İki yüz il bundan əvvəl yaşamış mərhum müctəhid Şeyx Cəfər Kaşifül-qita o qədər böyük şöhrətə malik idi ki, onu “şeyxi-kəbir” (böyük şeyx) deyə çağırırdılar. Kaşifül-qita kasıbların yardımçısı kimi tanınırdı.
Onun əqidəsi bu idi ki, Allah-təala kasıbların ruzisini varlıların öhdəsinə buraxıb və imkanlı adamların sərvətindən alıb kasıblara vermək Allahın iradəsini yerinə yetirmək deməkdir. Buna görə də Şeyx imkanlı adamların pulunun bir hissəsini müxtəlif yollarla onlardan alıb kasıblara paylayırdı. Bəzən bunun üçün qeyri-adi üsullardan da istifadə edirdi. Məsələn, Nəcəfdə və ətraf məntəqələrdə yaşayan şiə tacirlər onu öz evlərinə qonaq çağırmaq üçün yarışırdılar. Hər kəs istəyirdi ki, Şeyxi evinə qonaq aparıb ona xidmət göstərsin.
Keçmiş kitablarda məhşur övliya və ariflərin həyatından maraqlı, tərbiyəvi xarakter daşıyan əhvalatlara tez-tez rast gəlinir. Məşhur övliyalardan olmuş Malik ibn Dinarın həyatında baş vermiş, Dr. Ənvər Örənin “Evliyalar Ansiklopedisi”ndə əks olan bir qissəni də sizə təqdim edirik.
Deyilənə görə Malik ibn Dinar həcc mövsümündə ziyarətini başa vurduqdan sonra müqəddəs məkanda yatmış ikən yuxuda bir səs eşidir: “Ey Malik! Bu il həccə gələnlərdən filan əlamətli Əbdürrəhman ibn Mühəmmədin günahları bağışlanmadı, həcci də qəbul olmadı”.
Malik səhər hacıların arasında dolaşıb, yuxuda ona deyilən əlamətlər əsasında Əbdürrəhmanı axtarmağa başlayır. Ona deyirlər ki, dediyin adam Quran əhlidir, yəni Quran qaresidir, hər il öz şəhərindən durub həccə gəlir.
Malik ibn Dinar axtara-axtara dolaşıb, Əbdürrəhmanı tapır. Görür ki, bir güşəyə çəkilib Quran oxumaqla məşğuldur. Əbdürrəhman Maliki görən kimi ürəkdən bir ah çəkib huşunu itirir. Özünə gələndən sonra Malikdən soruşur: “Sən yəqin ki, bu gecə məni yuxuda görmüsən, indi də Allah-təalanın məni bağışlamadığını söyləmək üçün gəlmisən”.
Bizə sahib çıxarlar
Məşhur təsəvvüf xadimi, Misir övliyalarından olan Fəxrül-Farisidən bir gün tələbəsi soruşur: “Mən cəhənnəmdən çox qorxuram. Həmişə bunun fikrindəyəm ki, görəsən, cəhənnəm əzabından qurtula biləcəyəmmi?”
Fəxrül-Farisi cavab verir: “Axirət haqqında düşünməyin çox yaxşıdır, oğlum. Amma ümidini üzmə. Inşallah, qurtularsan”. Tələbə heyrətlə soruşur: “Təki olsun, ustad. Amma necə qurtulacağam? Bu qədər günahla Allahın qarşısına necə çıxacağam?” Təmkinini pozmayan Farisi deyir: “Ümidimiz budur ki, qiyamətdə böyüklərimiz (yəni bizdən əvvəlki övliyalar) bizim barəmizdə şəfaət edərlər, bizə sahib çıxarlar”. Tələbə: “Deməli, ümidimiz şəfaətə qalır? Bəs, əgər böyüklərimiz bizə sahib çıxmasalar, halımız necə olar?” Fəxrül-Farisi eyni aramlıqla söyləyir: “Üzülmə, oğlum. Əgər biz bu gün onlara sahib çıxsaq, onlar da qiyamət günündə bizə sahib çıxarlar”. Tələbəsinin sualla dolu gözlərinə baxan Fəxrül-Farisi başa düşür ki, tələbə onun sözlərini anlamayıb. Buna görə bayaqkı sözlərinə izahat verir: “Sözümün mənası budur ki, əgər biz böyüklərimizdən sağ olanların sözünə qulaq assaq, nəsihətlərinə əməl etsək, rəhmətə gedənlərin ruhunu dua ilə yad etsək, onlara sahib çıxmış olarıq. Əgər biz indi onlara sahib çıxsaq, bu əməllərimiz də Qiyamətdə mütləq bizim dadımıza yetişər, bizə sahib çıxarlar”.
Məşhur alim İbn Cövzi “Səfvətüs-səfvə” kitabında tarixçi Təbərinin dilindən maraqlı bir hadisə nəql edir. Bu hadisə hicri 240-cı (təqribən miladi 855-ci) ildə Məkkədə baş vermişdi, o zaman Təbərinin 16 yaşı vardı.
Təbəri xatırlayırdı ki, həmin il həcc mövsümündə Məkkədə elmi fəaliyyətlə məşğul idim, “Nəsəb” kitabını yazırdım. Bir gün əslən Xorasandan olan bir nəfər camaatın içində durub haray çəkdi: “Ay hacılar! Mən min dinarlıq pul kisəmi itirmişəm. Hər kim pulları tapsa, mənə qaytarsın. Əvəzində Allah onun savabını artırar”.
Bu vaxt İmam Cəfər Sadiqin (ə) məvalilərindən (azad etdiyi qullarından) olan bir qoca kişi ona deyir: “Bizim şəhərdə çoxlu kasıb adam yaşayır, onların pula ehtiyacı var. Məkkəlilər bir il gözləyirlər ki, həcc mövsümündə ziyarətə gələnlərə xidmət edib çörək pulu qazansınlar. Sən pulu tapan adama gözaydınlığı boyun ol ki, bu halda pulu sənə tez qaytararlar”. Xorasanlı kişi soruşur: “Nə qədər muştuluq verməyimi təklif edirsən?” Qoca cavab verir: “Məsələn, pulun ondan-biri qədər, yəni 100 dinar”. Amma pul sahibi qəti şəkildə etiraz edib söyləyir: “Xeyr, verən deyiləm. Mən bunun savabını Allahın öhdəsinə buraxıram”. Beləliklə, söhbət nəticəsiz qalır, hamı dağılışıb gedir.
“Başqasından nə isə istəməkdən çəkin! Çünki bu iş dünyada zəlilliyə səbəb olar, ardınca fəqirlik gətirər, qiyamətdə isə uzun-uzadı sorğu-sualla nəticələnər”. Hz. Mühəmməd Peyğəmbər (s.ə.s)
Keçmiş zamanlarda bir dərviş vardı. Dərviş gününün çox hissəsini tənhalığa çəkilib ibadət etməklə keçirirdi. Amma camaata möhtac olmağı da xoşlamazdı. Bunun üçün günün bir hissəsini işləməkdən ötrü ayırmışdı. Bir az işləyər, əlinin zəhməti ilə qazandığı pula yemək alardı. Ehtiyacından artıq qalanı isə fəqirlərə verərdi.
Bir gün yenə səhrada ibadətlə məşğul ikən gözü bir tülküyə sataşdı. Tülkünün ayaqları kəsilmişdi, sürünə-sürünə yeriyirdi. Dərviş öz-özünə fikirləşdi: “Görəsən, bu tülkü nə ilə dolanır? Bütün vəhşi heyvanlar ov etməyin hesabına yaşayırlar. Ov etmək üçün heyvana iti qaçan ayaqlar lazımdır. Bu biçarənin ayaqları yoxdur. Görəsən, Allah bunun ruzisini hansı yolla yetirir?”
Dərviş bu fikirdə ikən gördü ki, uzaqdan bir aslan ovladığı ceyranı dişində sürüyərək gətirir. Aslan ceyranın leşini yerə qoyub parçaladı və yeməyə başladı. Doyandan sonra leşin qalıqlarını orada qoyub uzaqlaşdı. Bayaqdan bəri onu güdən tülkü sürünə-sürünə gəldi, ceyranın ətindən yeyib qarnını doyurdu.
Hz. Peyğəmbər (s.a.s) səfərlərinin birində səhabələri ilə susuz və otsuz bir bölgədə yerləşdilər. Peygəmbərimiz səhabələrinə buyurdu:
— Odun gətirin yandıraq.
Səhabələr:
— Ya Rəsulullah! Bura otsuz ağacsız bir bölgədir, burada odun tapılmaz!
— Hz. Peyğembər(s.a.s) buyurdu:
— Gedin, hər kəs tapa bildiyi qədər odun yığsın gətirsin.
Səhabələrdən hər biri odun yığmaq üçün hərəsi bir tərəfə getdi. Onlardan hər biri yığa bildikləri qədər kol, zibil yığıb gətirdilər. Yığdiqları şeyləri Rəsulullahin qarşısında üst-üstə tökdülər. Beləcə yığınla odun toplanmış oldu. Bu anda Rəsulullah (s.a.s) belə buyurdu:
— Kiçik günahlar da bu kiçik odunlar kimidir, əvvəlcə gözə görünməz amma bir-birinin üzərinə toplanınca, böyük bir yığın olaraq qarşımıza çıxar. Ey dostlar! Kiçik günahlardan qaçının. Hərçənd kiçik günahlara çox əhəmiyyət verilmir, amma bilin ki, hər şeyin bir talib və güdəni var. Bu güdənlər Allah və mələkləridir. Əhəmiyyət verilməyən bu kiçik günahaların bir gün nə qədər böyük bir yığını təşkil etdiyini görəcəksiniz."
Əgər dadına çatan, köməyinə yetən, harayını eşidən yoxdursa...
Əgər çətinliklərin nəhəng girdabında dalğadan-dalğaya atılan tənha qayıq kimi gözün sahili axtarırsa… Bataqlığa düşmüş adam kimi sənə uzanacaq əl sorağındasansa… Hər yerdən və hər kəsdən ümidin üzülübsə… O zaman Onun yardımına sığın, “ya Müğis” deyə, Onu çağır!
Əgər evdə əlacsız xəstən varsa… Canından çox sevdiyin əziz adamın gözünün qarşısında əriyib-gedirsə… Təbiblərin dərmanı, həkimlərin əlacı fayda vermirsə… Xəstəni sağalda biləcək son ümid yerin olan məlhəmi almağa pulun yoxdursa… O zaman Onun şəfa qapısına üz tut, “ya Şafi” deyib dua et!
Əgər günahlarını yada saldıqca gözün qaralır, qəlbin sıxılırsa… Cəhənnəmin istisini öz bədənində hiss edirmiş kimi qovrulursansa… Əgər vicdanının məhkəməsi qarşısında boynunu büküb durduqca heç zaman bağışlanmayacağına yəqinliyin daha da artırsa… Insanların üzünə baxmaqdan utanırsansa… O halda “ya Ğəfur” deyə pıçılda!
Əgər bütün qapılar üzünə qapanmışsa, qulpundan yapışdığın hər iş yarımçıq qalırsa… Əgər bağlı qapıları açmağa gücün, yarımçıq işləri bitirməyə iradən çatmırsa… “Ya Fəttah” deyə haray sal!
Əgər hər kəs səndən uzaq qaçırsa, təsəlli üçün üz tutduğun hər adam öz ürəyinin pəncərəsini sənin üzünə qapayırsa… Özünü dünyada hamıdan tənha, hər kəsdən uzaq hiss edirsənsə… Əzizlərinin laqeydliyi, yaxınlarının uzaqlığı səni üzürsə… “Ya Qərib” söylə, Onun sənə boynundakı şah damarından da yaxın oduğunu duymağa çalış!