
qurutmaq lazımdır. Meyvə tez qurusun deyə ələkdən,tabağdan, sinidən və başqa iri, eyni zamanda yastı əşyalardan istifadə edirlər. Kisələrin üstünə də meyvə sərmək olar. Gecələr meyvə sərilmiş çərçivələri üst-üstə yığıb kisə, çuval, kağız ilə örtürlər ki, şeh düşməsin. Meyvə çürüməsin deyə əvvəlcə duzlu suya salıb sonra qurudurlar. Meyvə və giləmeyvəni sapa düzüb gün düşən yerdə, mismardan asmaqla da qurutmaq olar. Meyvəni duxovkada qurudarkən onu tavaya düzməyib, birbaşa duxovkanın içərisində sərilmiş samanın, quru otun üstünə düzmək lazımdır. 



Dənli bitkilərə aid olan bu məhsulun tərkibində, insan orqanizminin ehtiyac duyduğu bir çox mikroelemt və vitaminlər var.1. Qəhvəni xüsusi peşəkarların olduğu məkandan alın.
Çünki belə yerlərdə həm qəhvənin keyfiyyətinə təminat verilir, həm də seçim zamanı peşəkar məsləhəti olur. Ona görə də təsadüfi yerlərdən qəhvə almayın!
2. Atalar yaxşı deyib: «Ucuz ətin şorbası olmaz». Bunu qəhvəyə də aid etmək olar. Əgər sizə ucuz qiymətə qəhvə təklif etsələr və keyfiyyətini tərifləsələr inanmayın!
3. Seçim edərkən qəhvənin etiketinə (malın üstünə yapışdırılan yarlıq) diqqət yetirin. Unutmayın ki, firma istehsalı olan qəhvənin etiketində qəhvənin istehsal olunduğu ölkə, rayon və dənələrin qovurulma hərarəti mütləq göstərilir. Axı qəhvənin qovurulduğu hərarət onun dadına və qiymətinə təsir edir. Belə ki, çox qovurulmuş qəhvənin acılığı az, qiyməti isə ucuz olur.
Qida məhsulları içərisində ətin konservləşdirilən növləri xüsusi çəkiyə malikdir. Ət konservləri müxtəlif çeşidlərdə olur. Ən geniş yayılan ət konservləri mal, donuz, qoyun, quş ətindən hazırlanır və realizə olunur. Bundan əlavə sağlamlıq problemi olan insanlar üçün dietik, heyvan və süd məhsullardan hazırlanan konservlər də istehsal olunur.
Xama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi ağ, yaxud açıq sarı çalarlı olmalıdır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır.