Türkiyə mütəxəssisləri iştah açan qidaları araşdırıblar. Bu qidalar həm asanlıqla əldə edilə bilir həm də iştaha gətirir. İştahı olmayanlar bu qidalardan mütləq dadmalıdır.Bu qida rassiyonuna daxildir quru meyvələr qoz, fındıq, yer fındığı, badam sitrus meyvləri, ərik və meyvə qurusu.

Makaron məmulatları təsdiq edilmiş qaydalara uyğun olaraq reseptlərin sanitar qaydalarını və texnoloji təlimatlarını gözləmək şərtilə standartın tələblərinə əsasən hazırlanmalıdır. Bu məmulatların əsasən makaron, vermişel, əriştə və s. kimi növləri var.
A, B və C vitaminləri, fosfor, kükürd, yod kimi faydalı elementlərlə zəngin olan soğanın şirəsi bir çox xəstəliklərin dərmanıdır. Soğan şirəsindən, xüsusilə, qış aylarında bol-bol istifadə etmək lazımdır ki, soyuqlamanı, öskürəyi, bronxit və boğaz ağrısı kimi xəstlikləri aradan qaldırsın.Soğan şirəsində olan komponentlərin bronxial astma zamanı da faydalı olduğu bildirilir. Eləcə də, soğan şirəsi immuntitet, həzm və ürək-damar sistemi üçün də faydalıdır.
Bundan başqa soğan sümük əriməsi və xərçəng kimi xəstəliklərə qarşı orqanizmi mühafizə etmək xüsusiyyətinə də malikdir. 100 qram soğanı soyub iri hissələrə bölə və 200 qram suda 10 dəqiqə qaynadaraq istifadə edə bilərsiniz.
Qeyd: Soğan şirəsindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi unutmayın!
Qırmızı yerkökü
Hamımız yerkökünün narıncı rəngdə olduğunu bilirik. Bəziləri bənövşəyi yerkökü görəndə, onun geninin modifikasiya olduğunu düşünür. Amma bu qədimdən yetişdirilən tərəvəz növüdür.

Bananın qeyri-adi xüsusiyyətini argentinalı alimlər müəyyən ediblər. Belə ki, bu ölkədə aparılan araşdırmada iştirak edən könüllü qadınlara gündə səhər yeməyində bir ədəd banan verilib. 3 ay davam edən araşdırmada iştirakçıların hamısı arıqlayıblar. Banan həzmi asanlaşdırır və bədəni stresdən qoruyur.
Banan insanı xoşbəxt edir. Banan vitamin və mineral mənbəyi olduğu üçün artirit və sinir sistemi problemlərini həll etmək özəlliyinə sahibdir. Bundan əlavə banan bədəndə “xoşbəxtlik hormonu” olaraq bilinən serotonin istehsalını artırır, sakitlik hissi verir.
Mütəxəssislərin banan sevməyənlərə də məsləhəti var. Əgər bu meyvəni tək yeməyi sevmirsinizsə, onu yoqurt və bal ilə qəbul etmək olar.
Saqqız xüsusi kulinar məmulatı olub, əsasını yeyilməyən elastik maddə təşkil edir. Tərkibində müxtəlif tamlı və ətirli əlavələr vardır. Bunlara şəkər pudrası, limon turşusu, mentol, portağal və s. göstərə bilərik. Ümumi və xüsusi təyinatlı (validollu, ksilitli, sorbitli, kariesə qarşı profilaktik, nikotinə qarşı və s.) olur. İstifadəsi zamanı saqqız demək olar ki, heç vaxt kiçilməyərək əvvəlki həcmində qalır, lakin tərkibindəki tamı və ətri müəyyən vaxtdan sonra itir və atılır.
Süd məhsulları qrupuna daxil olan yoqurt zülal və kalsiumla zəngin olan qida məhsuludur. Yoqurtlar müxtəlif formalarda südlü, kərəli, meyvəli, diabetli xəstələr üçün dietik və s. formalarda olurlar. Onu hər gün 200 qramdan çox olmamaq şərtilə yemək məsləhətdir. Yoqurtun qəbulu immun sistemini gücləndirir və sümüklərin möhkəmlənməsinə kömək edir. 
Şəkər gündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biridir. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95%-dən çox mənimsənilir. Şəkərin istеhsаlı üçün əsas хаmmаl kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 faizi şəkər çuğundurundan, 55 faizi isə şəkər qamışından alınır. Kimya sənayesində şəkərdən müxtəlif törəmələr alınır. Sonra həmin törəmələrdən müxtəlif sahələrdə, o cümlədən, plastmas, əczaçılıq preparatları, dondurulan qida məhsullarının istehsalında istifadə olunur.
Çörək insanların gündəlik tələbatını ödəyən ərzaq məhsuludur. Lakin çörək alarkən son dərəcə diqqətli olmaq vacibdir. Çünki, qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükəli olur. Çörəyin daşınması zamanı xüsusi sanitar qaydalara əməl olunmalıdır. Belə ki, çörəklər ticarət şəbəkələrinə bu məqsəd üçün nəzərdə tutulan xüsusi maşınlarla daşınmalıdır.