayır. Knyaz bədən quruluşuna uyğun olaraq ona «Tolstoy» deməyə başlayır və bu, nəslin soyadına çevrilir. Böyük Pyotr, sədaqətinə görə, bu nəslin nümayəndəsi Pyotr Tolstoya qraf titulu verir.

Anton Çexov

Bu nəslin adının çex xalqı ilə heç bir əlaqəsi yoxdur. Qədimdə Rusiyada Çox, Çex (bəzən «чех» yazılıb «чёх» kimi tələffüz edilirdi) adları geniş yayılmışdı. Pravoslavlıqdan əvvəlki, yəni kilsədə verilməyən adlardan olub. Çox — «чихание» (asqırmaq) sözündəndir. Tez-tez soyuq dəyən, yaxud nəyəsə allergiyası olan və buna görə asqıran uşağa belə bir ad verilə bilərdi. Rusiyada Çoxov, Çexonin kimi eyni kökdən gələn soyadlar da var.
Davamı →

Çəmənzəminlinin sürgündən ailəsinə yolladığı yeganə məktub

Böyük yazıçı və ictimai xadim Yusif Vəzir Çəmənzəminli 1938-ci ildə repressiyaya məruz qalıb sürgünə göndərilir. Soyuq Qorki vilayətindəki həbs düşərgəsinə göndərilən ədibin səhhətindəki problemlər durmadan şiddətlənir. Onsuz da, repressiyaya qədər yaşadığı acınacaqlı həyatın ona “bəxş etdiyi” bir neçə xəstəlik var idi.

 Amma talesiz yazıçıya ən çox əzab verən isə ailəsinin müqəddəratından xəbərsiz qalması idi. Ailəsi ondan sonra xeyli çətinliklərlə üzləşir. Bir neçə şəhərdə yarıac-yarıtox yaşamalı olur. Amma bütün çətinliklərə baxmayaraq, ailəsi 1941-ci ildə Çəmənzəminliyə məktub yollaya bilir ki, həmin məktub yazıçı üçün böyük təsəlli mənbəyi olur. Ən azından ailəsinin sağ olmasını və bir damın altında yaşadığından xəbərdar idi. 

Ondan sonra Çəmənzəminli ailəsinə cavab məktubu yazır. Lakin məktub ailəsinə çatmır. Çünki həyat yoldaşı Bilqeyis üç azyaşlı oğlu ilə birlikdə məcburiyyət qarşısında qalaraq Bakını tərk etməli olur. Gənc qadın üç uşağını da götürərək qardaşı Fərhad Acalovun köməyi ilə əvvəlcə Qubaya, sonra isə Dərbəndə gedib bir müddət bu şəhərlərdə qalır. 1943-cü ildə Dərbənddən Bakıya qayıdan Bilqeyis xanım anası Kiçikxanımın evinə gəlir.
Davamı →

Anton Çexov ateist idimi?

Bu barədə fikir yürütmək üçün 3 mənbə var.
Bunlardan  birincisi  Chekhov haqda ən mötəbər memuarlardan birinin müəllifi Buninin xatirələridir.

Bunin yazır ki, Chekhov qələm yoldaşları ilə söhbətlərdə bir neçə dəfə ölümsüzlük, ölümdən sonrakı həyatın “cəfəngiyyat” olduğunu deyib. Amma Bunin qeyd edir ki, bir neçə dəfə də Chekhov-un bunun tam əksini – “Biz öləndən sonra heç bir halda izsiz-tozsuz yox ola bilmərik. Ölümsüzlük — faktdır” dediyinin şahidi olub.

İkinci mənbə Chekhov-un gündəliyidir. Yazıçının 1897-ci ilin fevralına aid qeydləri: “”Allah var” və “Allah yoxdu” fikirləri arasında nəhəng bir çöllük mövcuddur. Əsl müdriklər həmin yolu böyük əziyyətlər bahasına keçirlər.

Rus insanı isə bu qəti fikirlərin yalnız birini seçir. Bunlar arasında mövcud olan fikirlər onu maraqlandırmır. Buna görə də o ya heç nə bilmir, ya çox az şey bilir”.
Davamı →

Nobel nitqi | Qabriel Qarsiya Markes

London ilk şəhər divarını uzatmaq üçün 300 il sərf etdi, Roma 20 əsr boyunca qeyri–müəyyənlik içində yaşadı, bu gün sülhpərvər kimi tanınan İsveçrə XVI əsrdə muzdlu əsgərlər vasitəsilə Avropanı qana çalxaladı…

Magellanla birlikdə dünyanı dolaşan Florentina dənizçisi Antanio Piqafetta Amerikanın cənub sahillərinə səyahətindən bəhs edən, macəradan çox xəyalı xatırladan, son dərəcə səliqəli və dəqiq yol qeydlərinin müəllifidir.

Qeydlərdə o, göbəyi dal ayağında bitən donuzlar, caynaqsız quşlar gördüyünü yazır. Bu quşların dişiləri yumurtalarını erkəklərinin belində qoyurlar. Dilsiz qutanı xatırladan başqa bir quşun isə dimdiyi qaşıq formasındadır. Burada Piqafetta dəvəbədənli marallardan, qulaqları və başı qatırı xatırladan, at kimi kişnəyən hansısa əcaib məxluqdan da danışır. O, güzgü ilə ilk dəfə qarşılaşan patoqoniyalılardan yazır. Dənizçinin yazdığına görə, güzgüdə öz əksini görüb dəhşətə gələn bir nəhəng Patoqoniya sakini huşunu itirib.
Davamı →

Ziyalının mövqeyi | Jean-Paul Sartre

Ziyalını ziyalı edən xüsusiyyət, yaşadığı dövrün gərçəklərinə və ziddiyyətlərinə qarşı ortaya qoyduğu mövqedir.

Ziyalı tənhadır, çünki o, heç kimin göstərişi ilə işləmir.

Onun ziddiyətlərindən biri də budur — başqaları azad olmadıqca azad olmayacaqdır.

Sistemin hər insandan oğurladığı xüsusi məqsədləri var və özgələşmə hakim sinfə qədər yayıldığından, bu sinfin üzvləri belə, qeyri-insani məqsədlər üçün, əsasən mənfəət üçün işləyirlər.

Elə isə ziyalı özü və başqaları naminə bu ziddiyətlərə qarşı savaşan hər kəsin yanındadır.

Ziyalının işinin sadəcə beyninə həkk olunmuş ideologiya olduğu düşünülə bilməz. Əslində bu, həm onun ideologiyasıdır, həm orta sinfin bir üzvü olaraq, onun həyat tərzidir, həm də burnunun üstünə qoyduğu və arxasından dünyaya baxdığı bir cüt filtrli şüşədir.
Davamı →

Nobel nitqi | Knut Hamsun

Bu sayaq misilsiz səxavətin qarşısında nə demək olar? Ayaqlarım yerə toxunmur, sanki uçuram, başım hərlənir. Bu gün nəciblik və gözəllik yağışına bürünsəm də, mən həmişəki mənəm. Lakin ölkəmə verilmiş mükafat, bir dəqiqə əvvəl bu zalda səslənən dövlət himninin sədaları ayaqlarımı yerdən üzüb.

Bəlkə də ayaqlarımın yerdən üzülməyi birinci dəfə deyil. Xoşbəxt gənclik illərimdə də belə anlarım olub. Axı bu xoşbəxtlik heç bir gəncdən yan keçmir. Yox, bu hissi yalnız anadan qoca doğulmuş, ağlın başdan çıxmağının nə demək olduğunu bilməyən mühafizəkar gənclər dada bilməyib.

Tanrı şahiddir ki, belə fürsətlər sonralar da ələ düşür. Nə olsun? Nəticədə biz olduğumuz kimi qalırıq və şübhəsiz ki, bundan hər birimiz faydalanırıq.
Davamı →
Top