Bir kişi yumurtanın onunu 10 qəpiyə alıb 9 qəpiyə satırdı.Tanışları bu qəribə alverin məqsədini soruşarkən o,cavabında deyir:
Azərbaycan dilində tez-tez istifadə edilən məsəllərdəndir. Bu məsəldən, əsasən, hörmət, ehtiram bildirmək, izhar etmək lazım gəldiyi vaxt istifadə olunur. İlk baxışdan hiss olunur ki, məsəl iki hissədən ibarətdir və məsəlin ikinci hissəsi birinci hissəsi ilə qarşılaşdırılır. Bu onunla bağlıdır ki, məsəlin birinci hissəsində (Yol böyüyün) işlənən böyük sözü ilə, ikinci hissədə (Su kiçiyin ) işlənən kiçik sözü bir- biri ilə antonimdir.
Müflis düşmüş bir tacirin çox adama borcu olduğundan borc sahibləri hər gün onun qapısını kəsdirir,abrını tökürdülər.Borcunu geri almağa gəmiş adamlardan biri tacirə faydalı məsləhət verərək deyir:
-Borcunu istəməyə gələnlər səndən nə soruşsalar “hə?” cavabı ver.Axırda səni dəli hesab edib öz borclarından əl çəkəcəklər.Hamısı ilə bu minvalla haqq-hesabı çürütdükdən sonra mənim pulumu özümə qaytararsan.
Bir xəstəni yoxlamağa gedən kar,qulağının ağır eşitdiyini nəzərə alaraq öz verəcəyi sualları və təqribən alacağı cavabları əvvəlcədən fikirləşib öz-özünə düşünür: «Mən xəstəni yanına girib salamlaşdıqdan sonra ondan özünü necə hiss etdiyini soruşacağam.Yəqin ki,o vəziyyətinin yaxşı olduğunu söyləyəcək.Mən cavabında: „olsun-olsun,şükür Allaha,bəs sənin yanına hansı həkim gəlib-gedir?“ deməliyəm.Sözsüz ki,o həkimin adını çəkərkən mən „qədəmi xoş olsun,əli yüngül olsun!“-deməliyəm.
Minbərə çıxaraq nə deyəcəyini bilməyən Molla üzünü camaata tutaraq soruşur:
-Camaat,heç bilirsiniz,sizə nə deyəcəyəm?
-Məsciddəkilər bir ağızdan “xeyr,bilmirik” cavabı veririlər.
Molla deyir:
-Madam ki,bilmirsiniz,daha mən sizə nə deyim,dağılın gedin evinizə!
Hazırda ölçülərin düzlüyünü yoxlayan və onun dəqiq olmasına nəzarət edən xüsusi müəssisələr vardır.Lakin qədimdə belə deyildi,sabit ölçü yox idi,həm də işlədilən vahid ölçülər də dəqiqləşdirilməmişdi.Məsələn belə ölçü vahidlərindən biri arşın idi. "Ərzin"-farsca qolun dirsəkdən barmaqların ucuna qədər olan hissəsinə deyilir.Bədənin bu hissəsindən uzunluq ölçüsü kimi istifadə edirdilər.
Bu məsəl tam şəkildə aşağıdakı dörd misralı şeirdən ibarətdir:
Bağda ərik var idi,
Salam-əleyk var idi,
Bağda ərik qurtardı,
Salam-əleyk qurtardı.
Kəndlinin evinə oğru gəlir.Ev yiyəsi duyuq düşüb oğrunu tutur,onun ayaqlarını bağlayıb zirzəmiyə salır və polis idarəsinə xəbər verməyə gedir.Orada əhvalatı olduğu kimi danışır.Polis məmuru soruşur:
-Oğru haradadır?
Kəndli oğrunun zirzəmidə olduğunu söyləyir.
İki qalayçı kənd-kənd gəzib qab qalaylayırmış.Onlardan biri işini tez qurtarır və o biri yoldaşından tez başqa kəndə yola düşür.Çöldə qoyun otaran çobana rast gəlir.Çoban onun qalayçı olduğunu öyrəndikdə,doğramac yemək üçün yanında saxladığı taxta tabağı qalayçıya verib onu qalaylamağı tələb edir.Qalayçı nə qədər etiraz edib söyləyirsə də,bir nəticə vermir.Nəhayət çobanın əlindən xilas olub qaçmaq istədikdə çoban onu tutur,boynunu qolları arasına salıb sıxmağa başlayır.