Həyat bir an kimidir
“Niyə məni tək buraxdın? Axı sonu belə olmamalıydı. Bilirəm, qayıdacaqsan. Və hər şey nikbin sonluqla bitəcək”, — yoldaşını bərk-bərk qucaqlayan Sofiya pıçıltı ilə danışır, olub-keçənlərlə barışmaq istəmirdi. Amma artıq çox gec idi…
Dəfn mərasimində Sofiya Rotaru saatlarla tabutun yanında oturdu. Ayrılıq ona ağır gəlirdi.
Sofiya Mixaylovna Yevdokimenko-Rotaru ailədə altı uşaqdan ikincisi idi. 1947-ci il avqustun 7-də Ukraynanın Çernovitsk vilayətinin Novoselsk rayonunda anadan olub. Atası Jdanov rayonunda üzümçülük kolxozunun sədri idi.
«Sonika, qalx, süfrəni açmağın vaxtıdır!» — Sofiyanı nə saatın zəngi, nə də günəşin pəncərədən düşən narıncı şüaları oyada bilirdi. Onu həmişə anası səsləyərdi. Balaca Sofiya narazılıq etmədən qalxar, süfrə açar və birlikdə nahar edərdilər. Nahardan sonra anası ilə bazara göyərti satmağa gedərdi.
Axşamlar çox vaxt dodağının altında xalq mahnılarından birini zümzümə edə-edə örüşdən qayıdan inəkləri sağar, südü götürüb böyük bacısı Zinagilə gedərdi. Keçirdiyi tif xəstəliyindən sonra Zinanın gözləri tutulmuşdu, odur ki, Sofiya kiçik bacı və qardaşlarına baxmaqla yanaşı, onun da qayğısına qalırdı. Birlikdə radioda rus mahnılarına qulaq asıb rus dilini öyrənirdilər.
Ədəbiyyat üzrə Nobel Mükafatını alan ilk qadın yazar Selma Lagerlöfdür. O, eyni zamanda Nobel mükafatı alan ilk isveçli yazardır.
O, bu mükafatı 1909-cu ildə “əsərlərini digərlərindən fərqləndirən yüksək idealizmə, aydın parlaq təхəyyülə və mənəvi təsir qüdrətinə görə” almışdır.
Əsl adı Selma Ottiliana Lovisa Lagerlöfdür. Selma Lagerlöf 20 Noyabr, 1858- ci ildə ölkənin cənubundakı Vermland əyalətində, Marbaka adlı fermada, istefaya çıхmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü olaraq dünyaya gəlmişdi. Selma üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalхa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. O dövrün tələblərinə görə evdə xüsusi təhsil almışdır. Nənəsindən dinlədiyi çoхsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözə bağlamışdır.
1882-ci ilin payızında Selma, atasının icazəsi olmadan Stokholmda müəllimlər məktəbinə girir. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdir. Təhsil aldığı müddətdə atası maddi sıxıntıya düşür və Marbaka ferması satılır. 1885-ci ildə atasını itirən Selma Lagerlöf həmən il, ailəsinə kömək məqsədilə Landskronda müəllimliyə başlayır. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilir.
Vermlandın təkrarsız mənzərələri, eşitdiyi хalq rəvayətləri Selmanı ilk romanını yazmağa ruhlandırmışdı. Hazır hissələr “İdun” jurnalının keçirdiyi müsabiqəyə göndərilmişdi. Jurnal onu sadəcə qalib kimi mükafatlandırmaqla kifayətlənməmiş, əsəri kitab şəklində çap etməyə hazır olduğunu da bildirmişdi.
İki cildlik romanı “Host Berlinq haqqında saqa”nı (Gösta Berlings Saga) bu dövrdə, 1891-ci ildə yazdı. 1924-cü ildə Mouritz Stillerin (Mauritz Stiller) bu roman əsasında ekranlaşdırdığı film, Lagerlöfun doğulub, boya başa çatdığı Vermland bölgəsinin ən parlaq dönəmini, o illərdəki həyatı, yaşamı göstərirdi.
Həmin tarixdə mətbuat orqanlarında belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.
Quru, ürəksiz informasiyalardan zəhləm gedir, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur. Bu dəfə də elə oldu.
Buzovnada sadə bir ailədə dünyaya gəlib Möminat xanım. Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundanmı, yoxsa xarakterinə görəmi Möminat hamıdan ərköyün və çılğın uşaq idi. Ona görə də orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən olan bu qız məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verəndə hamı bunu ərköyünlük kimi qarşıladı və reaksiya vermədilər. Dedilər ki, yəqin tezliklə həvəsdən düşüb özünə bir “düz-əməlli peşə” tapar.
Amma Möminatın bu ərköyünlüyü ötəri olmadı. Hələ orta məktəb illərində “7 oğul istərəm” filminə o qədər baxmışdı ki, filmi əzbər bilirdi. Cəlalın dedikləri dilindən düşmürdü. Cəlalın (Ənvər Həsənovun-red.) şəklini otağının divarından asmışdı. Hərdən bu rəsmlə söhbət edirdi. Ona demişdi ki, səninlə bir filmə çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələr, tənqidlər, təriflər qovluqda, Möminatın kitab dolabında layiqli yerdə dururdu. İllər keçəcək Möminat Qurbanova Ənvər Həsənovun evinə həmin qovluqla gəlin köçəcəkdi. Amma hələ ki, buna bir neçə il var. Hələ ki, Möminat institutun aşağı kurslarında oxuyur, Ənvər Həsənov isə ardıcıl kinolara çəkilir.
“Don`t do it, Di!” – 29 iyul 1981-ci ildə ingilis feministlərinin yaydıqları döş nişanlarının üstündə bu sözlər yazılmışdı.
Amma 20 yaşlı gənc Diana Kamilla və Çarlz haqqında gəzən şayiələrə əhəmiyyət verməyərək Çarlza ərə gəldi.
Diananı«Xalq şahzadəsi», "Ürəklərin şahzadəsi" və«Sülh qızılgülü» adlandırırdılar
Şahzadə Çarlz üçün həyat yoldaşı
Yəqin ki, kraliça II Yelizaveta oğlu üçün gələcək həyat yoldaşını heyvandarlıq üçün damazlıq heyvanı necə seçərlərsə, o cür ehtiyatla seçmişdi. Bu qız, təbii ki, təmiz ailədən olmalı, adı heç bir mübahisə və məhəbbət hekayələri ilə çirklənməmiş, tac daşıyacaq, ərinə tabe olacaq və tax-tac üçün varislər doğa biləcək məsum bir qız olmalı idi. Aydındır ki, Çarlzın incə hisslər bəslədiyi Kamilla 2 punkt üzrə Kraliçanın kriteriyalarına uyğun insan deyildi. Birincisi, ona görə ki, qızlıq familyası Şend olan xanım Parker-Boulz artıq o zaman evli idi, ikincisi, o hər zaman əmr etməyi sevirdi, tabe olmağı yox.
Ledi D və şahzadə Çarlz toydan əvvəl cəmi 13 dəfə görüşmüşdülər
Ledi Diana Spenserin namizədliyi ideal görünürdü – sakit, incə Dianayla evlənəcək Çarlzın heç bir problemi olmayacaqdı. Bunu ona həm anası, həm də məşuqəsi tövsiyə etmişdi. 33 yaşlı Çarlz ona yaxın qadınların məsləhətinə qulaq asaraqmı, oğlunun homoseksual olduğu haqqında söz-söhbət yaranacağından narahatçılıq keçirən atasının sözlərinə qulaq asaraqmı tezliklə Dianaya evlilik təklifi etdi. Təklif səhnəsi bir az əzik alındı. Sehirli sözləri eşidən Diana çox sevinmiş və bir neçə dəfə “Ser, mən sizi sevirəm” sözlərini təkrar etmiş (onun yerində olub kim sevinməzdi ki? Britaniya taxt-tacının varisi istənilən gənc qızın başını gicəlləndirə bilərdi. Onda 20 yaşlı gənc qızları yetkin kişilərdə cəlb edə biləcək xüsusiyyətlər vardı – bir az sirrlilik, soyuqqanlılıq, təcrid olunmuşluq). Çarlz daha ehtiyatlı idi və araya duman salmaq üçün “Kim bilir məhəbbət nədir?!”deyə cavab verməyə üstünlük verirdi. Ailə həyatı üçün əla başlanğıcdır, deyilmi? Xüsusilə də, nəzərə alsaq ki, toydan öncə bəy gəlini düz 13 dəfə görmüşdü. Sənin gələcək ərin kral ailəsinin qanının daşıyıcısıdırsa, çox şeyəmi göz yummaq olardı – Diana bunu yaşayıb görəcəkdi.
O, sözün əsil mənasında bir möcüzədir. Allah ona insanları maqnit tək özünə çəkmək kimi bir qabiliyyət verib. Onu “televiziya kraliçası” da adlandırmaq olar. 20 ildir ki, mavi ekranların ən çox sevilən siması olma statusunu heç kəslə paylaşmır. ABŞ prezidenti Barak Obamanın seçkilərdəki qələbəsinin əsas səbəbkarları arasında ön sırada durur. “Forbes” dərgisinin yaydığı məlumata görə, o, 20-ci əsrin ən zəngin qaradərili amerikalısı və Maykl Ceksonun ölümündən sonra dünyada tək qaradərili milyarderdir. “Forbes”in yazdığına görə, o, 2,7 milyard dollarlıq bir sərvətin sahibidir. Dərginin hazırladığı “dünyanın ən nüfuzlu 100 qadını” siyahısında isə o, Amerikanın 1-ci xanımı Mişel Obama, Kraft Foods qida məhsulları şirkətinin Baş Direktoru İren Rozenfelddən sonra 3-cü yerdədir. 25 illik televiziya aparıcısı və media maqnatı son 5 ildə 1.35 milyard dollar qazanıb. O, dünyanın ən nüfuzlu 100 qadını siyahısında ölkəsinin dövlət katibi Hillari Klintonu və Almaniyanın kansleri Angela Merkeli qabaqlayaraq, 3-cü sıraya yüksəlib.