İslami Hekayətlər kateqoriyası üzrə məqalələr

Qeybət

Peyğəmbərimiz bir gün səhabələrinə oruc tutmağı əmr edərək :

— Mən icazə vermədən heç kəs orucunu açmasın — deyə buyurur.

Hər kəs oruc tutur. Axşam tək- tək müraciət edənlərə Peyğəmbərimiz iftar icazəsini verir. Bir adam gəlib deyir :

— Ya Rəsulallah, iki gənc qız oruc tutublar və yorulublar. Özləri gəlməyə utanırlar. İcazə versəniz, iftarlarını açardılar.

Rəsuli- Əkrəm (s.ə.v ) icazə vermədi. Kişi iki dəfə gəldi. Rəsulallah dedi :

— Onlar oruc tutmadılar. Bütün gün bir- birinin ətini yeyənlər necə oruclu olurlar ?! Get onlara de. Əgər oruc tutdularsa istifra etsinlər baxaq.

Kişi gedib lazım olanları deyir. Onlar da deyiləni etdi və qan laxtası qusdular. Kişi Rəsulallaha vəziyyəti bildirdi.

Peyğəmbərimiz ( s.ə.v. ) :

— Allaha and içərəm ki, əgər qusmayıb bu qan laxtaları mədələrində qalsaydı, yerləri cəhənnəm atəşi idi.

 

Davamı →

İki qardaş

İki müsəlman qardaş yaşayırdı, hansı ki, ALLAHa görə bir-birini çox sevirdilər və bir-birini lovğalıqda deyil, xoş işlərdə ALLAHın razılığını qazanmaq üçün yarışardılar..

Nə vaxt bir qardaş o biri qardaşın oruc tutduğunu bilərdisə, o 3 gün daha oruc tutardı, və bunu bilən digər qardaş yenə oruc tutduğu günlərin sayını artırardı… Bunu bilən qardaş bir gündən bir oruc tutaraq qardaşını qabaqlayardı..
… və hər dəfə onlar bir-birinin xoş işləri haqqında xəbər tutanda, onlar ALLAHın razılığı üçün daha böyük yaxşılıqlar etməyə çalışardılar..

Zaman yetişir müharibə başlayır..Cihad vaxtı gəlib çatanda qardaşlardan biri kafirlərə əsir düşür..Kafirlər ona işgəncə verən zaman isə qardaş göz yaşları tökərək gülməyə başlayır..
Bunu görən kafir qardaşa:
— Biz sənə işgəncə veririk sən isə gülürsən..Bu vəziyyətdə səni nə əyləndirir axı ?!

Qardaş cavabında:
— Nəhayət ki, mən qardaşımı qabaqladım, mən şəhid öləcəyəm inşALLAH! — dedi..

Kafir ona cavab verdi:
— Bu müsəlmanlıq haqda nədi başa düşə bilmirəm...Sən artıq ikinci müsəlmansan ki, hansı ki, eyni sözü olduğu kimi mənə təkrar dedi..

Davamı →

Cənnət və Cəhənnəm

Cənnət və cəhənnəm əhlinin vəziyyəti haqqında misala oxşar belə bir rəvayət danışırlar. Deyirlər, bir nəfər dua edib Allaha yalvarır ki, ilahi, mənə bu dünyada cənnəti və cəhənnəmi göstər. Görüm oradakıların vəziyyəti necədir, cənnətin ləzzəti və cəhənnəmin əzabı nədən ibarətdir?

Allah bu adamın duasını qəbul edir. Onun gözləri qarşısında iki qapı görünür. Adam bu qapılardan birinə yaxınlaşıb açır. Görür ki, qapının o biri tərəfindəki otağın ortasında iri bir miz var. Mizin üstünə xörəklə dolu böyük bir boşqab qoyulub. Xörəkdən gələn ətir onun çox dadlı olduğundan xəbər verirdi. Mizin ətrafına acından üzülmüş xeyli arıq adam toplaşmışdı. Xörəyin dövrəsində dairə vurub oturmuş adamların hər birinin əlində uzun qaşıq vardı. Hər kəsin qaşığı onun qoluna bitişmişdi. Qaşıqların dəstəsi çox uzun olduğu üçün, hər kəs oturduğu yerdən rahatlıqla öz qaşığını xörəklə doldura bilirdi. Amma sonra yeməyi agızlarına qoya bilmirdilər, çünki qaşığın dəstəsi uzun idi. Beləcə, bu adamların heç biri yeməkdən bircə qaşıq da yeyə bilmirdi, uzaqdan xörəyə baxa-baxa qalmışdılar.

Allahdan həmin adama nida gəldi: “Cəhənnəmin mənzərəsini gördün. Indi cənnətə də bax”. Adam ikinci qapını açdı. Burada da oxşar mənzərə ilə rastlaşdı. Yenə otağın ortasına böyük bir miz, onun üstünə dadlı xörəklə dolu iri boşqab qoyulmuşdu. Mizin ətrafında dövrə vurub oturanların da qoluna bitişik uzun qaşıqları vardı. Amma bu adamlar o birilər kimi arıq deyildilər, ac görünmürdülər. Deyib-gülür, sevinirdilər, bədənləri də kök və sağlam idi. Adamı əvvəlcə heyrət bürüdü. Əgər hər şey o biri otaqdakının eynidirsə, bunlar hansı yolla xörəyi yeyirlər? Axı uzun dəstəli qaşığı ağızlarına aparmaları qeyri-mümkün idi.

Davamı →

İtirdiyimiz savablar

 

Həzrət Əlinin (ə) məşhur bir kəlamı var: “İnsanlar Allaha üç səbəbdən ibadət edirlər. Bir qisim Allaha cənnət təmənnası ilə ibadət edir; bu, tacirlərin ibadətidir. Başqa bir dəstə Allaha cəhənnəm qorxusundan ibadət edir; bu, kölələrin ibadətidir. Nəhayət, bir dəstə də Allahı ibadətə layiq bildiyi üçün şükr niyyətilə Ona ibadət edir; bu isə hürr adamların ibadətidir”.

Əlbəttə, ən yaxşı ibadət bunların üçüncüsüdür. Bu mərtəbəyə çatan adam özünü xoşbəxt saya bilər. Amma gəlin etiraf edək ki, heç də hamımız bu məqama çatmamışıq. Hələ də bir çoxlarımız, hətta əksəriyyətimiz ibadəti ya cənnət qazanmaq, ya da cəhənnəm əzabından qurtulmaq niyyəti ilə yerinə yetiririk. Indiki zamanda buna da min şükür. Ömründə bir dəfə də olsa üzü qibləyə səcdə etməməkdənsə, halalı-haramı vecə almamaqdansa, tacir ya kölə ibadəti etmək yenə yaxşıdır. Amma bunu da qaydasında etmək lazımdır.

Biz nə edirik? İbadət edənlərin böyük bir qismi sadəcə olaraq savab toplamaqla məşğuldur. Özümüz üçün limit təyin etmişik – Allahın əvəzinə. Filan qədər savab toplasaq, sanki cənnətə düşməyimiz təminat altındadır. Savablarımızı hesablayırıq, amma günahlarımızdan xəbərimiz yoxdur. Günahlarımız gözümüzdə kiçik görünür. Daha doğrusu, şeytan bizim günahlarımızı gözümüzdə kiçik göstərir. Bu, şeytanın sevimli üsuludur. Axı insan özünə qarşı zalım və cahildir. İçimizdəki özünübəyənmə, təkəbbür, bəhanəçilik hissləri cövlana

Davamı →

Allahın Bitməyən mərhəməti

 Vəhşi, Hz. Həmzənin Bədir döyüşündə öldürdüyü Tuaymənin qardaşının oğlu olan Cübeyr bin Mutimin köləsi idi. Həbəşli olduğu üçün, əl ilə ox və nizə atmaqda usta idi. Uhud döyüşündə, Cübeyr ona demişdi: Həmzəni öldürsən səni azad edərəm! Daha o zamanlar müsəlman olmaqla şərəflənməmiş olan Əbu Süfyanın xanımı Hind də, atasının və əmisinin intiqamını almaq  üçün, Vəhşiyə mükafat vəd etmişdi. Vəhşi, Uhudda daş arxasına pusquya girib, yalnız Hz. Həmzəni güdürdü. Hz. Həmzə səkkiz kafiri öldürüb, hücum edərkən, Vəhşi nizəsini ataraq, onu şəhid etdi. Sonra, gedib vəziyyəti Hində xəbər verdi. Hind sevinib üzərindəki zinət əşyalarının  hamısını Vəhşiyə verdi.Uhud döyüşündə Peyğəmbərimiz bir neçə kafirə bəd dua etmişdi. «Vəhşiyə nə üçün lənət etmirsən» dedikdə, buyurdu ki:

Davamı →

Namaz haqqında hekayə

Qiyamət qopmuşdu.Qeyri-adi bir izdiham var idi.Hər yer insanlarla dolu idi.Kimisi çaşqın-çaşqın ətrafına baxır,kimisi sağa-sola qaçır,kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdilər.
Sanki,ürəyi yerindən çıxacaqdı.Soyuq tər basmışdı.Dünyada ikən qiyamət,sorgu-sual və tərəzi haqqında çox şey eşitmişdi.Ancaq məhşər meydanındakı ürpərti,qorxunun bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi.Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı.Növbə ona gəlib çatmışdı.Onun adını çəkmişdilər.Təşviş içində sağa-sola baxır.Dodaqları titrəyə-titrəyə:
-Məni çağırdınız? — deyir.
İzdiham birdən aralanır,qarşısında bir yol açılır.İki nəfər qollarına girir.Bunlar məşhər meydanının xidmətçiləri idi.İzdihamın arasından çaşqın baxışlarla keçir.Meydanın mərkəzinə gəlirlər.Xidmətçilər yanından uzaqlaşırlar.Başı önünə əyilir...Bütün həyatı gözlərinin önündən gəlib-keçir.Öz-özünə:
Davamı →

Maraqlı elmi mübahisə

İmam Sadiqlə (ə) hindistanlı bir nəfərlə tibb barədə söhbəti.

Günlərin birində İmam Sadiq (ə) Mənsurun məclisinə gəldi, onun yanında Hindistandan biri var idi və tibbi kitablar oxuyurdu. İmam Sadiq (ə) ona qulaq asdı. Eləki, hindistanlı kişinin oxunuşu sona çatdı, İmam Sadiqə dedi: Ey Əbu Əbdullah! Mənim yanımda olanlardan bir şey istəyirsən?

Buyurdu: Yox. Sənin yanında olandan daha yaxşısı mənim yanımda var.

Soruşdu: O nədir?

Buyurdu: İstini soyuqla, soyuqu isti ilə, qurunu tər ilə, təri quru ilə dərman edirəm. Və işi bir dəfəlik Allaha tapşırıram. Peyğəmbərin buyrduğunu əncam verirəm. Bilirəm ki mədə bütün dərdlərin evi və pəhriz etmək təkcə dərmandır. Bədəni onun ünsiyyət tutduğu şeyə adətləndirirəm.

Hindistanlı kişi dedi: Bəs tibb bundan başqa bir şeydirmi?

İmam Sadiq (ə) soruşdu: Bəs güman edirsən ki, tibbi kitablardan bir şey öyrənmişəm?

Davamı →

İbrətamiz hekayələr

Cəhənnəmdən qurtaran vəsiyyət

Bir gün Abbasi xəlifəsi Məmunun əyanlarından biri onun üçün belə bir əhvalat danışdı:
Qonşuluğumuzda dindar bir kişi yaşayırdı. Heç kəsin haqqına təcavüz etməz, əlinin zəhməti ilə ruzi qazanardı. Halal yolla bir qədər sərvət əldə etmişdi. Amma oğlu çox təcrübəsiz və bədxərc idi, pis adamlarla durub-otururdu. Kişi öləndə oğlunu yanına çağırdı və ona bu cür vəsiyyət etdi:

“Oğlum, mən ömrüm boyu zəhmət çəkib bir az pul toplamışam. Onları sənin üçün irs buraxıram. Vəsiyyətim budur ki, bacardığın qədər pis dostlardan uzaq ol, israf etmə, malının qədrini bil. Amma inanmıram ki, bu vəsiyyətimə əməl edəsən. Çünki sənin iradəsiz və bədxərc olduğunu bilirəm. Bilirəm ki, mən öləndən sonra oturub-durduğun adamlar sənin ətrafına toplaşacaq, sərvətini yeyib-dağıdacaq, axırda səni quru yer üzərində qoyacaqlar. Köməyə ehtiyacın olan vaxt isə heç kim sənə yaxın durmayacaq.

Davamı →

Şeytanın duası

   Gecənin qaranlıq vaxtı idi.Bütün insanlar və qarışqalar yuvalarında yatırdılar.

   İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında,əbədi sükutunda tənhalıq yuxusunda idi.Qərib bir bürkü var idi.Bu şəhərin yuxusunda qərib bir hürkü var idi.

  Bu şəhərin gündüzləri bər-bəzəklə bəzənən,süslənən,daranan,gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi.Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi.Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət edəməzdi.

  Cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu.

Davamı →

Dini və ibrətli hekayə...

İsrail övladından bir kor, bir cüzamlı, bir də keçəl adam olur.
Allah onları imtahan etmək istəyir və onlara mələk göndərir. 
Mələk cüzamlıdan soruşur:
— Sən ən çox nə arzu edərdin?
Cüzamlı:
— Yaxşı dəri rəngim olsun, çünki insanlar məndən iyrənir — deyir.
Mələk ona toxunur və o sağalır, sağlam və yaxşı rəngli dəriyə malik olur. Mələk yenə soruşur:
— Hansı əmlakının olmasını istərdin?
Cüzamlı:
— Dəvəm olmasını istərdim — deyir.
Davamı →
Top