Təzə-təzə imana gələn, ibadət edən gənc bir gün ürəyinin təlaş içərisində olduğunu görərək deyir:
— Niyə bu qədər təlaşlısan? Bunun səbəbi nədir?
— Mən təzə imana gəlmişəm, hidayət olunduqdan sonra azğınlığa düşməkdən qorxuram!-dedi ürək.
— Ya Bari! Ruhum Sənin əlindədir, bədənim Sənə əmanətdir, yoxluqda tərk etmə məni, qaranlıqda buraxma məni, çirkinliyə daldırma məni, gözəl et hər halımı. — deyə gənc dua etməyə başladı.
Qiyamət qopmuşdu.Qeyri-adi bir izdiham var idi.Hər yer insanlarla dolu idi.Kimisi çaşqın-çaşqın ətrafına baxır,kimisi sağa-sola qaçır,kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdilər.
Sanki,ürəyi yerindən çıxacaqdı.Soyuq tər basmışdı.Dünyada ikən qiyamət,sorgu-sual və tərəzi haqqında çox şey eşitmişdi.Ancaq məhşər meydanındakı ürpərti,qorxunun bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi.Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı.Növbə ona gəlib çatmışdı.Onun adını çəkmişdilər.Təşviş içində sağa-sola baxır.Dodaqları titrəyə-titrəyə:
-Məni çağırdınız? — deyir.
Rəsulu Əkrəm (s. a. v) hər zamanki kimi məclisində oturmuş və dostları da ətrafında halqa şəklində, onu bir üzük kimi ortaya almışlardı. Bu vaxt köhnə paltarlı kasıb bir müsəlman qapıdan içəriyə girdi. İslami adətlərə görə hər kəs hər hansı mövqedə olursa olsun bir iclasa girincə harada boş yer tapsa dərhal oraya oturmalıdır. ‘Mənim canım buranı istəyir' fikiriylə xüsusi bir yerə oturmaq lazım deyil. O adam ətrafına baxdı və boş bir yer tapdı; getdi oraya oturdu. Təsadüfən zənginlərdən birinin yanına oturmuşdu. Zəngin adam paltarını yığaraq ondan bir az uzaqlaşdı. Bu hərəkətləri izləyən Rəsulu Əkrəm (s. a. a) ona dönərək:
— Kasıblığından sənə bir şey keçər deyəmi qorxdun?
Bu hədisi dəfələrlə oxumuşam. Əminəm ki, çoxları oxumamış olmazlar. Amma yenə də icazənizlə hikmətlə dolu olan, uca Allahın nə qədər biz bəndələri sevdiyini, necə rəhman və rəhim olduğunu göstərən bu hədisi sizlərə təqdim edim.
Əbu Səid (r.a) rəvayət edir:
«Rəsulullah (s.a.s) buyurdular ki:
Sizdən əvvəl yaşayanlar arasında 99 adamı öldürən bir adam vardı. Bir ara yer üzünün ən məlumatlı adamını soruşdu. Ona bir rahib məsləhət edildi. Onu axtarıb tapıb, doxsan doqquz adam öldürdüyünü, özü üçün bir tövbə imkanının olub olmadığını soruşdu.