O, ölkəsinin tarixində ilk QADIN baş nazir olaraq adını dünya tarixinə yazdı!
O, çağdaş dünyada dövlət başçısı olan ilk qadın idi!
O, üç dəfə ölkəsinin baş naziri olmaqla da yeni bir ilkə imza ataraq, adını dünya tarixinə yazdı!
O, həmçinin bir baş nazirin (Solomon Bandaraneykin) həyat yoldaşı, bir spikerin (Anura Bandaraneykin) anası, bir prezidentin (Çandrika Kumaratunqanın) anası olmaqla da adını tarixə yazmış bir lider, ictimai-siyasi xadimdir.
Bu qadın Sirimavo Bandaraneykdir. (Sirimavo Rattave Dias Bandaranaike)
1916-cı ilin 17 aprelində Şri-Lankada Radala ailəsində bir qız dünyaya gəldi. Sirimavo adı verilən bu qızcığaz ailənin altı uşağından ən böyüyü idi; onun dörd qardaşı, bir bacısı vardı. Dini-fəlsəfi dünyagörüş etibarı ilə Buddizmə (Budda təliminə) bağlı olan ailədə böyüyən Sirimavo 1940-cı ildə hökumət şurasının üzvü, Solomon Diasın oğlu Solomon Uest Ridqvey Dias Bandaraneyk ilə ailə həyatı qurdu. Əri Solomon Bandaraneykin qətlindən sonra Sirimavo Şri Lanka Azadlıq Partiyasının liderliyini öz əlinə aldı və bunu, nə az, nə çox, düz 40 il – həyatının sonuna kimi davam etdirdi. O, öncə senator oldu və 1956-cı il seçkilərində partiyasını liderliyə yüksəldi (daha doğrusu, liderliyini rəsmiləşdirdi).
1960-cı ilin yanvarında Baş nazir olan xanım Bandaraneyk, ölkəni 1977-ci ilə – məğlubiyyətə uğradılana kimi idarə etdi. O, məğlubiyyətə uğradılması azmış kimi, bundan üç il sonra – 1980-ci ildə, “hakimiyyətdən sui-istifadə” ittihamı ilə parlamentdən qovuldu və 7 il hökumətdə vəzifə tutmaq hüququndan məhrum edildi.
“Ölüm bizi ayırana qədər...”
…Adi günlərdən biri. Otaqda sakitlikdi. Döşəmədə uzanmış qadının pıçıltısı bu səssizliyi pozur: “Sevincdə və kədərdə, xəstəlikdə və sağlıqda...”. Dodağından qan damcılayırdı. Dilində qanın acı tamını hiss edirdi. “Ölüm bizi ayırana qədər...” — pıçıldaya-pıçıldaya dizləri üstə qalxdı. Evin açıq qalmış qapısından ərinin maşına necə mindiyini gördü. Çənəsinin dəhşətli ağrısını hələ indi-indi hiss etməyə başlamışdı. Əri yumruqla çənəsinə zərbə endirmişdi. Uitni çətinliklə də olsa ayağa qalxa bildi, üzünə soyuq kompres qoymaq üçün vanna otağına keçdi. Axı sabah konsertdir, elə etmək lazımdır ki, sabaha kimi üzündəki şişkinlik azalsın. Üzünün göyərmiş nahiyələrini isə vizajist qaydasına salar, axı bu, birinci dəfə baş vermirdi».
“Niyə boşanmırsan, Uitni?”, — bu sualı ona rəfiqələri tez-tez verirdilər.
— “Axı o səni döyür”. Bu sualların qarşılığında Hyuston dərindən nəfəs alır, sakit səs tonu ilə həmişə eyni cavabı verirdi: “Ailə qurarkən bir-birimizin gözlərinə baxaraq and içmişik. Kədərdə və sevincdə, xəstələnəndə və sağlığımızda...”.
Nefertiti haqqında heç kim heç nə bilmirdi. Onun sirri 1858-ci ildən sonra açıldı. I Dünya müharibəsi ərəfəsində, alman arxeoloqları Misirdə qazıntılar zamanı bir neçə qədim predmet tapıb, alman muzeylərinə tədqiqat üçün göndərdilər. Onların içində qutu kimi daş lövhə var idi. Berlində bu lövhə birdən-birə dönüb Nefertitinin büstünə çevrildi. Sən demə, bic arxeoloqlar şübhə doğurmasın deyə, büstü gümüşü kağıza büküb üstünü gipsləyiblər ki, diqqət çəkmədən onu Misirdən çıxarsınlar. Bu fakt aşkar olunan kimi böyük qalmaqal qopdu və almanlara Misirdə qazıntı aparmaq qadağan olundu. Amma, dəyərli sənət incisi, e.ə. XV əsrdə usta Tutmesin hazırladığı büst hər cür tərifə və qurbanlara laiq idi. Nefertitinin zərif, irəli çıxmış incə buxağı, sivri burnu, qeyri-adi uzun boğazı bəşəriyyətə yeni gözəllik etalonu gətirdi: Nefertiti gözəlliyi.
Düz 102 il əvvəl iyunun 9-da dünyaya bir qızcığaz gəldi. Hələ kiçik yaşlarında ona “uşaq” deyənlərə hirslənirdi. Fəlsəfi nəzəriyyəsinin əsasını elə o vaxtdan ətrafındakılara göstərirdi: “Mən mənəm!”.
Onu sevənlərlə yanaşı lənətləyənlər də oldu, anlamayanlar da, anlamaq istəməyənlər də… Hətta bəzi kişilər iddia etdilər ki, əgər bəşəriyyət Simona de Bovuarın dediklərini qəbul edərsə, elə bu bəşəriyyətin sonu deməkdir. Bir çoxları isə bunun tam tərsini daha ciddi arqumentlərlə sübut etdilər və edirlər…
Ona qarşı səsləndirilən bütün iddialar, əleyhinə söylənilənlər Onun düşüncəsi, fəlsəfi baxışı, əsərləri ilə sözün əsil mənasında inqilab etdiyi həqiqətini dəyişə bilmədi. İllər keçdikcə onu anlayanların sayı ilə yanaşı davamçıları da siyahı artdı. İllər adını tarixə yazmış bu qadının düşüncələri ilə bağlı müzakirə və mübahisələri unutdura bilmədi. Bu qadın əsərlərini böyük maraqla oxuduğum Simona de Bovuardır. Feminizmin anası!
“Sartrla qarşılaşanda hər şeyi qazandığıma inanmışdım. Onun yanında özümü təsdiq etməyə çalışarkən, uğursuzluğa düçar olmaq ehtimalım yox idi. İndi isə öz-özümə belə deyirəm: Xilasını başqa birində görmək, yıxılmağın ən kəsə yoludur.”
Xalqı üçün yaşayan, cavan yaşında ölən, cəsədi 16 il gizlədilən əfsanəvi Birinci Xanımın film kimi həyatı...
Evita – yəni Eva Peron haqqında çəkilən və baş rolda Madonnanın oynadığı filmi ilk dəfə — illər öncə seyr edərkən göz yaşlarımı tuta bilməmişdim. İllər öncə deyirəm, ancaq nə gizlədim, elə sonralar da, bu gün də o filmə həyəcansız baxa bilmirəm: yaş ötdü, həyəcan ötmədi...
Həmin filmdə Madonnanın səsləndirdiyi və Evitanın Argentina xalqına müraciətlə oxuduğuna inanılan, filmin özündən də məşhur olan “Argentina, mənə ağlama”( Dont Cry for Me Argentina) adlı mahnı isə bu gün də ən sevdiyim mahnılar arasındadır. O, çox gənc yaşlarında, təxminən 30 yaşında dünyasını dəyişsə də, yüzlərlə əsər üçün ilham qaynağı oldu. Bu, dünya tarixində çox nadir insanlara qismət olan bir xoşbəxtlikdir. O, 1976-cı ildə — ölümündən sonra “Evita” adlı müzikllə beynəlxalq populyar kültürə də daxil oldu.
Sevgilisi can verəndə 60 yaşlı İmperatriçə onun başını dizinin üstünə alıb zar-zar ağlayırdı…
Bu qadının adı hətta, duzlu sözləri və məzəli hərəkətləri ilə məşhur olan sevimli şairimiz Hüseyn Ariflə bağlı lətifələrin birində də çəkilir. Deyirlər, Rusiyada saysız-hesabsız eşq macəraları yaşadığı barədə həvəslə gopa basan Hüseyn qağaya hansı şəkli göstərirmişlərsə, deyirmiş “o qadın mənim sevgilim olub”. Axırda cavan şairlərdən kimsə Hüseyn Arifə XVIII əsrdə yaşamış bu qadının şəkilini göstərir. Hüseyn qağa əsl Don Juan ədasıyla əlini yelləyib cavab verir: “Eh, bununla o qədər kef çəkmişəm ki...”.