Beyonce Giselle Knowles – hamı onu qısaca olaraq Beyonse çağıır. Məşhur müğənni, bəstəkar, aktrisa, rəqqasə, dizayner olan Beyonse 1981- ci il sentyabrın 4-də ABŞ-ın Hyuston şəhərində dünyaya gəlib.
Robin Rihanna Frenty 1988-ci il fevralın 20-də ABŞ-da yerləşən kiçik bir ada ölkəsi olan Barbadosun Saint Michael bölgəsində anadan olmuşdur. Rihannanın ailəsi 5 nəfərdən ibarətdir — anası Monica Frenty, atası Ronald Frenty və özündən kiçik qardaşları olan Rorrey və Rajad. Rihanna Charles F.Broome Memorial məktəbini bitirib. Daha sonra ölkənin məşhur məktəblərindən birinə — Combermere məktəbinə daxil olur. Sonralar iki sinif yoldaşı ilə orada ilk musiqi qrupunu yaradır.

Məşhur skripkaçı, bəstəkar,oranjemançı Vanessa Mey məşhur skripkaçı Nikolo Paqanini ilə eyni gündə, lakin 196 il sonra, 27 oktyabr 1978 – ci ildə Sinqapurda dünyaya gəlib, 4 il Sinqapurda yaşadıqdan sonra atası ingilis olduğu üçün Londona köçürlər.
Karyerası: Aktrisa Amerikalı aktrisa gözəl olmaqla yanaşı, müdrik, təvazökar və cazibədardır. Əlbəttə ki, istedadlıdır, lakin Hollivudda istedadlar çoxdur, təvazökarlar isə barmaq sayıdır. Enn isə başqa məsələ, o təmizdir, sadədir...
“Taleyim mənə qarşı çox səxavətlidir, onun mənə bəxş etdiklərini korlamaq istəmirəm” – aktrisa yüzüncü kərə bu kəlmələri işlətməkdən yorulmur...
O, Hollivudun təravətli simasıdır. İri gözləri, hissiyyatlı qalın dodaqları… Hər hərəkətində bir kübarlıq, bir incəlik var. Təbəssüm – saatlarla güzgü önündə məşq edilmiş təbəssüm deyil — təbiidir, uşaqcaşına təbii… Bu xanım sanki işıq saçır… O, daha qapalı, daha gizli, daha özündənrazı ola bilərdi. Lakin bu zaman da o, indiki Enn Heteuey olmazdı...
Culiya Robertsə bənzəmək...
Onu ulduzların şəxsi həyatı heç vaxt maraqlandırmayıb, daha dəqiq desək, onların kiminlə yatması, hansı plastik əməliyyat etməsi və s… Enn sadəcə, uşaqlıqdan kinonu sevib və “Gözəlçə”dəki Culiya Robertsə bənzəməyi arzulayıb. O qədər çox arzulayıb ki, nəticədə, bu gün Ennin xarici görünüşünü və mimikalarını məhz Culiya Robertsə bənzədirlər. Culiya ilə yanaşı,Heteueyi eleqant, təkrarolunmaz Odri Hepbernə də bənzədirlər. Enn etiraz etmir...
Enn Heteueyin adı və soyadı Şekspir mütəxəssislərinin bu dahi dramaturqun bioqrafiyasını yenidən nəzərdən keçirməyə məcbur edir. Axı Şekspirin həyat yoldaşının adı da məhz belə idi. Bütün həyatı boyu Enn İngiltərəyə, buranın adət-ənənəsinə və teatrına maraq göstərib.
Uşaq ikən Enn teatr dərnəklərinə gedir, tez-tez kinosınaqlara qatılırdı. Məktəbi bitirdikdən sonra Brodveydəki tamaşalarda uşaq rollarını oynamağı arzulayırdı. Ancaq teatr prodüserləri onun uşaq rollarını oynamaq üçün çox hündür olduğunu, yaşca böyük rolları canlandırması üçün də çox gənc olduğunu hesab edirdilər. Lakin gələcək aktrisa həvəsdən düşmür və bir neçə serialda çəkilir,daha sonra isə “Şahzadənin gündəliyi” filmi üçün sınaqlara qatılır və rola təsdiq edilir.

Mariya Sibilla Merian ilk qadın entomoloqdur (Entomologiya — zoologiyanın həşərat, böcəklər bəhsi) 1647-ci ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. 3 yaşında atasını itirib. 1651-ci ildə anası Mariyanı rəsm çəkməyə cəsarətləndirən natürmort rəssam Cakob Marrel ilə ailə qurur.
Şöhrəti bu gün də azalmayan, hələ sağlığında rus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova yaradıcılığı ilə yanaşı öz faciəvi taleyi ilə məşhurdur.