Ərzaqlar kateqoriyası üzrə məqalələr

Toxunma qablar

Avstraliya aborigenləri pandan palmasından torbalar və çantalar toxuyurlar. Bunlar bəzən elə sıx toxunur ki, hətta suyu da buraxmır. Toxunma kisələr məişətdə ərzaq məhsullarını və başqa əşyaları saxlamaq və daşımaq üçün istifadə edilir. Məsələn, iri kisələrə 12-15 kiloqram yams yığmaq mümkündür.
Sadə tutumlar sayılan səbətlərin yaradılması insanın ilk məişət müvəffəqiyyətlərindən idi. Bu Daş dövrünə aiddir. Tutumlar bitki      budaqlarından, yarpaqlarından, qabıqlarından toxunurdu. İbtidai insan təbiətdə heyvan kimi qida axtarıb yeməkdən yeni tipli qida əldə etmə dövrünə, yəni yığıcılıq dövrünə keçərkən toxunma səbətlər yaranırdı.

Davamı →

Müasir qablaşdırma

Müasir dövrdə ixtiraçılar, mühəndislər və kimyaçılar zərərsiz, «həll olan» konserv qabları hazırlamaq üzərində çalışırlar.    Hazırda    polimerlərdən    istifadə    etməklə, butulkanın çəkisini iki dəfə azaltmaq mümkün olmuşdur. Son iyirmi il ərzində qablaşdırmanın orijinal növləri və üsulları yaranmışdır. Bəzi qablaşdırılmış ərzağı «qabı» ilə birlikdə yemək olur. Məsələn, 1962-ci ildə İngiltərədə xüsusi tərkibli   maddə   (maye)   hazırlanır.   Ətin,   meyvənin, təmizlənmiş kartofun üstünü bu maye ilə örtürlər, örtük tezliklə quruyur və ərzağı yaxşı mühafizə edir. Ərzağı belə örtüklə, daha doğrusu, süni qabıqla birlikdə zərərsiz olaraq yemək olur.

Davamı →

Təbii qablar

İlk qabları insana təbiət özü bəxş etmişdir. Məsələn, butulka formasını xatırladan balqabaq, palma qozaları, bambuk ağacı, nəhəng quş yumurtaları, tısbağa çanağı… bütün bunlar ibtidai insanların istifadə etdiyi əşyalar idi.
İnsan qaba oxşayan meyvələrin üzərində bir qədər işləmiş, onları qurutmuş, təsərrüfatda işlətməyə yararlı formaya salıb təkmilləşdirmişdir.
Qədim Misirdə və Mesopotamiyada butulkasayağı kududan istifadə etmişlər. Son zamanlara qədər isə Polineziya adalarında da ondan istifadə edirdilər. Afrikanın buşmenləri dəvəquşu yumurtasından qab kimi istifadə etmişlər.

Davamı →

Göyərti

Vəzərinin İranda geniş istifadə edilməsi barədə Elianın əsərlərində (bizim eranın II əsri) məlumat verilir. Onun vətəni İran, Orta Asiya və Yaxın Şərq sayılır.
Göyərtilər arasında vəzəri xüsusi olaraq seçilir. Onun xoş, acıtəhər səciyyəvi dadı vardır. Bu onunla izah edilir ki, tərkibində kalium, kalsium, S vitamini, karotin, yod və dəmir kimi maddələr vardır.
Avropada vəzərini ən çox Almaniyada XV əsrin ikinci yarısından etibarən geniş becərirlər. Bir vaxtlar vəzəridən sinqaya qarşı dərman bitkisi kimi istifadə edilirdi.

Davamı →

Ədviyyatlar

Ədviyyatlar deyəndə bitkilərdən hasil edilmiş, müxtəlif yeməklərə — xörəklərə, şorabalara, şərbətlərə əlavə edilən özünəməxsus yeyinti maddələri nəzərdə tutulur. Ədviyyatlar hazırlanan bitkilər dünyanın əksər ölkələrində, ağaclar isə tropik ölkələrdə bitir. Ədviyyatlar emal yolu ilə bitkilərin yarpağından,  toxumundan,  meyvəsindən, qabığından, kökündən alınır. Çox hallarda tər bitki özü elə ədviyyat rolunu oynayır.
Ədviyyatlar tünd, şirin, turş, kəskin, acı və sairə xüsusiyyətlərə malikdir. Ümumiyyətlə, 100-dən çox ədviyyat mövcuddur. Keçmiş Sovetlər məkanında, o cümlədən Azərbaycanda ən çox tanınmış ədviyyatlar zəfəran, istiot, darçın, sarıkök, zəncəfil, hil, vanil, cövüz, mixəkdir.
Ədviyyatlardan istifadə olunmasının tarixi beş min ildən çoxdur. Çin, Hindistan, Şri-Lanka, İndoneziya kimi ölkələr ədviyyatın beşiyi sayılır.

Davamı →

Əncir

Çox qiymətli ağac olan əncirin mədəniləşdirilməsi tarixi əsrlərin dərinliyinə gedib çıxır. Onun vətəni Yəmən, Suriya və Kiçik Asiyadır. Sonralar qədim xalqların təması nəticəsində Finikiya, Misir və Ellada kimi dövlətlərin ərazisinə yayılıb. Qədim Yunanıstanda əncir xalqın ən sevimli meyvələrindən biri idi. M.Katon onu «doydurucu meyvə» adlandırmışdır. Yunanlar ənciri gündə qurudub, saxsı qablarda saxlayırlar. Qeyd edək ki, quru əncirdə 70 faizə qədər şəkər olur.
Teofrast məlumat verirdi ki, Pontda, Pantikapeya şəhəri yaxınlığında çoxlu hündür əncir ağacları bitir. Romaya ənciri yunanlar gətirmişlər. Rəvayətə görə, dişi canavar Remi və Romulu əncir ağacı altında bəsləmişdir.

Davamı →

Balıqçılıq

İnsan balığı təqribən 8 min il bundan əvvəl öz qida məhsulları sırasına daxil etməyə başlayıb. Bunu Nil çayı vadisində tapılmış sümük qarmaqlar və nizələr sübut edir.Burada balıqla yanaşı, digər dəniz və su heyvanları da ovlamaqla məşğul olurdular. Nil ovçuları, əsasən timsah əti ilə qidalanırdılar. Afrikanın digər ərazilərində yaşayan insanlar su heyvanlarını ovlamaqla yanaşı, molyuskları, xərçəngləri yığıb, ondan qida məhsulu kimi istifadə edirdilər.
Bizim eradan əvvəl, VI əsrdən etibarən Nil çayından külli miqdarda balıq tutulurdu. Bərəkətli Nil çayında balıq ehtiyatları həmişə bol olurdu. Bu barədə yunan tarixçisi Diodor da xəbər verir.Keçən əsrin axırlarında suyu bol olan bu çayda 80-a yaxın balıq növü qeydə alınmışdır.Hələ səkkiz əsr bundan əvvəl tarixçi Əl-İdrisi Nil çayından tutulan balıqları və su heyvanlarını öz əsərlərində ətraflı təsvir etmişdir.

Davamı →

Hisəvermə

Tonqal ətrafında olan diqqətli yemək bişirənlər görmüşlər ki, qida maddəsində istiliklə yanaşı, tüstü də dad yaratmaqda iştirak edir. Həqiqətən, tüstü ərzağa xüsusi gözəl tam verir.
Tüstünün tərkibində 200-dən çox müxtəlif kimyəvi birləşmə var ki, onlardan da əsasən bir neçəsi ərzağa xüsusi dad və qoxu verir.
İstiyə və tüstüyə məruz qalmış ərzağın (ət, balıq və sairə) tərkibindəki su azalır, mikroorqanizmlərin çox hissəsi məhv olur, fiziki-kimyəvi proses gedir, oksidləşməsinin qarşısı alınır, dad xüsusiyyətləri zənginləşir və uzun müddət xarab olmadan qala bilir.
Yəqin ki, ətin hisə verilməsi balığın hisə verilməsindən əvvəl olmuşdur. Çünki ovçuluq Daş dövründə başlamış və balıqçılıqdan çox-çox əvvəl meydana gəlmişdir.

Davamı →

Faydalı qidaların siyahısı

Moruq — C vitamini, kalsium, dəmir, folikasitlə zəngindir. Virus və bakteriyalardan qoruyur, xərçəng yaranma riskini azaldır.
Avokado — Tərkibində doymamış yağ asidləri var. Ürək və qan dövranı üçün faydalıdır. Xərçəngdən qoruyur.
Kələm — C vitamini, az miqdarda B vitamini, kalsiumli ağ və qırmızı kələm immuniteti gücləndirir, streslə savaşır.
Noxud — Protein, maqneziumla boldur. Xolestrolu salır, bağırsaq xərçəngi riskini azaldır.
Davamı →

"BİOLOJİ TERROR"1-KOLBASA

Mütəmadi olaraq aparılan laborator araşdırmalar zamanı hisə verilmiş kolbasa məhsullarının tərkibində fenol olduğu aşkarlanıb. Texnologiyaya görə kolbasa məhsullarının tərkibində fenol olmamalıdır. Çünki bu məhsulun hazırlanma texnologiyası kolbasaların hisə verilməsi zamanı yalnız odun məhsullarından istifadə edilməsini tələb edir. Məlum olduğu kimi yanma zamanı odun məhsulundan fenol ayrılmır.

Bir maraqlı məqam isə odur ki ətin qiyməti ilə kolbasa sosiskanın qiyməti arasında xeyli fərq var. Burada maraqlı bir məqam ortaya cıxır ki, əgər kolbasa məmulatları sex sahiblərinin iddia etdikləri kimi keyfiyyətli ətdən hazırlanırsa o zaman bazarda kiloqramı 8 manata yaxın satilan sümüklü et sonda necə 4-5 manatlıq kolbasaya çevrilir?? Bu ikiqatlıq fərq bir yana qalsın bəs bu istehsal prosesi, daşınma satış xidmətlərinin xərci haradan ödənilir?

Davamı →
Top