Artıq çəkidən azad olmaq üçün pəhriz saxladıqda əzələləri qorumaq üçün ilk növbədə lazımi prosedurları gözləməklə yağlarınızın hansı miqdarda olmasından əmin olmaq lazımdır. Ona görə də çəki verməyə çalışarkən əzələlərinizin deyil, yağlarınızın yox olduğundan əmin olun. Pəhriz edərkən əzələləri qorumağın yollarından biri də bu hesab olunur. Həmçinin zülaldan imtina etməyin düzgün olmadığı bildirilir.
Nə qədər sağlam zülal qəbul etsəniz, o qədər sağlam əzələlərə sahib olarsınız. Bununla da keyfiyyətli şəkildə çəki itirərsiniz.
İstək əsnasında gün ərzində qida rasionunda 1 pay ət yeməklərinin qəbulu da istisisna olunmur. Bitki mənşəli zülallara da laqeyd yanaşmayın. Pəhrizinizdə quru paxla, noxud və mərcimək kimi bitki mənşəli zülallara həftə ərzində 2-3 dəfə yer vermək məsləhətdir.
Tam buğdadan, tam taxıllı və ya çovdar növündən hazırlanan çörəkdən də istək əsasında istifadə edə bilərsiniz.
Çox aşağı enerjili (kalorili) pəhrizlər etməyin.
Pəhriz saxlamaq bir o qədər asan deyil. Bunun üçün güclü iradə sahibi olmaq lazımdır. Bu sahədə çətinliyi olanlar pəhriz içkilərindən başlaya bilərlər. Sadə pəhriz üsullarından biri olan maye qəbulu pəhriz saxlayanlar üçün vacibdir.
Pəhriz içkilərinə yağlılığı çox olmayan süd, adi və mineral sular, tərəvəz suları, kofe və çay kimi içkilər daxildir:
Süd
Südün tərkibində zülal olduğundan toxluq hissini təmin edir və maddələr mübadiləsini sürətləndirməyə faydalııdr. Süddə olan kalsium mineralının nizamlı alınması göbək ətrafında meydana gələn artıq yağlanmalara təsir göstərir. Tam yağlı südlərə görə daha az kalorisi olan südün tərkibində doymuş yağ və xolesterol var. Gündə 2 stəkan süd içmək sümük sağlamlığına faydalıdırdır. Yağlılığı çox olmayan süd artıq çəki probleminə kömək edir.
Adi və mineral sular
Adi su: Əvvəla onu qeyd etmək lazımdır ki, su pəhriz üsulları arasında vacib olanıdır. Uzun müddət toxluq hissi ilə bərabər insan orqanizmində maddələr mübadiləsini sürətləndirməyə kömək edir.
Artıq yay gəlib. Bütün qadınlar arıqlamağın müxtəlif yollarını axtarır. Gecə-gündüz idmanla məşğul olur. Təbii ki, idmanın faydalarını danmaq olmaz. Lakin bir neçə qidalar var ki, onlar istənilən nəticəni daha tez əldə etməyə kömək edir.
Limonlu su — Arıqlamaq istəyirsinizsə, kifayət qədər su qəbul etməlisiniz. Kifayət qədər su qəbul edilən halda bədəndəki zəhərli maddələr təmizlənir və toxluq hissini artırır. Adi su içməkdən sıxılırsınıza, içinə bir-iki damcı limon suyu əlavə edin.
Buzlu qarpız püresi — İçinə şəkər əlavə etmədiyiniz müddətdə meyvə püreləri və təbii meyvə suları zərərsizdir. Qarpız təkcə bədəni sərinləşdirmir, eyni zamanda tərkibindəki vitaminlər sağlamlığa və dəriyə müsbət təsir göstərir.
Buzlu və nanəli çay — İsti yay günlərində buzlu, nanəli çay içə bilərsiniz. Nanə mədə sisteminin daha yaxşı işləməsinə səbəb olur və metabolizmanı gücləndirir. Mədədəki yağlı qidaların tez həzm olunmasına təsir göstərir. Həmçinin şişliyi aradan qaldırır.
Ananas Frappe — Bu içki ananas və kətən toxumunudan əldə edilir. Blender yardımı ilə qarışdıraraq bu içkini əldə edə bilərsiniz. Bu içki həm yağları əridir, həm də həzmi asanlaşdırır.
Yaşıl çay — Xərçəng və ürək xəstəlikləri riskini azaltmaqla yanaşı, yağları da əridir. İdmandan əvvəl içmək məsləhətdir.
Tünd şokoladlı süd — Tünd şokoladın bir çox faydaları var. Südlə qarışdırılan tünd şokoladı səhər yeməyi kimi içə bilərsiniz. 400 kalorilik südlü şokolad uzun müddət tox saxlayır.
Qreyfurt Araşdırmalar müntəzəm olaraq yemək zamanı qəbul edilən yarım qreyfurt və ya 150 ml qreyfurt şirəsinin 2 həftədə 2 kq arıqlamağa səbəb olduğunu ortaya çıxarıb. Qreyfurtda olan aşağı səviyyəli qlukogen sayəsində insulin və xolesterolun səviyyəsi aşağı düşür. Qreyfurtda olan inositol təbii şəkildə yağları əridir və acı tamlı maddə metabolizm prosesini sürətləndirərək yağları asan şəkildə parçalaya bilir.
Yaşıl çay Yaşıl çayın xərçəng xəstəliyinə qarşı təsiredici xüsusiyyəti məlumdur. Bundan başqa, metaboliz prosesi sürətləndirərək bədəndəki yağların əriməsini də təmin edir. Yeməkdən sonra içilən 1 fincan yaşıl çayın faydasını qısa zaman kəsiyində görmək mümkündür. Hər gün qəbul edilən 5 fincan yaşıl çay 70-80 kalorinin azalmasına səbəb olur.
Az yağlı süd məhsulları Kalium mənbəyi olmaqla yanaşı, süd məhsulları yağ hüceyrələrinin də əriməsinə kömək olur. Gündə 3-4 dəfə az yağlı süd məhsulları qəbul edən qadınların yağ əritmələri bu məhsulları yeməyənlərlə müqayisədə 70 faiz daha çoxdur. Kalsium bədənin yağları daha sürətlə əritməsini təmin edir. Gündəlik olaraq 1.200 mg kalsium qəbul etmək lazımdır.
Mükəmməl bədənə sahib olmaq istəyirlər qadınlar «portağal qabığı» kimi derdən qurtulmaq üçün rasiondan sellülitin yaranmasına səbəb olan bəzi məhsulları çıxarmaq kifayətdir. Hansı məhsulları?
Kofein
Əksəriyyətimiz səhəri qəhvəylə başlayırıq, çoxlarını isə bu dadlı, gümrahlandırıcı içki bütün gün ərzində «müşayiət edir». Problem ondadır ki, qəhvəni gün ərzində 1 fincandan artıq istifadə etdikdə qan dövranını aşağı salır, bu da piylənməyə səbəb olur. Kofeini yalnız kiçik dozalarda istifadə etmək əlverişlidir ki, qan dövranına və metobolizmə müsbət təsir etsin. Əgər siz sellülitlə mübarizə aparmaq istəyirsinizsə, qəhvədən tam imtina edib, onu təbii çaylarla əvəz edin.
Şəkər
80 q şəkər qəbul etmək kifayətdir ki, qadın orqanizmində azad radikalların sayı demək olar ki, bir yarım dəfə böyüsün. Buna görə arteriyaların və damarların divarları öz elastikliyini itirir, qan dövranı ilə sellülit əmələ gəlməyə başlayır. Bundan başqa, şəkər istəyini gücləndirir, məhz bu maddənin bolluğu «portağal qabığı» effektinə təsir edir.