1. Fransa IX – XI əsrlərdə
Fransız dövlətinin əsasını 843-cü il Verden müqaviləsi qoymuşdur. 855-ci ildə Lotarın ölümündən sonra onun krallığı parçalanır: onun böyük oğlu Ludovik imperator titulunu saxlayır və İtaliya krallığını özünə götürür. Ortancıl oğul Karla Cənub – Şərqi Qalliya ərazisi keçir və bu torpaqlar Provans krallığını (Burqundiya) təşkil edir; kiçik oğul Lotar isə Lotaringiyaya sahib olur. Keçmiş Frank dövlətinin ərazisi Böyük Karlın varislərinin ümumi vərəsəsi sayılmağa davam edirdi və bu varislərin hər hansı birinin vəfatı ilə sərhədlər yenidən bölünürdü. Qərbi Frank krallığı isə VIII əsrin sonunadək Berden müqaviləsi ilə müəyyən olunmuş sərhədlərdə (Şelda, Maas və Rona çaylarından qərbə) qaldı və sonralar Fransa adlanmağa başladı. Fransa krallığı etnik baxımdan mürəkkəb bir qururm idi. Ölkənin cənub – qərb ucqarında – Qaskonda Basklar, şimali – qərb ucqarında – Bremenda keltlər, şimalda – Flandriyada germandilli Flamondlar yaşayırdılar. X əsrin əvvəllərində Senanın aşağı axarlarını normanlar ələ keçirir. Qalan ərazilər romandilli idi və əsasən iki xalq – şimali fransız (provansal) xalqı məskunlaşmışdır. Onların arasında şərti sərhəd Puatye – Luon xətti idi.