Hökmdarlıq edən birinin çox gözəl bir bağçası vardı. Rəngarəng çiçəklərlə təchiz edilmiş, tam bir zövq və səfa yeri idi. Bir gün hökmdar sarayın bağçasına gəldi. Hökmdar bağbanı bir bəhanə ilə bağçadan kənara göndərdi. Və bağbanın zövcəsinə dedi ki :
— Bağçanın qapılarını bağla. Heç bir qapı açıq qalmasın
Qadın, ağıllı və namuslu idi. Hökmdarın pis niyyətini yerindəcə anladı.
Peyğəmbərimiz (s.a.v.), bir gün məsciddə səhabələriylə birlikdə oturarkən, adı Hallad olan, yeni öyrənmiş bir bədəvi şəxs içəri girdi. Rüku və səcdəsini tam etmədən bir namaz qıldı.
Sonra Peyğəmbərin (s.a.v) hüzura gələrək salam verdi. Rəsulullah (s.a.v) salamını aldı və.
— Dön namazını təkrar et, buyurdu.
O şəxs dönərək, əvvəlki etdiyi kimi namazını təkrar etdi. RəsulALLAH (s.a.v.),
— Dön təkrar et; çünki sən, namaz qılmadın!, buyurdu.
Bu hal üç dəfə təkrar edincə Hallad (r.a.) :
— Ya Rəsulullah! Səni haqq ilə göndərən ALLAHa and olsun ki, ancaq bu qədər bilirəm, doğrusunu mənə öyrədərsənmi? dedi.
Peyğəmbərimiz (s.a.v.):
— Namaz qılmaq istəyincə gözəlcə dəstəmaz al, qibləyə dön, iftitah təkbirini et, bacara bildiyin qədər Quran (surələrdən) oxu, sonra rükuya gedib lazımı qədər dayan. Sonra başın tamamilə dik olana qədər ayaqda qal, sonra səcdəyə gedib lazımı qədər səcdədə qal, başını qaldırıb hərəkətsiz qalana qədər otur. Bunları bütün namazlarda beləcə etsən namazın tam olar, bundan nəyi azaltsan namazı azaltmış olarsan, buyurdu."
Xarici olkələrin birində universitet bitirmiş savadli bir gənc vətəninə ateist olaraq dönür. 3 sualina heç kimsə tərəfindən cavab tapmayan genc bir qocaya yaxınlaşıb deyir:
-Qoca sənə 3 sualim var. Onlara cavab vere bilersənmi?
Qoca:
-Inşaallah verərəm.
Gənc:
-Mən bu suallari alimlərə belə vermişəm, amma cavab verə bilməyiblər. Sen savadsiz bir qoca nece cavab vereceksen?
Qoca bir daha: